Azərbaycanın əlində Ermənistana qarşı güclü silah...

10 fevral, 2022 10:02

Bakı 8 erməni terrorçunu Fransa prezidenti Makronun xahişi ilə Ermənistana təhvil verdikdə Azərbaycan Prezidenti İlham Əliyev də şərt irəli sürdü. Bildirdi ki, Ermənistan da 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların basdırıldığı kütləvi məzarlıqların yerini göstərməlidir. Bu şərtə Ermənistanın baş naziri razılaşıb və faktiki olaraq öhdəlik götürüb.

Lakin cəmi 4 gün keçdikdən sonra-fevralın 8-də Ermənistan öhdəliyindən imtina etməyə çalışır.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi 8 erməni hərbi qulluqçunun qaytarılması müqabilində 90-cı illərin Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın və onların basdırıldıqları kütləvi məzarlıqların yerləri barədə məlumatların Azərbaycan tərəfinə verilməsi barədə Ermənistanın öz üzərinə öhdəlik götürmədiyini iddia edib. Azərbaycan XİN isə bu açıqlamanı “beynəlxalq humanitar hüquq normalarına və humanizm prinsipinə hörmətsizliyin ən ifrat nümunəsi” kimi qiymətləndirib.

Siyasi analitiklər hesab edir ki, əslində Prezident İlham Əliyev bu addımı ilə Ermənistanı hərtərəfli çətin duruma salıb. Birincisi, Ermənistan bu şərtdən boyun qaçırırsa, qınaq obyekti olaraq göstəriləcək. Deyiləcək ki, Azərbaycanın xeyirxah niyyəti, sözünü tutması fonunda rəsmi İrəvan götürdüyü öhdəliyi icra etmir. İkincisi, Ermənistan kütləvi məzarlığı göstərsə, azərbaycanlı hərbi və mülkü əsirlərə işgəncə verdiyini, soyqırım həyata keçirdiyini etiraf etmiş olacaq və bu iş beynəlxalq tribunala qədər gedib çıxa bilər.

Bəs rəsmi Bakı bu mövzuda hara qədər Ermənistanın üzərinə gedib, həmin məzarlıqların yerini onlardan ala biləcək? Azərbaycan tərəfinin bundan sonrakı addımları nələr olmalıdır?

Tofiq Zülfüqarov: “Kütləvi məzarlıqlar mövzusu Ermənistanın zəif yeridir, Azərbaycan məsələnin üzərinə ciddi getməlidir”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bidirdi ki, Ermənistan dövləti vədinə, öhdəliklərinə dönük çıxan, beynəlxalq diplomatik normalara məhəl qoymayan ölkə olduğunu növbəti dəfə dünyaya nümayiş etdirir:

“Eyni zamanda bu davranışla Ermənistan Fransa prezidentini, Avropa İttifaqı Şurasının rəhbərini çətin durumla üz-üzə qoymuş oldu. Çünki 8 erməni hərbçisinin təhvil verilməsi xahişi, təşəbbüsü ilə məhz onlar çıxış etmişdilər, Azərbaycan tərəfi də humanizm prinsiplərinə sadiq qaldığını nümayiş etdirərək həmin erməni əsgərlərini azad etdi. İndi isə Ermənistan XİN-in yaydığı açıqlamadan belə aydın oldu ki, Nikol Paşinyan fevralın 4-də Fransa prezidentinin, Avropa İttifaqı Şurasının sədrinin qarşısında verdiyi sözdən, götürdüyü öhdəlikdən yayınır. Görünür, erməni hökumətində narahatdırlar ki, əsir götürüb işgəncələrlə qətlə yetirdikləri azərbaycanlıların məzarları barədə məlumat verilməsi sonradan Ermənistan dövləti üçün çox ciddi problemlərə yol aça bilər. Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın hərbi, mülki azərbaycanlıların əsir, girov götürülüb qətlə yetirilməsi mövzusunun qabardılması, ortaya dəhşətli faktların çıxması Ermənistanın müharibə cinayəti törətdiyinin ən ciddi sübutlarından biri olar. Kütləvi məzarlıqlar mövzusu Ermənistanın zəif yeridir. Çünki bu məsələnin ortaya çıxması-kütləvi məzarlıqların məlum olması bütün dünyada Ermənistanın ”imici"inə böyük zərbə olacaq, Ermənistanın müharibə qanunlarını, beynəlxalq konvensiyaları pozduğunu növbəti dəfə təsdiqləyəcək, həmçinin Azərbaycanın beynəlxalq komissiyanı işə cəlb etməsi, Ermənistanı beynəlxalq məhkəməyə verməsi ilə nəticələnəcək. Bax, bu və digər məsələlərdən qorxduqları üçün ermənilər kütləvi məzarlıqları yenə də gizlətməyə çalışırlar. Azərbaycan tərəfi Ermənistanın fevralın 4-də üzərinə götürdüyü öhdəlikdən yayınması məsələsini dövlət səviyyəsində Avropa İttifaqı qarşısında qaldırmalıdır, eyni zamanda Fransa prezidentinə rəsmi bəyanatla müraciət edilməlidir. Azərbaycan beynəlxalq konvensiyalara əsaslanaraq Ermənistanın müharibə qanunlarını pozduğunu - 4 minə yaxın azərbaycanlının məzarlığını gizlətdiyini beynəlxalq təşkilatların, beynəlxalq məhkəmənin gündəminə daşımalıdır. Əslində Ermənistanın üzərinə götürdüyü öhdəlikdən imtinası Azərbaycanın Ermənistana qarşı təbliğatı, hüquqi addımlara əl atması üçün fürsətlər yaradır. Azərbaycan yaranmış fürsətdən vaxt keçirmədən istifadə etməlidir. Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətləri gizlətməyə çalışır. Azərbaycan məsələni bu şəkildə qoymalıdır. Ermənistanın öhdəlikdən imtina etməsi həm humanizm prinsiplərindən imtina etməsidir, həm də çox böyük siyasi səhvdir. Biz bunu Ermənistana qarşı istifadə eləməliyik".

Bəs 8 erməni terrorçu üçün İlham Əliyevə xahiş edən Fransa prezidenti Makron Ermənistanı kütləvi məzarlıqları göstərməyə çağıracaqmı, məcbur edəcəkmi? Makron bu məsuliyyəti nəzərə alıb Ermənistana təsir etməlidirmi?

Tofiq Zülfüqarov qeyd etdi ki, əslində Ermənistan məlum davranışı ilə Makrona da hörmətsizlik etmiş olur:

“Azərbaycan XİN şərh formasında məsələyə münasibət bildirib. Lakin bununla kifayətlənmək olmaz. Fransa prezidentinə, Avropa İttifaqına, BMT-yə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət olunmalıdır ki, Ermənistan öhdəliyindən qaçır, beynəlxalq qanunları pozur. Azərbaycana erməni əsirləri azad etməsi üçün müraciət edən bir çox qurumlar var idi. İndi Azərbaycan həmin qurumlara cavab olaraq Ermənistanın humanizm prinsiplərindən rəsmən imtina etdiyini, öhdəliyindən boyun qaçırdığını göstərməliyik. Bu addımların atılmasında həm Azərbaycanın rəsmi strukturları, həm ictimai təşkilatları fəal olmalıdır. Burada eyni zamanda müharibədə itkin düşmüş insanların qohumları da Ermənistana qarşı məhkəməyə müraciət edə bilərlər. İşğalı törədən ölkənin rəhbəri azərbaycanlıların kütləvi məzarlıqları barədə məlumat verəcəyi öhdəliyini götürməklə ilk növbədə təsdiq etmiş olub ki, belə məzarlıqlar var. İkincisi isə öhdəliyindən imtina edərək humanizm prinsiplərini pozur, cinayətlərini ört-basdır etməyə çalışır”.

Bəzi analitiklərə görə, əslində Paşinyan revanşist əhvalda olan rəqiblərini-Qarabağ klanının liderlərini sıradan çıxarmaq üçün kütləvi məzarlıqların göstərilməsində maraqlı olmalıdır. Çünki həmin vəhşiliklər, müharibə cinayətləri məhz keçmiş prezidentlər Robert Köçəryanla Serj Sərkisyanın iqtidarda, vəzifədə olduqları dövrlərdə baş verib. Paşinyan bu cinayəti onların belinə yükləyib, beynəlxalq tribunalın, məhkəmənin önünə ata bilər, əsas rəqiblərindən qurtular". Bəs Paşinyan nədən bu addıma getmir?

Sabiq nazir bildirdi ki, Paşinyan öncə ölkəsinin bu məsələdən ciddi zərbə ala biləcəyindən ehtiyat edir. İkincisi, Paşinyan da bir ermənidir və yaddan çıxarmayaq ki, Şuşada, Cıdır düzündə yallı gedən də Paşinyan idi: “Paşinyan da dəfələrlə bəyan edirdi ki, ”Artsax Ermənistanın ərazisidir". Paşinyanın özü də İkinci Qarabağ müharibəsində müharibə cinayətinə yol verib. Gəncəyə, Bərdəyə və digər dinc əhalinin yaşadığı ərazilərə qadağan olunmuş bombalar atmaq, mülki insanların, uşaqların qətlinə səbəb olmaq müharibə cinayəti idi. Paşinyan şəxsi münasibətləri prizmasından istəyər ki, ona düşmən kəsilən Köçəryan-Sərkisyan cütlüyünü kütləvi məzarlıq faktını qabartmaqla birdəfəlik sıradan çıxarsın, lakin dövlətinin də zərbə alacağından ehtiyat etdiyi üçün bu məsələdə tərəddüd edir. Bir deyim var: erməni keşişlikdən çıxa bilər, amma ermənilikdən çıxmaz. Amma yenə də Azərbaycan israrlı mövqe tutsa, davamlı təzyiq eləsə, Paşinyanın mövqeyinə təsir etmək də istisna deyil".

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı