"Ukraynaya növbəti bir hücum Rusiya üçün fəlakət ola bilər, çünki..."

22 yanvar, 2022 00:14

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun eks həmsədri (Amerika üzrə) Metyu Brayza moderator.az-a müsahibə verib. 

- Cənab Brayza, Nato-Rusiya münasibətləri gərginləşməkdə davam edir. Bu barədə fikirlərinizi öyrənmək maraqlı olardı.

- Mən razıyam ki, Rusiya-NATO münasibətləri pisləşməkdə davam edir. Düzünü desəm, NATO-nun buna əhəmiyyət verdiyini düşünmürəm. Rusiya, NATO-nun Rusiya ilə dialoqu davam etdirməkdən həqiqətən narahat olduğunu düşünür. Amma NATO öz nöqteyi-nəzərindən, Rusiya danışmaq istəmədiyi təqdirdə dialoqa imkan verməklə Rusiyaya qarşı xoş niyyət göstərir. Bu isə NATO tərəfindən tamamilə doğru atılmış bir addımdır.

NATO Rusiyaya təhlükə yaratmır. NATO hərbi əməliyyatlar aparacaq müdafiə alyansıdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından fərqli olaraq NATO üzvü hücuma məruz qalmadığı halda NATO heç vaxt qüvvələrini öz ərazisindən və ya başqa ölkənin ərazisindən istifadə etməyəcək. KTMT isə üzv ölkələrin daxilində etirazlar olduqda belə öz qoşunlarını istifadə etməkdən çəkinmir. Rusiya NATO-nun qapısında Ukraynanı müharibə ilə hədələməklə NATO ilə qarşıdurma yaratmaq qərarına gəlib. Rusiya NATO ilə pis münasibətlər qurmaq istəyirsə, NATO bu vəziyyətlə barışmağa tam hazırdır. 

- Sizcə bu gərginləşmə fonunda hadisələr necə cərəyan edəcək? 

- Rusiyanın Ukraynaya qarşı təhdidlərinə NATO-nun nə dərəcədə birmənalı və nə qədər sərt reaksiya verdiyini, eyni zamanda NATO-nun nə qədər ciddi şəkildə bu tələbləri rədd etdiyini nəzərə alsaq görərik ki, Rusiyanın tələbində NATO-nun xüsusilə Ukrayna, Gürcüstanı əhatə etməyəcək fəaliyyəti və 1997-ci ildən NATO-ya yeni üzv seçilən, xüsusən də Rusiyaya yaxın dövlətlərdən NATO-nun hərbi bazasının çıxarılmasını tələb etdiyi bildirilir. Mənim fikrimcə, prezident Putin çox çətin bir seçimlə üz-üzədir. Çünki Ukraynada məhdud hərbi əməliyyatlara başlamaq və Donbası açıq şəkildə işğal etmək onun mümkün vəziyyətini kifayət qədər çətinləşdirib. Ukraynanın tam işğalına az qalıb. Düşünürəm ki, o, nəhayət, geri çəkilmək üçün bir yol tapmalı olacaq, çünki NATO ona zamanla güclü müqavimət göstərəcək. Rusiyanın Ukraynaya qarşı təcavüzü davam edir. Baxmayaraq ki, Rusiya Ukraynanı bir dəfə işğal edib və yenidən bunu edəcəyi ilə hədələyir. Daha bir məqam isə Rusiyanın Ukraynaya tam şəkildə müdaxilə etmək istəməsidir. Düşünürəm ki, Ukraynaya növbəti bir hücum prezident Putin üçün fəlakət ola bilər, çünki 2014-cü ildən fərqli olaraq Ukrayna Ordusu daha yaxşı təchiz olunub və təlimlər keçib. Rusiyanın hücumuna müqavimət göstərməyə tam hazırdır. Bu gün bütün Ukrayna Cəmiyyəti Ukraynanın Rusiyanın hər hansı ikinci işğalına qarşı müqavimət göstərmək üçün təşkilatlanır. Beləliklə, tammiqyaslı bir işğal Rusiya üçün, əlbəttə ki, maddi baxımından çox baha başa gələcək, həm də bu dəfə Rusiya xeyli canlı itki verəcək və rus hərbçilərinin həyatı baxımından yaranan problemlər yerli kütlədə Putinin hakimiyyətdə qalmasına qarşı narazıçılıqları artıra bilər. 

- Əgər Rusiya yenidən Ukraynaya hücum edərsə, Qərb xüsusilə də ABŞ buna necə reaksiya verəcək? 

- Son bir ayda beynəlxalq xəbərlərə diqqət yetirən hər kəs demək olar ki, ABŞ-ın reaksiyası ilə tanışdır. Və ABŞ-ın NATO müttəfiqləri bildiriblər ki, əgər Rusiya yenidən Ukraynaya hücum edərsə, Qərbin Rusiyaya qarşı reaksiyası indiyədək ən ağrılı iqtisadi sanksiyalar olacaq. Bu sanksiyalar Rusiya iqtisadiyyatına ciddi ziyan vurmaq məqsədi daşıyacaq və  hətta Vladimir Putinin özünə qarşı sanksiyaları da əhatə edə bilər. Eyni zamanda NATO prezident Putinin qarşısını almağa çalışdığı hərbi əməliyyatları sürətləndirəcək, bu da Polşada və Balkan ölkələrində daha çox NATO qoşunlarının toplanması və daha çox silahların Ukraynaya getməsi deməkdir. Və düşünürəm  ki, Rusiya belə bir hərbi əməliyyatdan sonra heç vaxt olmadığı qədər təhdid hiss edəcək. 

- Yeri gəlmişkən, Rusiya NATO-nun ona yaxın ərazilərə yerləşməsindən niyə bu qədər narahatdır və bir sözlə, Rusiyanın NATO qorxusunun arxasında nə dayanır? 

- Əminliklə deyə bilərəm ki, Rusiyadan fərqli olaraq NATO Rusiyadan qətiyyən qorxmur. NATO Rusiyanın bir çox vədlərini pozaraq başqa bir ölkəni işğal etmək və beynəlxalq sərhədləri dəyişdirmək kimi həqiqətən qəbuledilməz qeyri-qanuni təhdidlərdən özünü müdafiə edir. İstər başqa ölkəyə qarşı güc tətbiq etməklə hədələməni qəbuledilməz edən ATƏT-in Helsinki yekun aktı olsun, istərsə də 1990-cı illərin əvvəllərindəki Budapeşt memorandumuna əsaslansaq görərik ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməlidir. Əgər Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə etsə, beynəlxalq hüququ pozmuş olar. NATO bundan qorxmur. NATO bu kimi təhdidlərdən isə qəti şəkildə qorxmur. Sadəcə, Rusiyanın NATO-ya üzv ölkələrin ərazilərinə növbəti təcavüzünə qarşı özümüzü müdafiə edəcəyimizi bəyan edir. Başqa sözlə, biz Rusiyanın NATO ərazisinə istənilən hücumunu darmadağın edəcəyik. Bununla yanaşı Rusiya iqtisadiyyatına hədsiz ağır zərbələr vuracağıq.  Bu, sadəcə olaraq NATO-nun Rusiyaya bəyan etdiyi çox aydın bir mövqedir ki, əgər Ukraynaya yenidən hücum etsəniz, çox ağrılı bir bədəl ödəyəcəksiniz.

- Regionda yarana biləcək yeni Rusiya-Ukrayna müharibəsi Azərbaycana necə təsir edə bilər? 

- Mən Rusiya ilə Ukrayna arasında yarana biləcək müharibənin Azərbaycana birbaşa təsirini görmürəm. Azərbaycanın o münaqişə ilə heç bir əlaqəsi yoxdur. Yeganə mümkün təsir o ola bilər ki, Rusiya Ukrayna ilə müharibəyə eskalasiya edilsə, Azərbaycana və ya bütün Cənubi Qafqaza daha az diqqət yetirər. Rusiya 2014-cü ildən Ukrayna ilə müharibəyə başlayıb və hələ də müharibəni davam etdirmək niyyətindədir. Beləliklə, əsas məsələ Rusiyanın bu müharibənin hərbi aspektlərini artırmağı planlaşdırmasıdır.

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb