Azərbaycanın paytaxtının dəyişməsi planı - 1992-ci ildə nə baş verib?

02 fevral, 2022 11:58

Azərbaycanın paytaxtının köçürülməsi ilə bağlı məsələ zaman-zaman güündəmə gəlib. Sonuncu olaraq isə paytaxtın Ağdama köçürülməsi haqda təkliflər səslənir.

"Azsiyaset" xəbər verir ki, yenisabah.az mövzunu Azərbaycanın keçmiş təhsil naziri, professor Firudin Cəlilovla müzakirə edib:

- Son vaxtlar Azərbaycan paytaxtının Ağdama köçürülməsi ilə bağlı təkliflər səslənir. Siz necə düşünürsünüz, Ağdam paytaxt üçün uyğundurmu?

- Yox. Ağdam uyğun deyil. Niyə? Çünki paytaxt elədir ki, orada ən çox elit təbəqə yaşayacaq. Nazirlər orada işləyəcək, müavinləri, şöbə müdirləri, məktəblər, univeristetlər və s. Yəni bütün dövlət qurumları orada olacaq. Bu adamlar işdən çıxandan sonra yaxın 30-40 km-lik ərazidə bunların evləri olmalıdır. Mən Vaşinqtonda gördüyümü deyirəm. Camaat gəlir işləyir, axşam işdən sonra da gedir. Bir saat da olsa yol gedir meşənin içində və evində yaşayır. Yəni şəhərdə yaşamırlar, şəhərdə sadəcə işləyirlər. Bu mənada Ağdamda o şərait yoxdur. 

Mən 30 il qabaq, hansı ki, o vaxt Həsən Həsənov Baş nazir idi, onun otağında xəritəni qoyduq. Rəhmətlik Tofiq Qasımov idi, mən idim, Həsən müəllim idi. Bu söhbətləri xəritənin üstündə etdik.

- O xəritə indi durur sizdə, baxa bilərik?

- O məndə deyil. O bir xəritə idi və Nazirlər Kabinetində saxlayırdılar. İndi haradadır, bilmirəm. Orada biz təklif edirdik ki, ümumiyyətlə, Azərbaycanı iqtisadi zonalara görə bölmək lazımdır. Şimal hissə 2 bölgəyə - Şimal-Şərq, Şimal-Qərb, Orta bölgə və bir də Cənub bölgəsi, Muğanın xeyli hissəsi də oraya gedir, düz Astaraya qədər. Qarabağ da düşürdü Qərb tərəfə. O da elə bölünürdü ki, ermənilərin yaşadığı yerlər, onun içində ermənilər yaşadığı kəndlər də iki yerə bölünürdü. Bir də Naxçıvan oraya əlavə olunmuşdu. Bu inzibati bölgüdə paytaxt da nəzzərdə tutulurrdu. Mən o vaxtı təklif etdim ki, Ağsudan Göyçaya gedən yolda, orada gözəl çay da var, bir tərəfi Arandır, bir tərəfi dağ, orada paytaxt salmaq olar. Həm də təxminən ölkənin mərkəzidir ora. 

Niyə oranı təklif etdim? Çünki İsmayıllı tərəf meşəlikdir. Yəni həmin o paytaxtda işləyən insanalr işdən çıxıb meşəlik olan yerdə gedib rahat yaşayacaqlar. 20 dəqiqəlik yoldur.

- Ümumiyyətlə, paytaxtın bir kriteriyası varmı? Necə olmalıdır, harada olmalıdır, nəyə tələb verməlidir?

- Onun siyasi əhəmiyyəti var. Nazarbayev ən böyük ağıllı işlərdən birini etdi. Paytaxtı Almatıdan Astanaya köçürdü. Niyə? Çünki ən böyük sərhəd Rusiya ilədir. Rusiyada da gecə-gündüz deyirlər ki, Qazaxıstanın şimal əraziləri Rusiyanındır. Soljenitsin hər söhbətində onu deyirdi. Nazarbayev nə etdi? Paytaxtı köçürdü oraya ki, söz-söhbət kəsilsin. Bu paytaxtı bunlar məndən almayacaqlar ki? Yəni paytaxtın harada olmağının belə geosiyasi əhəmiyyəti var.

Bir də dediyim kimi, rahatlıq olmalıdır. Dünyada belədir. İstanbul mədəniyyət və tarix şəhəridir, Ankara paytaxtdır. Vaşinqton paytaxtdır, Nyu-York isə ABŞ-ın ən böyük şəhəridir. Sankt-Peterburq mədəniyyət mərkəzidir, amma Moskva paytaxtdır. Yəni bu normal yanaşmadır.

- Bakı paytaxt tələblərinə nə qədər cavab verir?

- Bakı cavab vermir. Niyə? Çünki Bakını elə bir günə salıblar ki, Bakı boğulur. Yəni tıxacların yaranmasını nəzərdə tutmuram. Eləcə də, havası, o gərginlik və s. Çünki hər şey, bütün təhsil ocaqları, nazirliklər, dövlət qurumları buradadır. Belə olmaz axı. Bunun da bir sonu olmalıdır. Yəni bu torpaqdır və bunu dartıb enlədə bilməzsən. Hamısını yığırsan oraya. O vaxtı gözəl olardı ki, Sumqayıtla Bakı birləşsin, arada şəhər uzansın oraya. Bu yandan Qaradağa doğru böyüsün. Yəni kənara böyüməliydi. Nə etdilər? Hamısını içəridə böyütdülər və şəhər boğulur. Bu mənada Bakı paytaxt kimi yaramır. Həm də Bakının qədim görüntüsünü ləğv edib dağıtdılar. Bağışlanmaz bir günah etdilər. İçərişəhərdə nəinki Bakının, eləcə də, Azərbaycanın ən gözəl tarixi görüntüləri oradaydı.

- Onu da “beşinci kolon” etdi, yoxsa özümüz?

- Vallah, hər ikisin əli var. Öz acgözlərimiz ki, var, başladılar orada tikintilər etməyə. Gedin Estoniyaya, Latviyaya baxın, görün. Köhnə küçələr qalıb, təmir ediblər gözəl, adamın könlü açılır. Hiss edirsən ki, tarixin içindəsən. Biz cavan vaxtı İçərişəhərdə gəzəndə elə bilirdik ki, Qahirədə və yaxud hansısa Hindistan şəhərindəyik. İçərişəhərdən çıxandan sonra, artıq şəhər aurası dəyişirdi. Bu mənada Bakı paytaxt kimi yaramır.

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?