Rusiya Ermənistanı müharibəyə hazırlayır? - "Qərb-2021" təlimlərinin mesajı...

15 sentyabr, 2021 09:43

Azərbaycanın Türkiyə və Pakistanla keçirdiyi hərbi təlimlər fonunda, Rusiya və Belarus ordusunun birgə keçirdiyi “Qərb-2021” hərbi-strateji təlimi də diqqət çəkir. Birgə hərbi təlimlər öz miqyasının genişliyi, tətbiq edilən silahların müasirliyi və çoxsay olması ilə seçilir.

"Azsiyaset" modern.az-a istinadla ntyabrın 10-dan 16-na kimi davam edəcək təlimlərə 200 min canlı qüvvə, 80-dən çox təyyarə və helikopter, 760-a qədər zirehli texnika cəlb olunub. “Qərb-2021” təlimlərinin əsas hissəsi Rusiyanın Nijni Novqorod vilayətinin Mulino poliqonunda baş tutacaq.

“Təlimlərin gedişində pilotsuz uçan aparatlarla və qanadlı raketlərlə mübarizəyə, şərti düşmənə qarşı atəş zərbəsinə və radioelektron təsirə, bir döyüş əməliyyatları növündən sürətlə digərinə keçməyə və mürəkkəb, dinamik şəraitin yaradılmasına, taktiki hava desantı qüvvələrindən istifadəyə xüsusi diqqət yetiriləcək”,-deyə Rusiya Müdafiə Nazirliyinin yayadığı məlumatda bildirilir.

Təlimlər bir sıra yenilikləri ilə diqqət cəlb edib. Bunlar arasında, “Platforma-M” döyüş robotlarının ilk dəfə savaş meydanında tətbiq olunmasıdır.

Təlimin diqqət çəkən məqamlarından biri də pilotsuz uçuş aparatlarından aktiv istifadə edilməsidir. Belə ki, müdafiə olunan tərəf kəşfiyyatın atəş sistemi çərçivəsində zərbə dronları “İnoxodets”, “Lastoçka” və “Orlan-10”dan istifadə edib.

Dronlar müdafiə tərəfinin 120 mm-lik “Qran” idarə oluna bilən minaları ilə manevr hərəkətlərini dəstəkləyib. “Lastoçka” dronları isə taktiki hərəkətlər çərçivəsində düşmənin açıq ərazidə yerləşən canlı qüvvəsi, hərbi texnikasını kumulyativ və qəlpəli-fuqaslı mərmilərlə məhv edib.

Bununla yanaşı, S-400 zenit raket-komplekslərinin köməyi ilə qanadlı raketlərin məhvi, kiçik mənzilli “İsgəndər-M” ballistik raketləri ilə komanda-idarəetmə məntəqələrinin məhv olunması, zərbə dronları və hücum helikopterləri ilə yerüstü hədəflərin, canlı qüvvə və zirehli texnikanın məhv edilməsi təlimlər planına daxil edilib.  Məlumata görə “Qərb-2021” təlimləri zamanı əlahiddə bölmələrin əsas qüvvələrdən ayrılaraq, şərti düşmənin nəzarətində olan ərazilərin dərinliklərində reydlər keçirməsi də məşq edilib.

“Qərb-2021” təlimlərinin ilk növbədə NATO üzvü olan Baltikyanı ölkələrə, yaxud Ukraynaya qarşı yönəlməsi barədə ekspert dairələrində yekdil fikir olsa da, bunun Azərbaycan üçün də təhlükə törətdiyi istisna edilmir. Bunu iddia etmək üçün bir neçə önəmli səbəb var. Onlar arasında ilk yerdə Rusiya-Belarus təlimlərinə Ermənistan ordusunun bir batalyonunun da qatılması faktıdır. Təlimlərə batalyonun artilleriya, moto-atıcı və tank bölmələri cəlb olunub. “Qərb-2021” təlimlərini Ermənistanın müdafiıə naziri Arşak Karapetyanın da Mulino poliqonunda izləməsi rəsmi Yerevanın təlimlərin gedişatına və əldə olunacaq nəticələrə ciddi önəm verməsini göstərir.

Digər tərəfdən, rəsmi Moskva “Qərb-2021” təlimlərin ssenarisini Suriya və Qarabağdakı hərbi əməliyyatların təcrübəsi əsasında hazırlandığını elan edib. Təlimlər Ermənistanın 44 günlük müharibənin nəticələri əsasında yeni hərbi doktrina qurmasına, Rusiya ilə birgə aparılan ordu islahatı çərçivəsində yeni standartlara keçməsinə və Moskvanın istehsal etdiyi yeni nəsil silahlara, xüsusən, kəşfiyyat və zərbə dronlarına marağının artmasına stimul verə bilər.

“Qərb-2021” təlimləri Moskvanın NATO ilə Polşa və Baltikyanı ölkələrlə, həmçinin, Ukrayna ilə dövlət sərhədində hərbi mövcudluğunu gücləndirməsindən, Belarusdan hərbi baza kimi istifadə edəcəyindən xəbər verir. Paralel olaraq, rəsmi Moskva Qarabağ müharibəsindən sonra döyüş qabiliyyəti ciddi şəkildə zədələnmiş Ermənistan ordusunu təlimlərə cəlb etməklə, ordunun bərpasına və döyüş qabiliyyətinin artırılmasına dəstəyini ifadə edib.

Yaxın zamanlarda Rusiyanın Ermənistana ciddi hərbi-texniki yardım göstərməsi gözlənilir. Bu, həm də şimal qonşumuzun Azərbaycan, Türkiyə və Pakistanın dərinləşən hərbi əməkdaşlığına və keçirilən təlimlərə qısqanclığı ilə də izah oluna bilər.

25 oktyabr

17:48 - "Əli Əkbər Vilayətidən soruşdum: Niyə Ermənistana dəstək verirsiniz? Dedi Türkiyənin önünü kəsmək istəyirik" - "Hizbullah"ın keçmiş baş katibi16:51 - İran Prezidenti Azərbaycanın yeni səfirini qəbul etdi - FOTO 16:49 - "Qubadlı azad olunanda artıq müharibənin taleyi həll edilmişdi" - İlham Əliyev15:18 - 10 "arzuolunmaz şəxs" - Hansı səfirlər Türkiyəni tərk edib?15:15 - ""Sülh" Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir..." - Ohanyan "həyəcan təbili" çalır15:08 - Müəllim peşəsindən uzaq düşən kişilər... - ARAŞDIRMA14:41 - Prezidentlə xanımı Qubadlıda getdi - FOTOLAR 14:38 - Ali məktəblərdə hansı fakültələr ləğv edilməlidir? - Ekspert rəyi13:18 - Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ12:58 - İranın Təhlükəsizlik Şurasının katibi İsraili hədələdi - "Əgər hücum etsə, İsraili darmadağın edəcəyik" 12:51 - Həmin çantanın içində nə vardı? - Bennettlə Putinin görüşü12:01 - Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO11:47 - Şeyxin deputat qardaşı özünü gülüş hədəfinə çevirdi - "Azərbaycan" sözünü düzgün yaza bilmir - FOTO10:56 - Dini toy karvanı təşkil edənlər saxlanıldı, 16 sürücü saxlanıldı - VİDEO 09:56 - İranlı nazir: "Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək" - Tehran niyə belə bir addım atır?09:51 - Azərbaycanda devalvasiya olacaq? - Vacib açılama 09:47 - Azərbaycanda bahalaşma "yorulmaq" bilmir - Bizi nə gözləyir?09:45 - İlham Əliyev gələn ay Türkiyəyə səfər edəcək - Səfir anons verdi 00:13 - "Ermənilərin qatilləri": Ermənistan parlamentinin sədri Kiprdə belə qarşılandı - VİDEO 00:08 - Şemya adasına F-16 qırıcıları göndərildi: ABŞ Rusiya ilə müharibəyə hazırlaşır? - "FORBES" jurnalı00:05 - ABŞ Ukraynaya müasir silahlar göndərdi - "Ukraynanı NATO yolunda görmək istəyirik..."00:00 - "Paşinyan artıq cəsarətli açıqlamalar verir, çünki..." - Metyu Brayza

24 oktyabr

16:39 - Abdulla Abdullayev, Rövşən Əhmədov və digərləri “Bayraktar”ın sirlərini ələ keçirmək istəyirdilər? - Türkiyədə həbs edilən 6 nəfərlə bağlı müəmma16:38 - İran XİN rəhbəri Azərbaycanla münasibətlərdən yazdı 12:31 - "Murat Karayılanın da məhv edilmə növbəsi çatır" - Süleyman Soylu12:29 - Prezidentlə xanımının yeni fotosu 11:35 - Müxalifət yenidən küçə mübarizəsinə başlayır - Hakimiyyət nə düşünür?00:18 - Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı00:17 - Kennedi sui-qəsdinin gizli sənədləri nə vaxt açılır?00:13 - İran Bakı qarşısından niyə geri çəkildi? - Rusiyalı tarixçi şərh edir