"Dövlət Duması fevralın 22-də Ukraynaya qoşun yeritmək qərarı verəcək..." - Rusiyalı siyasətçi

21 fevral, 2022 00:04

Rusiyalı müxalif siyasətçi Leonid Qozman bildirib ki, Federasiya Şurası və Dövlət Duması fevralın 22-də Ukraynaya qoşun yeridilməsi barədə qərar verə bilər. Onun sözlərinə görə, prezident Vladimir Putin artıq Ukraynaya yeni hərbi müdaxiləyə qərar verib və parlamentin yuxarı və aşağı palatası həmin tarixdə sürətlə məsələyə baxmağa, Putinə belə səlahiyyət verməyə hazırlaşır.

“Ukrayna 24” telekanalına açıqlamasında siyasətçi deyib ki, Federasiya Şurası və Dövlət Duması Kremldən tələb gələn kimi Putinə qoşun yeritmək səlahiyyətini verəcək. 

“Mən çox narahatam ki, bizim hakimiyyət hərbi əməliyyatlara qərar verib. Donetsk və Luqansk rəhbərlərinin təxribatları buna şübhə yeri qoymur”, - Qozman bildirib. 

Onun fikrincə, hərbi əməliyyatlar əslində fevralın 22-dən də tez başlaya bilər, çünki Kreml üçün gözlənilməzlik effekti mühümdür.

“Ola bilsin daha tez başlayacaq və fevralın 22-də onu legitimləşdirəcəklər. Zərbə bundan bir gün əvvəl endirilə bilər. Mən bunu istisna etməzdim”,-o deyib.

Nüfuzlu rusiyalı jurnalist və “Exo Moskva” radiostansiyasının aparıcısı Yuliya Latınina da Moskvanın müharibə qərarı verdiyinə əmindir.

“İndi baş verənlər tamamilə onun (Putinin,-red.) xarakterinə uyğundur. Hər şey çox ciddidir. Mən özümü sakitləşdirməyə çalışıram ki, bütün bunlar blefdir və hər şey çox ciddi görünməlidir, yoxsa hansı blefdən söhbət gedə bilərdi? Amma...baş verənlər Gürcüstanla müharibə ərəfəsində baş verənləri xatırladır. Gürcü kəndlərini atəşə tuturdular və deyirdilər ki, bunu gürcülər edib. Jurnalistlər guya gürcülərin atəş açdıqları osetin kəndinə gedirdilər, məlum olurdu ki, osetin kəndi salamatdır, amma qonşuluqdakı gürcü kəndi yanır”, - o bildirib.

Y.Latınina qeyd edib ki, hazırda Donbassda Rusiyanın hibrid ordusu yaşayış məntəqələrindən Ukrayna ordusunun mövqelərini atəşə tutur, Ukrayna ordusu cavab verə bilmir, çünki mülki sakinlərin həyatını təhlükəyə atmaq istəmir.

Latınina hesab edir ki, Donbassdakı indiki eskalasiyaya “ən yüksək səviyyədə” qərar verilib. (virtualaz.org)

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı