Paşinyanın Qərbə yerdəyişməsi mümkündürmü? - Rusiyalı general açıqladı

24 noyabr, 2021 18:43

Bir neçə gün əvvəl sərhəddə vəziyyət gərginləşəndə və növbəti toqquşmalar baş verəndə Ermənistanın hakim dairələrində güclü anti-Rusiya isteriyası müşahidə olunmağa başladı. Hətta KTMT-dən və Avrasiya İttifaqından çıxmaq çağırışları səsləndi. O cümlədən sosial şəbəkələrin erməni seqmentində Rusiyanın Gümrüdəki 102-ci bazasının ölkədən çıxarılması barədə çağırışlar yer aldı. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bildirdi ki, əgər Rusiya və KTMT Azərbaycanla münaqişəni həll etmək imkanları tapmasa Ermənistan “digər beynəlxalq tərəfdaşlara” müraciət etmək haqqını özündə saxlayır.

Bunun ardınca Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində görüşünün razılaşdırıldığı açıqlandı. Və məlum oldu ki, Brüsseldə görüşün keçirilməsi erməni tərəfinin istəyidir. Hansı ki, daha əvvəl baş nazir Paşinyan Rusiyanın vasitəçiliyi ilə üçtərəfli görüşün keçirilməsindən imtina etmişdi. Hərçənd ötən gün Kreml bu üçtərəfli görüşün yanvarın 26-da baş tutacağını elan edib, bununla belə Ermənistanda son baş verənlər bu ölkənin Rusiyanın orbitindən çıxıb Qərbə meyllənməsi cəhdlərinin yenidən aktuallaşmasına səbəb olub. Və Rusiya ekspertləri Ermənistanın Qərbə meyllənmək imkanlarının nə dərəcədə real olduğunu dəyərləndirirlər.

Azsiyaset.com virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz üzrə aparıcı elmi əməkdaşı Vadim Muxanov Qarabağda ötənilki 44 günlük müharibənin nəticəsi olaraq Rusiyanın Ermənistandakı və ümumən Cənubi Qafqazdakı hərbi-siyasi mövqelərinin nəzərəçarpacaq dərəcədə laxladığını təsdiq edir. Lakin Muxanov gazeta.ru portalına açıqlamasında deyir ki, Paşinyan indi “çarəsiz, qüsurlu vəziyyətdədir” və Moskvaya bağlanıb. Onun əlində “kozırlar” yoxdur. Bununla belə Paşinyanın və erməni istebleşmentinin Moskvadan incikliyi var, onlar bunu beynəlxalq platformalarda gizlətmirlər. “Bu isə Rusiyanın hərbi iştirakına, bizim regiondakı nüfuzumuza zərbədir”,-Vadim Muxanov bildirir. Ekspert əlavə edir ki, “Şərq Tərəfdaşlığı” sammiti ilə bağlı əhvalat Kremlə siqnaldır və Yerevanın uzunmüddətli perspektivdə Qərbə tərəf üz döndərməsi təhdidi mövcuddur.

“PİR-Sentr” analitik mərkəzinin şura sədri, istefada olan general-leytenant Yevgeni Bujinski isə hesab edir ki, Rusiyanın Cənubi Qafqazdakı mövqelərini itirmək barədə danışmaq hələ tezdir. “Şübhə edirəm ki, biz Cənubi Qafqazdakı mövqelərimizi itirə bilərik. Bizim Cənubi Osetiyada və Abxaziyada bazalarımız var. Paşinyan və onun ətrafı Qərbə tərəf yerdəyişmə edə bilməz. Bunun üçün Putinlə Paşinyanın görüşünün videosuna baxmaq lazımdır, hansı ki, orada sonuncu açıq-aşkar itaət nümayiş etdirir. Bundan əlavə, Türkiyə də Avropa İttifaqına skeptik yanaşır. Müvafiq olaraq Azərbaycana də həmin o “Şərq Tərəfdaşlığı” nəsə verə bilməz”,-general Bujinski bildirib.

Musavat.com

29 noyabr

15:57 - NATO İrana xəbərdarlıq edib10:22 - Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub00:16 - Yerevan sülh müqaviləsi layihəsinə dair təkliflərinə Bakıdan cavab alıb00:11 - İran Rusiya ilə 300 milyonluq memorandum imzaladı00:08 - Rusiya anlamamaqda israr edir - Müdafiə Nazirliyindən növbəti etitraz

28 noyabr

16:46 - "İsraillə əlaqələrdə diqqətli olun" - İrandan Bakıya16:42 - "İnanmıram ki, cinsi azlıq nümayəndəsi Milli Məclisə düşə bilsin" - Deputat16:35 - İran İlham Əliyevdən niyə qorxur? - Post TV09:59 - Qarabağda orfoqrafiya dərsləri davam edir09:58 - Çin və Vatikan arasında gərginlik - İzahat tələb etdilər09:53 - Təşkilat hibrid hücumları dəf etməyə hazır deyil

27 noyabr

02:09 - Soros Fondu daha bir ölkədən gedir - "Kommersant" nəşri02:05 - Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Erməni professor02:01 - Avropada Rusiya neftinə görə fikir ayrılığı yarandı

26 noyabr

13:02 - Ermənilərə məxsus kvadrokopter vuruldu12:54 - İlham Əliyevin İranla bağlı fikirlərində iki strateji amil...11:47 - Müdafiə Nazirliyi açıqlama yaydı11:26 - Rusiya sülhməramlılarından Azərbaycana qarşı təxribat...11:22 - Ermənilər təşvişdə - "Laçın dəhlizi" bağlansa..."

25 noyabr

13:20 - "İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik" - Azərbaycan lideri13:15 - Vasif Talıbovun oğlu da dindirilib13:13 - "Makronun iştirakını istəyir deyə o görüş olmayacaq" - İlham Əliyev03:24 - Bu ölkə Rusiyanı terror dövləti kimi tanıdı03:19 - Suriyadan Azərbaycana gətirilən 16 nəfər kimlərdir?03:15 - Müdafiə Nazirliyindən Rusiya sülhməramlılarına etiraz...03:12 - BMT İranda araşdırmalara başladı

22 noyabr

13:53 - Fərhad Əhmədovun atası niyə güllələnib? 13:49 - "İrandakı rejim indi zəifdir, Azərbaycan isə yüksələn gücdür" - Amerikalı ekspert10:23 - Deputatlar yayayış minimumunu 36 manat qaldırır - "Təbii ki, bu məbləğlə normal yaşamaq mümkün deyil"10:20 - "Şeytan yuvası"nda "rus mərkəzi" açıldı - Xankəndidə növbəti təxribat...