Ukraynaya doğru göndərilən rus əsgərləri - Dayanmadan hərbi qüvvə daşınır...

21 yanvar, 2022 13:10

Rusdilli sosial media postları Moskvanın NATO ilə artan gərginlik fonunda hərbi səfərbərliyinin miqyasını və təbiətini açmağa kömək edir. Ukrayna ilə sərhədə göndərilən əsgərlərin qohumları bundan narahatlıqlarını ifadə edirlər.

Bu barədə "Azadlıq" radiosunun əməkdaşı Mark Krutov radionun Rusiya xidməti və Münaqişə Kəşfiyyatı Komandasının (Conflict Intelligence Team - CIT) birgə araşdırmasında yazıb.

Araşdırma TikTok videopaylaşım platformasında rusiyalı əsgərlərin paylaşdığı saysız postlara reaksiyalar, bəzi şərhlərin müəlliflərinin dostları və yaxınları ilə söhbətlər əsasında aparılıb. Bütün bunlar Rusiyanın Ukrayna yaxınlığına hərbi qüvvə cəmləməsinə dəlilləri artırır. Bu arada Rusiya ilə Qərbin danışıqlarında da elə bir irəliləyiş əldə olunmayb.

Postlardan belə çıxır ki, Rusiyanın Uzaq Şərqindən kütləvi şəkildə əsgər və avadanlıq daşınması davam edir. Amma postlarda Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya yeni hərbi təcavüzə qərar verməsinin əlaməti də görünmür.

Postların təxminən yarısında Rusiya müqaviləli əsgərlərin dostları və yaxınları əsgərlərin tapşırığa, yaxud təlimə göndərildiyini yazırlar. Çoxları səfərlərin Ukraynanın şimal qonşusu Belarusda bitəcəyini, bəziləri isə Ukrayna yaxınlığına getdiklərini yazırlar. Gələn aya Rusiya-Belarus birgə təlimlərinin qəfil elan olunması da Ukraynaya təcavüzün olacağı sarıdan əndişələri gücləndirib.

“Mənim ərim də yanvarın 7-də Belarusa yola düşüb”, – bir qadın sosial mediada yazıb. O, ərinin Rusiyanın Uzaq Şərqindəki Zabaykalye regionundan çıxdığını, hazırda Belarusun Polşa ilə sərhəd yaxınlğındakı Brest şəhərində olduğunu deyib.

Vladivostokdan bir qadın isə sosial mediadakı videoya şərhində yazıb ki, onun 155-ci dəniz piyadaları briqadasının üzvü olan partnyoru təlimə göndərilməyib, döyüş əməliyyatına qatıla biləcək missiyadadır. Qadın, partnyorunun Ukraynaya göndərildiyini deyib, amma bunu haradan bildiyini açıqlamayıb.

ABŞ-ın, digər ölkə və qurumların rəsmiləri payızdan bəri kəşfiyyat materiallarına əsasən Rusiyanın Ukraynaya mümkün təcavüzə hazırlaşması haqda xəbərdarlıq edirlər. Moskva 2014-cü ildə Krım yarımadasını ilhaq edib. Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Kiyev Rusiyanın Ukrayna sərhədləri yaxınlığında 127 minədək əsgər yığdığını bildirir. Rusiya rəsmiləri Ukraynaya yeni təcavüz planları olmadığını desələr də, Ukrayna tərəfdən provokasiyaya qarşı əməliyyatı istisna etmirlər.

Ağ Ev ötən həftə Rusiyanı Ukraynanın şərqinə sabotajçılar göndərməkdə suçlayıb. Məqsədin təcavüzə bəhanə verəcək insidentin təşkili olduğu bildirilir. Rusiya Belarusla birgə təlimlərin fevralın 9-da başlanacağını, 10 gün çəkəcəyini bəyan edir. Amma sosial mediadakı şərhlər, onların müəllifləri ilə yazışmalara əsasən demək olar ki, Belarusa göndərilən hərbçilərə daha uzun zaman çərçivəsi söylənir, onların orada hansı müddətə qalacağı əsasən bildirilmir. “Onların neçə aylığa getdiyi bilinmir”, – bir qadın yazıb.

Rusiyanın Uzaq Şərqindən göndərilən əsgərlərin böyük qismi isə tammiqyaslı quru müdaxiləsi qabiliyyəti olanlardır. Buraya hərbi polis, xüsusi qüvvələr, taktiki komandalar daxildir.

CIT-in təhlil etdiyi postlara əsasən demək olar ki, Belarusa göndərilən Rusiya hərbi kontingentinin böyük hissəsi heç birgə təlim məkanına gedib çıxmayıb, Ukrayna ilə sərhədin 40 kilometrliyindəki Qomel şəhəri ətrafına yerləşib.

Baş verənlər 2014-cü ili yada salır. O zaman Ukrayna ilə sərhədə göndərilən Rusiya əsgərlərinə hərbi münaqişədə iştirak edəcəkləri haqda xəbərdarlıq olunmamışdı.

CIT qeyd edir ki, Uzaq Şərqdən göndərilən yüzlərlə əsgərlə bağlı şərhlərə əsasən bölmələrin Belarusda və Rusiyanın qərbində bir neçə ay qalacağını düşünmək olar.

25 iyun

01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?15:20 - Azərbaycanda gənc narkomanların sayı açıqlandı15:17 - Azərbaycanla bağlı 907-ci düzəliş bu il də dayandırılır - Ermənilərə zərbə15:13 - "ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırıb" - Lavrov səbəbini açıqladı12:52 - Azərbaycanı işğal edən rus generalının Krımda sərgisi açıldı12:47 - Xəzəri işğal edən məmur villaları da söküləcək? - VİDEO 12:44 - Avropaya ixracın artması qazı bahalaşdıracaq? 11:14 - Rəsmi qəzet naziri "vurdu"11:10 - Türkiyə və Rusiya arasında kritik müzakirə - Ağ Evdən reaksiya09:48 - "Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz deyirsinizsə..."01:34 - "Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər" - "Freedom" marafonu...01:30 - "Ukrayna, Moldova və növbəti mərhələdən əvvəl ev tapşırığını yerinə yetirməlidir" - Lyayen01:28 - "Azərbaycan Rusiyanın Cənubi Qafqazda mühüm müttəfiqidir" - Rusiya XİN

23 iyun

22:42 - Rusiya ilə NATO arasındakı daha bir gərginlik - Yeni cəbhə açıldı22:39 - Ermənistanın revanşist "Müqavimət" hərəkatı üzvləri Azərbaycan rayonlarını gəzdi - FOTO 22:36 - İlham Əliyev Müttəfiqlik Bəyannaməsindən nələr danışdı?19:39 - "Türk kəşfiyyatı İranın İsrail vətəndaşlarına sui-qəsd planını aşkara çıxarıb" - Yair Lapid19:36 - Ermənistanın müdafiə naziri Moskvaya niyə gedir?16:24 - İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edir16:21 - "Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu16:18 - "İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əleyhinədir" - İran XİN rəhbəri12:15 - "Ukraynada müharibə hələ uzun sürəcək" - NATO Baş katibi12:13 - Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən saxlanıldı