Rusiya qazının nəqli kəsilsə, Avropa nə edəcək? Alternativlər nə dərəcə uğurludur? - "The Economist"

28 fevral, 2022 15:11

Rusiyanın Ukraynadakı əməliyyatı Avropa enerjisinin gələcəyi – xüsusən də təbii qazın tədarükü haqqında ciddi düşünməyə vadar edir. Hazırda Avropa öz enerjisinin təxminən dörddə birini Rusiyadan alır. Rəsmi statistikaya görə, 2019-cu ildə qaz tədarüklərinin 40%-dən çoxu Rusiyanın payına düşüb. Son illər Qərb Rusiyanın qaz ixracına tam qadağa qoymayıb. Lakin Almaniya tamamlanmaqda olan, lakin işə salınmayan “Şimal axını-2” qaz kəmərinin lisenziyasını dayandırdı.

Bəs indiki şəraitdə Rusiya prezidenti Vladimir Putin Qərbə gedən qazı kəsərsə, necə olacaq? Nəzərə alaq ki, alternativ enerji mənbələrinə adətən tankerlərlə daşınan mayeləşdirilmiş təbii qaz (LNG) daxildir. Elə isə xaricdən gələn mayeləşdirilmiş qaz enerji mənbəyi kimi Rusiyadan boru kəməri ilə gələn qazı nə dərəcədə əvəz edə bilər?

Avropa artıq LNG-dən geniş şəkildə istifadə edir. Belə ki, bu qaz  idxalın təxminən dörddə birini təşkil edir. Ona görə də indiki ən böyük sual Avropanın nə qədər təkrar qaz emal edə biləcəyidir. Bildiyimiz kimi, mayeləşdirilmiş qaz əvvəlcə daşınmaq üçün mayeyə çevrilir. Sonra o, adətən sahilə yaxın olan terminallarda “yenidən qazlaşdırma” adlanan üsuldan keçir və yalnız bundan sonra evlərə istilik və elektrik enerjisi vermək üçün yararlı hala gətirilir.

Qeyd eliyək ki, yenidən qazlaşdırma zavodlarının Avropada böyük bazası var. Sadəcə bu sahəyə normal investisiya yatırılmalıdır. “Energy Intelligence” sənaye nəşrinə görə, keçən il Avropanın idxal terminalları 45% dolu idi. Baxmayaraq ki, onların hamısı düzgün yerdə yerləşdirilməyib. Almaniyanın, ümumiyyətlə, terminalları yoxdur və onun qaz infrastrukturu əsasən Avropanın qalan hissəsindən təcrid olunmuş vəziyyətdədir. Bu məsələdə yalnız İspaniyada vəziyyət qənaətbəxşdir. Belə ki, bu ölkədə bütün qitənin qaz tutumunun dörddə birini təşkil edə biləcək baza var.

Daha aktual məsələ mayeləşdirilmiş təbii qazın münasib qiymətə təchizatıdır. Ən böyük LNG ixracatçıları ABŞ, Avstraliya və Qətərdir. Onların kifayət qədər qaz ehtiyatı var. Və hazırda onların hamısı artıq tam gücü ilə maye qaz ixrac edirlər. Amma indiki halda qazın mayeləşdirilməsi və ixracı üçün imkanların genişləndirilməsi çox vaxt aparacaq.

Ona görə də Avropanın qısa müddətdə ən yaxşı ümidi əvvəlcə başqa ölkələr üçün nəzərdə tutulmuş mövcud LNG tədarükünün qarşısını almaqdır. Ancaq Asiyanın özünün LNG-yə ehtiyacı var və kifayət qədər çoxdur. Məsələn, Çin idxalı 2017-ci ildən 2020-ci ilə qədər 82% artıb və ötən il Pekin Tokionu keçərək dünyanın ən böyük maye qaz idxalçısı olub. Bundan əlavə, dünya LNG-nin təxminən 70%-i on və ya daha çox illik müqavilələr əsasında ticarət edilir. Avropa isə daha çox spot bazarlara və qısamüddətli müqavilələrə arxalanır. Keçmişdə Avropa bu səbəbdən bol təkliflə aşağı qiymətlərdən yararlana bilib. Bundan əlavə, bu, ölkələrin gələcək onilliklər ərzində qalıq yanacaqlara dair bir növ təminatdır. Digər tərəfdən, Avropanın özü də bazarın ixtiyarındadır.

Bu mövsümün payız və qış aylarında Avropanın qaz tədarükü azaldıqca – qismən də Rusiyadan tədarükün azalması səbəbindən – maye qaz idxalı kəskin şəkildə artdı. Eləcə də qiymətlər kəskin şəkildə yüksəldi. Keçmişdə Asiyada spot qiymətlər, ümumiyyətlə, Avropadan daha yüksək olub. Amma son aylarda Avropa qiymətləri Asiya qiymətləri ilə tarazlaşdı.

Ukraynadakı münaqişə mövcud vəziyyəti daha da gərginləşdirdi. Putin fevralın 24-də xüsusi hərbi əməliyyat keçirəcəyini elan etdikdən sonra Avropanın şimal-qərbində LNG-nin qiyməti bir gecədə 29% artıb. Avropalı liderlər maye qazın yeni ehtiyatlarını təmin etməyə çalışırlar. Bu məsələdə ABŞ daha çox şey verə bilmədiyi üçün prezident Co Bayden qitəyə başqa mənbələr tapmağa kömək edəcəyinə söz verdi. Amma indiyə qədər onun cəhdləri nəticəsiz qalıb. Fevralın 22-də Qətərin energetika naziri bildirib ki, Rusiya qazını əvəz etmək üçün kifayət qədər LNG-ni tez bir zamanda tədarük etmək demək olar ki, qeyri-mümkündür.

Onu da nəzərə alaq ki, mayeləşdirilmiş qaz Rusiyanın itirilmiş tədarükünü tam ödəmək üçün Avropa üçün alternativ deyil. Sadəcə son variantlardan biridir. Onun da reallığı şübhə doğurur.

“The Economist”, Böyük Britaniya.

Tərcümə etdi: Surxay Atakişiyev, (Konkret.az)

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı