Rusiya Kiyevdə Murayevi hakimiyyətə gətirmək istəyir? - Böyük Britaniya XİN-i belə iddia edir

23 yanvar, 2022 18:21

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynada “öz adamını” hakimiyyət başına gətirmək planlarına dair hesabat dərc edib.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, hesabata əsasən Kreml Ali Radanın keçmiş deputatı Yevgeni Murayevi Ukraynanın yeni başçısı rolunda görür. Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bəyan edib ki, bu gün dərc edilmiş hesabat Rusiyanın Ukraynadakı “dağıdıcı fəaliyyətinin miqyasına və Kremlin düşüncəsinə dair təsəvvürlərə” işıq salır.

Rusiya XİN isə bu hesabatı “dezinformasiya” adlandırıb. “Böyük Britaniya XİN tərəfindən yayılmış dezinformasiya məhz NATO ölkələrinin başda anqlo-sakslar olmaqla Ukrayna ətrafındakı gərginliyin eskalasiyası ilə məşğul olduqlarını göstərir”, - Rusiya XİN-in bəyanatında deyilir.

Bəs Rusiyanın Ukraynada hakimiyyət başına gətirməyi planlaşdırdığı iddia olunan (ehtimal ki, Moskva bu planı Ukraynaya hərbi müdaxilənin ardınca həyata keçirə bilər, - red.) Yevgeni Murayev kimdir?

O, iki çağırış (2012 və 2014) Ukrayna parlamentinin deputatı olub, devrilmiş prezident Viktor Yanukoviçin Regionlar partiyasının keçmiş üzvüdür, hazırda “NAŞI” partiyasının lideridir. 2019-cu ildə parlamentə namizədliyini versə də seçilə bilməyib. Murayev “NewsOne” və “NAŞ” telekanallarının təsisçisidir. Dəfələrlə Ukraynanın bloklardan kənar statusu və hakimiyyətin de-mərkəzləşdirilməsi barədə fikirlərini açıqlayıb. Maraqlıdır ki, Murayev 2018-ci ildən Rusiyanın sanksiyaları altındadır. Özü bunu oliqarx Viktor Medvedçukla münaqişəsi ilə bağlayır. “Mənim ailəmin orada aktivləri həbs olunub. Britaniya XİN-də və xüsusi xidmət orqanlarında bunu Rusiyanın guya məni “işğalçı hökumətin” rəhbəri təyin etmək istəyi kimi görürlərsə artıq mister Bindən bu haqda soruşmaq lazımdır”, - Murayev hesabatda adının hallanmasına belə münasibət bildirib.

Hesabatda o da iddia edilir ki, Rusiya xüsusi xidmət orqanları bir çox keçmiş ukraynalı siyasətçilərlə əlaqə saxlayır. Onların arasında Yanukoviçin dövründə baş nazirin müavini işləmiş Sergey Arbuzov və Andrey Klyuyev, milli təhlükəsizlik və müdafiə şurasının keçmiş sədr müavini Vladimir Sivkoviç və keçmiş baş nazir Nikolay Azarov da yer alır.

Hesabata əsasən bir sıra rusiyameyilli ukraynalı siyasətçilər  Rusiya kəşfiyyatının hazırda Ukraynaya hücumun planlaşdırılmasında iştirak edən zabitləri ilə təmasdadır.

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?