Soçi görüşünün əhəmiyyəti - "İlham Əliyevin mövqeyi sənəddə tam şəkildə öz əksini tapıb"

27 noyabr, 2021 13:05

Noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüş Azərbaycanın müəyyənləşdirdiyi strateji hədəflərə tam cavab verir. İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında keçirilən Soçi görüşü on illliklər boyu müharibə şəraitində yaşamış Azərbaycan və Ermənistan arasında normal münasibətlərin yaradılması baxımından möhkəm hüquqi baza rolunu da oynamış oldu. Bundan əvvəl iki dəfə - 44 günlük müharibəni başa çatdıran 10 noyabr 2020-ci ildə, daha sonra isə 11 yanvar 2021-ci il tarixində üçtərəfli görüşlər olmuşdu. Soçi görüşü Azərbaycan-Ermənistan arasında bundan sonra qurulacaq münasibətlərə bir daha aydınlıq gətirdi. 

Nələr öz təsdiqini tapdı?

Əvvəla, Zəngəzur dəhlizinin açılması prosesi sürətlənməlidir və bunun üçün Ermənistanın müqaviməti sındırılmalı idi. Zəngəzur dəhlizi açılacaq, ancaq Ermənistanın dəhlizlə bağlı iddialarını, yersiz cəhdlərini zərərsizləşdirən addımlar da atılmalı idi. Məsələ bundadır ki, Zəngəzur dəhlizinin açılması 10 noyabr üçtərəfli razılaşmasının 9-cu bəndində öz əksini tapıb. Soçi görüşü zamanı Rusiya prezidenti Putinin “Dəhlizin açılmasında maraqlı olan tərəflərdən biri də Rusiyadır” deməklə, Paşinyanı tamamilə tərksilah etmiş oldu.

Həmçinin, üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin mətbuata bəyanatla çıxışı zamanı bu məsələ növbəti dəfə proseslərin “mayak”ı kimi qabardıldı. Belə ki, Putin iqtisadi əlaqələrin bərpasından danışarkən ilk olaraq nəqliyyat dəhlizlərinin açılması məsələsini diqqətə çatdırdı. O, bildirdi ki, iqtisadi əlaqələrin bərpası, sərhədlərin delimitasiyası, demarkasiyası və humanitar xarakterli məsələlərlə bağlı faydalı görüş alındı.

Daha sonra İ.Əliyev Rusiyanı dost və strateji tərəfdaş adlandırdı və üçtərəfli görüş zamanı qəbul edilən qərarların Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacağını bildirdi.

Ermənistanın Baş naziri Paşinyan mətbuata birgə bəyanat zamanı “Mən Ermənistanın və Ermənistan xalqından mandat almış Ermənistan hökumətinin ölkəmiz üçün, bizim region üçün dinc inkişaf erasının başlanmasına hazır olduğunu təsdiq edirəm” deməklə, başqa yolun olmadığını bird aha ifadə etmiş oldu: “Biz regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması məsələsi barədə həqiqətən qeyd etdik ki, bu kommunikasiyaların necə işləyəcəyi barədə təsəvvürümüz ortaqdır”.

Üçtərəfli görüşün Azərbaycan üçün mühüm tərəfləri:

Birincisi, Azərbaycan diktə edən dövlət kimi görüşdə iştirak etdi və imzalanan sənəddən də aydın olur ki, Prezident İ.Əliyevin mövqeyi heç bir şərt olmadan sənəddə öz əkisini tapıb.

İkincisi, Zəngəzur dəhlizi açılması daha da qaçılmaz oldu. Moskva bu məsələ ilə bağlı növbəti dəfə ortaya açıq mövqe qoydu, bu dəhliz həm də Rusiya üçün vacibdir. Görünən budur ki, Ermənistanın dəhlizin açılması istiqamətindəki hər hansı cəhdləri olarsa, zərərsizləşdiriləcək. Çünki bu dəhliz regional və qlobal əhəmiyyətlidir. Eyni zamanda, dəhlizin açılması ilə bağlı öz üzərinə hüquqi öhdəlik götürdüyünü Ermənistan Soçi görüşündə növbəti dəfə təsdiqləmiş oldu.

Üçüncüsü, Rusiya-Azərbaycan arasındakı münasibətlərin mahiyyəti bir daha aydınlaşmış oldu. Məsələn, Putinin Əliyevlə təkbətək görüşü zamanı rus dilinin təbliğinə verdiyi dəstəyə görə təşəkkür etməsi kifayət qədər ciddi amil idi. Söhbət ikitərəfli mədəni, iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsindən doğan minnətdarlıq hissindən gedirdi. Məsələn, hazırda Rusiyada 15 mindən artıq azərbaycanlı gənc təhsil alır. İki ölkə arasında iqtisadi və humanitar sahələri əhatə edən 7 yol xəritəsi cira olunur.

Üçtərəfli görüş Azərbaycanın qətiyyətli mövqeyini bird aha nümayiş etdirdi: Azərbaycan qarşıdurmalara son qoymaq, bir-birinin ərazi bütövlüyünü tanıyan sülh müqaviləsinin bağlanmasını yenidən tarixi zərurət kimi önə çəkdi.

Üçtərəfli görüş bir daha nümayiş etdirdi ki, Rusiya ilə strateji münasibətlər ən yüksək səviyyəyə çatmalıdır. Hazırkı situasiya və bundan sonrakı ən azı 30 illik bir dönəm üçün Azərbaycan və Rusiyanın maraqları eynilik təşkil edir. Biz yaranmış bu situasiyadan istifadə edərək Ermənistan üzərində digər öz tarixi haqlarımızı bərpa edə bilərik.

Sevindirici haldır ki, bu ilin sonuna qədər sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı ortada real nəticələr əldə olunacaq. 

Müəllif: Samir Feyruzov 

29 yanvar

00:48 - Laçının tarixi ilə bağlı ermənilərin daha bir saxtakarlığı - FOTO00:16 - "Müharibə olacaq, əgər Belarusa yönəlik xarici təhdid olarsa..." - Lukaşenko

28 yanvar

22:56 - Mahir Abbaszadə haqqında yazılan xəbərləri pulla sildirir - 3 manatdan 5 min manata qədər pul paylayır22:21 - Hazırda həbsdə olan oğru və quldur generalın daha bir əmlakı üzə çıxdı - 10 milyon dəyəri var 22:19 - "Bizim adımızı da ona görə çəkməyib ki, bizim hakimiyyət rus sülhməramlılarını özü dəvət edib” - Fazil Mustafa22:17 - Rusiya erməniləri veteranları qəzəblənib 22:14 - "Məni niyə dəvət edirsən, xizək sürməyə?" - Zelenskidən Lavrova cavab18:02 - "Davamçı ol!" paketi istifadəyə verilib16:10 - "Pullar korrupsiya yolu ilə əldə edilibsə, bu, cinayətdir" - Abuzərlinin dəbdəbəli həyatı ilə bağlı açıqlama15:15 - Ukrayna böhranı neft və qaz tədarükünə necə təsir göstərəcək? - "Forbes"15:10 - Zelenski Rusiyaya səfərə dəvət edildi - Səfər baş tuta bilərmi?14:19 - ABŞ-ın F-35 qırıcısı dənizdə batdı, Rusiya onu ələ keçirmək üçün gəmilər göndərdi 13:19 - "Biz özümüzü aldatdıq, nəticə də 44 günlük müharibə oldu" - Ermənistanın XİN rəhbəri13:09 - Sərhəd toqquşmaları - Tikanlı məftilləri "qıran" Rusiyadır?12:08 - Rusiya hərbçiləri Qarabağda PUA-larla tapşırıqlar icra etdi11:48 - Nəzir yığımı Allahşükür Paşazadədən alınır - Hansı quruma verilir?11:42 - Şor pendir qiymətinə, pendir ət qiymətinə: Kasıb nə yesin? - FOTOLAR 10:07 - "Ola bilsin heç Putinin özü də hazırda bunu bilmir…" - Kremlin planı sirr olaraq qalır00:50 - Qırğızıstan və Tacikistan arasında atışma davam edir: Danışıqlar baş tutmayıb - VİDEO 00:46 - "NATO Ukraynaya görə döyüşməyəcək" - Rumıniyanın müdafiə naziri00:02 - Azərbaycanda kişilər hansı şərtlərlə dekretə çıxacaq?

27 yanvar

21:21 - Qırğızıstan və Tacikistan sərhədində nə baş verir? - KTMT çağırış etdi21:19 - Erməni terror təşkilatı "VOMA" Xankəndidə filial yaradır - FOTO21:16 - Rusiya Ukraynaya hücum etsə, Türkiyə hansı addımı atacaq? 21:11 - Dövlət Gömrük Komitəsinin 20 yaşlı əməkdaşının dəbdəbəli həyatı: Deputatın dostunun oğludur - FOTOLAR 16:21 - "Türkiyə mallarına tədbiq edilən embarqo heç bir müsbət nəticəyə gətirib çıxarmayıb" - Ermənistanın iqtisadiyyat naziri16:05 - Ramiz Mehdiyev sabiqləri başına yığır - Daha bir "Mehdiyevçi" AMEA-da yüksək vəzifəyə təyin edildi - FOTOLAR 14:09 - Rusiya imperializmini dayandırmaq üçün cəmi üç addım atmaq kifayətdir - ŞƏRH13:55 - "Rusiya Ukraynaya hücum etsə, Türkiyə özünü NATO ölkəsi kimi aparacaq" - Ərdoğanın bəyanatı13:27 - Kamran Əliyev səs yazısı yayılan prokuroru işdən çıxardı