Moskva Bəyannaməsi və Rusiya XİN-in təxribatı - Rusiya öhdəliklərə sədaqət nümayiş etdirməlidir

23 fevral, 2022 13:07

Dünən, fevral ayının 22-də də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalandı. 

Elə həmin gün Rusiya Xarici İşlər Nazirliyi rəsmi "Facebook" hesabında 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş və təxribatçı paylaşım etdi. Bu, Azərbycanın tarixi suverenliyinə qarşı təhdid elementidir.

Dünən imzalanan Moskva Bəyannaməsinin 11-ci bəndində deyilir:

"Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar".

Hesab edirəm ki, Rusiya imzaladığı müqavilənin hər bir bəndinə sədaqət nümayiş etdirməlidir.

Ələlxüsus, Bəyannamənin imzalandığı gün bu təxribatın həyata keçirilməsi Rusiyanın xarici siyasət idarəsinin məqsədli şəkildə təxribatı həyata keçirdiyi ehtimalını artırır.

Rusiya XİN-in paylaşımı Azərbaycanın tarixi suverenliyinə qarşı təhdiddir, hörmətsizlikdir.

Bu yanlışlığın sırf Rusiya rəhbərliyinin iradəsi ilə aradan qaldırılması təmin edilməlidir. Rusiya Müdafiə Nazirliyi və xarici siyasət idarəsi iki ölkə arasında davamlı olaraq həyata keçirdiyi tormozlayıcı addımlardan çəkinməlidir.

Bəyannamənin başqa maddəsində deyilir:

"Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar".

Görünür, Rusiya XİN öz fəaliyyət istiqamətlərini yanlış anlayıb.

Digər tərəfdən, 11-ci maddə Qarabağdakı separatçı rejiminin tezliklə tərksilah edilməsini də zəruri edir.

Rusiyanın Qarabağdakı rejimi separatçı olaraq tanıyıb-tanımamasından asılı olmayaraq, Moskva bu addımı atmalı, Qarabağ terrorçulardan təmizlənməlidir. Moskva Bəyannaməsində bu maddəni dəstəkləyən, seperatçılarla mübarizədə Azərbaycana hərbi dəstək göstərməyi belə özündə ehtiva edən başqa bir maddə də var:

"Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla, hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər".

Bəyannamədən bəzi mühüm çıxarışlar:

- İki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət...

- Sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə...

- İki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər

- Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəlikləri...

- Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran...

Müəllif: Samir Feyruzov

27 iyun

10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"