Putin separatçıların ərazi iddialarını dəstəkləyir - Ukraynaya növbəti hücum olacaqmı?

23 fevral, 2022 17:46

Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də Ukraynanın şərqindəki separatçı qurumları tanıması belə bir sual yaradıb: Moskva konkret hansı əraziləri tanıyıb?

Xatırladaq ki, Rusiyanın dəstəklədiyi separatçılar 2014-cü ildə Donbasda torpaqları tutanda tanınmayan “konstitusiya”lar qəbul edib, Luqansk və Donetsk vilayətlərinə bütünlükdə iddia ortaya qoyublar. Bu vilayətlərin ümumi ərazisi 53 min 200 kv kilometrdən böyükdür.

2015-ci ildə əldə olunan atəşkəs Kiyevlə Rusiyanın dəstəklədiyi qüvvələrin müharibəsinə son qoya bilmədi, tərəflər təmas xətti ilə ayrıldılar. Ərazinin üçdə ikisi, o cümlədən Azov dənizi sahilindəki Mariupol liman şəhəri Ukrayna ordusunun nəzarətində qaldı. Separatçılar vilayət paytaxtları Donetsk və Luqansk daxil olmaqla regionun üçdə birinə nəzarət edirlər.

Moskva Karnegi Mərkəzinin təhlilçisi Konstantin Skorkin ötən həftə, hələ Rusiya parlamenti tanıma məsələsini müzakirə edəndə sərhəd məsələsinin vacib olduğunu deyirdi.

“Separatçılar ərazi bütövlüyü üçün müharibəyə yenidən başlaya bilərlər. Bu isə gərginliyin artması, onların ərazi iddiaları əsasında hərbi fəaliyyətin bərpası demək olar, bir yolla Rusiya qüvvələrini də cəlb edər”, – təhlilçi qeyd edib.

Putin fevralın 22-də separatçıların tanınmasına aydınlıq gətirərək onların ərazi iddialarını tanıdığını bildirib. Bu isə Ukraynada hərbi münaqişənin böyüməsi deməkdir. Putin eyni zamanda bu məsələlərin “dinc yolla” həll oluna biləcəyinə ümidini bildirib.

Kiyev Donbasda hərbi fəaliyyətlə məşğul olmadığını, təmas xəttində atışmanın separatçılar tərəfdən gəldiyini bildirir. ABŞ-ın hesablamasına görə, Rusiya Ukrayna sərhədləri yaxınlığına və ilhaq etdiyi Krıma 190 minədək qoşun cəmləyib. Kiyev və Qərb ölkələri böyük hücumun gözlənildiyini deyirlər.

Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası Putinin ölkə xaricində hərbi qüvvə yeritməklə bağlı xahişini tələsik təsdiqləyib.

Səsvermədən öncə Müdafiə nazirinin müavini Nikolay Pankov dəlil göstərmədən deputatlara deyib ki, Ukrayna rəhbərliyi zorakılıq və qan axıtma yolunu seçib. O, separatçı qurumların “sərhədlərində” Ukraynanın 60 minlik hərbi qüvvə, hərbi texnika cəmlədiyini iddia edib.

Separatçıların təmsilçiləri isə hələ Putin niyyətini aydın ifadə etməzdən öncə bütöv əraziyə iddialarını dilə gətirməyə başlamışdılar.

Luqanskda aparıcı separatçı Dmitri Xoroşilov fevralın 22-də jurnalistlərə bildirib ki, onların elan etdiyi “xalq respublikası” müharibədən öncəki Luqansk vilayətini bütünlükdə əhatələyir və onun bəzi hissələrini “Ukrayna qüvvələri tutub”. Separatçılar Kiyevdən iki regiondakı hərbi qüvvələrini geri çəkməyi tələb ediblər.

Fevralın 22-də Rusiya rəsmiləri Putinin niyyətlərindən əmin görünmürdülər.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, iki qurum “elan olunduqları sərhədlər daxilində” tanınıblar. Ancaq bu bəyanat çox ziddiyyətlidir, çünki separatçıların iddia etdikləri – Donetsk və Luqansk vilayətlərinin sərhədləri onların nəzarət etdiyi sərhədləri çox aşır.

Peskovun sözləri Moskvanın qəsdən qarışıqlıq yaratmaq niyyətini də göstərə bilər.

Çünki Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha sonra qeyd edirdi ki, Rusiya variantları açıq saxlamaq istəyir, yəni, əlavə ərazi iddiaları təhdidi ehtiyatda qala bilər.

“Burda təəccüblü bir şey yoxdur… sərhədləri qərarlaşdırılmayan, yaxud sadəcə, müəyyənləşdirilməyən xeyli suveren ölkə var. Bu, gələcəyin işidir, həll ediləcək məsələdir”, – o deyib.

Kremlin siyasətini dəstəkləyən tanınmış rusiyalı şərhçi Vladimir Solovyov isə "Telegram"da yazıb: "Donetskdəki qüvvələrə “Azov dənizinə çıxış, Mariupol limanına nəzarət lazımdır. Donetsk və Luqansk oblastlarının 2014-cü ilin əvvəlindəki sərhədləri daxilində tanınacaqlar”.

Karnegi Moskva Mərkəzinin aparıcı əməkdaşı, siyasi təhlilçi Aleksandr Baunov qeyd edib ki,Rusiyanın separatçıların ərazi iddialarını tanıması Ukraynaya və onun vasitəsilə Qərbə hərbi təzyiqinin azalmaması demək olar.

Dövlət Dumasının keçmiş liberal üzvü İlya Ponomaryovun isə qeyd edib ki, Moskvanın separatçıların əlavə ərazi iddialarını tanıması tammiqyaslı hücuma bərabər olar və ona belə yanaşılmalıdır.(Azadlıq radiosu)

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı