Azərbaycan gəncləri İranın hədəfində! - Ermənilərə ərzaq, Azərbaycana narkotik?

13 sentyabr, 2021 16:18

İranın hər gün yeni “sürpriz”lərlə çıxış etmək cəhdləri Azərbaycanı təəccübləndirə bilmir. Klassik “cənub siyasəti” 1979-cu ildən bəri adını dəyişsə də, ancaq neofars üfüqlərinin hüdudlarından kənara çıxa bilmədi və din pərdəsi altında dünyanın ən böyük narkotik-opium ticarətçisinə çevrildi. Təsadüf deyil, İranın hədəfləri sırasında Azərbaycan ilk yerdə qərarlaşdı. Və 1992-ci ildə prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovun Tehrana səfər etdiyi günün səhəri - may ayının 8-də Şuşanın işğal olunması ilə İran daha bir kirli səhifə açdı. Guya Rəfsəncani Ermənistanla Azərbaycan arasında vasitəçilik edəcəkdi. Bax, bu əsl “tarixi nonsens” - cəfəngiyyat idi.

Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın tamamilə çökdürülməsi prosesinin yaşıl xətləri rəsmi Tehranın perspektivsiz siyasətinin əsas cizgilərini nümayiş etdirirdi.

Narkotik və din relsləri üzərindən Azərbaycan cəmiyyətinin üzərinə yeriyən İranın əsas məqsədi gənclərimizin beyinlərini “yumaq”, ailə dəyərlərini məhv etmək, insanları dövlətçilik məfhumundan ayırmaq, xalqda Qarabağa qarşı patoloji biganəlik hissi aşılamaq və genefondumuzu dağıtmaq idi. 

Xurafat insanı dövlətçilikdən ayırır, nağıllar aləminə səyahət etməli olursan, narkotik isə fiziki və mənəvi baxımdan insanı tamamilə şikəst edir, öldürür. İran Azərbaycanı narkotikdən ölənlərin məzarlığına çevrilməli idi. Amma olmadı!

İran psixoloji şriftlərlə işlədi, insanlarımızı narkotiklərlə uyuşdurub inandırmağa çalışdı ki, Azərbaycan dövləti Qarabağı işğaldan azad edə bilməz və Azərbaycan gənclərinin Qarabağ uğrunda döyüşmək əzmi, iradəsi yoxdur.

Amma İran bilirdi ki, bu əzm, iradə Azərbaycan gənclərində var! Bəs bu əzmi, iradəni və döyüş ruhunu necə qırmaq olardı? Narkotiklə! İllərdir İrandan Azərbaycana tonlarla narkotik daşınır. Buna baxmayaraq, İranın gənclərimizin beyinlərini “yumaq”, onları fiziki və mənəvi baxımdan yox etmək cəhdləri uğursuzluğa düçar oldu.

Azərbaycan gəncləri 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarını azad etməyi bacardı.

Kəsəsi, bu illər ərzində Azərbaycan təkcə Ermənistanla mübarizə aparmadı, İranın ölkəmizdə rəvac verdiyi “fətvalı” narkotik terroru, xurafat mafiyası ilə də üz-üzə qaldıq. Bununla da bitmədi. İran Ermənistana, Qarabağa 30 il ərzində silah, ərzaq, yanacaq, tibbi ləvazimatlar, humanitar yardımlar daşıdı. Amma biz sağ qaldıq, döyüşdük və qələbə qazandıq!

Əcəb bəhanələri də var idi. İran gizli şriftlərlə bəyan edirdi: “Qərbin İrana sanksiyaları artdıqca, narkotik istehsalını da artıracağıq”. İran bu gün də özünün ən populyar narkotikini - heroini Azərbaycana daşımaqda davam edir.

İranlı general-mayor Məhəmməd Baqiri ölkəsinə qarşı yönələn sanksiyalarla bağlı narkotik satışından gəlir olmadan digər xərcləri ödəməyin çətin olduğunu bildirmişdi. Amma bu, İranın Azərbaycanla bağlı siyasətinin mahiyyətini və nəticəni dəyişmirdi.

Maraqlı və ciddi məqam: İkinci Qarabağ Savaşından sonra İrandan Azərbaycana daşınan qanunsuz narkotiklərin sayı çoxalıb.

Son aylarda İrandan ölkəmizə kimyəvi tərkibli və ən aşağı keyfyyətli narkotik daşınmasındakı artım bizim üçün ciddi SOS olmalıdır. Və İran bu iyrənc, küstar və kobud siyasətini özünün ən marginal vətəndaşları vasitəsilə həyata keçirir.

Avropada mənzillənən İran İnsan Haqları təşkilatının nümayəndəsi Mahmood Amir-Moghaddam bir müddət əvvəl deyirdi ki, “İrana bağlı narkotik cinayətlərini həyata keçirənlərin əksəriyyəti İran cəmiyyətinin ən marjinal hissəsinə aid insanlardır”.

İranın məqsədləri bu gün də dəyişməyib, bu günkü qalib və güclü Azərbaycanı hədəf almaq daha da şiddətlənəcək. Bundan sonra da Azərbaycanda zəif, iradəsiz gəncliyin yetişməsinə nail olmaq İran siyasətinin əsas konturlarından biridir.

- Azərbaycan dövləti əldən iti olmalıdır: İranla sərhədimizdə ciddi istehkamlar qurulmalı, nəzarət mexanizmləri gücləndirilməli və bütün bunlar bəlkə də yenidən - daha əlahiddə şəkildə qurulmalıdır.

- Azərbaycan narkotiklə mübarizə istiqamətində yeni və praktiki, ideoloji dövlət proqramları qəbul etməlidir. Təkcə inzibati nəzarət, cəzalar və gücün tətbiqi bu mübarizədə bizi məğlub edə bilər.

- Qarabağı yenidən quraraq orada normal həyat şəraiti yaratmaq üçün Azərbaycan-Ermənistan sərhədində ciddi işlər aparılmalıdır və biz İrandan ölkəmizə daşınan narkotik bəlasından xilas olmalıyıq.

- Hazırda Qarabağın bərpası prosesi sürətlə gedir. Bütün resurslar və nəzərlər təkcə Qarabağa fokuslanmamalıdır. Ən böyük təhlükə İrandan gəlir, Bakıya, rayonlarımıza tonlarla narkotik göndərir, ermənilərə isə əsas ərzaq, silah, yanacaq və s. Əgər İran bizim düşmənimizi gücləndirməklə məşğuldursa, Azərbaycan niyə təkcə bərpa prosesi ilə məşğul olmalıdır!? Düzdür, İran sivil dildən söz anlamaq qafasına sahib deyil. Bəs biz nə etməliyik?

İran narahatdır - “Üç qardaş” - Türkiyə-Azərbaycan-Pakistan (TAP) layihəsindən... İran şərqdən Pakistanla qonşudur!

İran narahatdır - tarixdə ilk dəfə suda, quruda və havada Türkiyə və Azərbaycan arasında birgə hərbi təlimlərindən.... İran qərbdən Türkiyə ilə qonşudur!  Və təsadüfi deyil ki, bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Azərbaycan-Türkiyə təlimlərinə etiraz edib və  bildirib ki, Xəzəryanı ölkələrin razılaşmasına əsasən, digər dövlətin hövzədə movcudluğu yolverilməzdir. İran həm də Türkiyəni hədəfləyib.

İran narahatdır - Zəngəzur dəhlizindən: başa düşür ki, bundan sonra Azərbaycan hüdudsuz inkişaf imkanları qazanacaq.

İran narahatdır - Cənubi Azərbaycanda yaşayan 40 milyonluq türkün azadlıq, mübarizə  əzminin tezliklə baş verə biləcəyindən... Və bunun üçün Azərbaycan-Türkiyə birliyini ən böyük təhlükə kimi görür.

Amma tarixin qəribə satiraları da var. Məsələn, İran islam Respublikasının yarandığı tarix  - 1 apreli Azərbaycanda da zarafat günü kimi qeyd edirik.

Samir Feyruzov

Azsiyaset.com

25 oktyabr

15:18 - 10 "arzuolunmaz şəxs" - Hansı səfirlər Türkiyəni tərk edib?15:15 - ""Sülh" Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir..." - Ohanyan "həyəcan təbili" çalır15:08 - Müəllim peşəsindən uzaq düşən kişilər... - ARAŞDIRMA14:41 - Prezidentlə xanımı Qubadlıda getdi - FOTOLAR 14:38 - Ali məktəblərdə hansı fakültələr ləğv edilməlidir? - Ekspert rəyi13:18 - Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ12:58 - İranın Təhlükəsizlik Şurasının katibi İsraili hədələdi - "Əgər hücum etsə, İsraili darmadağın edəcəyik" 12:51 - Həmin çantanın içində nə vardı? - Bennettlə Putinin görüşü12:01 - Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO11:47 - Şeyxin deputat qardaşı özünü gülüş hədəfinə çevirdi - "Azərbaycan" sözünü düzgün yaza bilmir - FOTO10:56 - Dini toy karvanı təşkil edənlər saxlanıldı, 16 sürücü saxlanıldı - VİDEO 09:56 - İranlı nazir: "Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək" - Tehran niyə belə bir addım atır?09:51 - Azərbaycanda devalvasiya olacaq? - Vacib açılama 09:47 - Azərbaycanda bahalaşma "yorulmaq" bilmir - Bizi nə gözləyir?09:45 - İlham Əliyev gələn ay Türkiyəyə səfər edəcək - Səfir anons verdi 00:13 - "Ermənilərin qatilləri": Ermənistan parlamentinin sədri Kiprdə belə qarşılandı - VİDEO 00:08 - Şemya adasına F-16 qırıcıları göndərildi: ABŞ Rusiya ilə müharibəyə hazırlaşır? - "FORBES" jurnalı00:05 - ABŞ Ukraynaya müasir silahlar göndərdi - "Ukraynanı NATO yolunda görmək istəyirik..."00:00 - "Paşinyan artıq cəsarətli açıqlamalar verir, çünki..." - Metyu Brayza

24 oktyabr

16:39 - Abdulla Abdullayev, Rövşən Əhmədov və digərləri “Bayraktar”ın sirlərini ələ keçirmək istəyirdilər? - Türkiyədə həbs edilən 6 nəfərlə bağlı müəmma16:38 - İran XİN rəhbəri Azərbaycanla münasibətlərdən yazdı 12:31 - "Murat Karayılanın da məhv edilmə növbəsi çatır" - Süleyman Soylu12:29 - Prezidentlə xanımının yeni fotosu 11:35 - Müxalifət yenidən küçə mübarizəsinə başlayır - Hakimiyyət nə düşünür?00:18 - Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı00:17 - Kennedi sui-qəsdinin gizli sənədləri nə vaxt açılır?00:13 - İran Bakı qarşısından niyə geri çəkildi? - Rusiyalı tarixçi şərh edir00:11 - Saakaşvilinin Batumidəki tərəfdarları ayağa qalxdı - FOTOLAR 00:07 - Tağı Əhmədovu vəzifədən edən "sələm işi"... - Məhkəmədə gərginlik

23 oktyabr

21:44 - İranlı nazirin təşəkkürü və xahişi... - YENİLƏNİB