Putinin keçmiş müşaviri: "Bunu Əliyev diktə etdi" - VİDEO

07 sentyabr, 2021 00:15

Rusiya Prezidenti Vladimir Putinin keçmiş müşaviri, politoloq Andrey İllarionovun 44 günlük müharibənin başa çatmasından sonra verdiyi müsahibənin videogörüntüləri sosial şəbəkələrdə geniş yayılmağa başlayıb. Ötən ilin noyabrında verdiyi müsahibəni təqdim etməyimizin səbəbi orada İllarionovun 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları birgə bəyanatla bağlı maraqlı məqamlara toxunması və bunun sosial şəbəkələrdə hazırda ciddi müzakirə olunmasıdır.

"Azsiyaset" axar.az-a istinadla xəbər verir ki, İllarionov Naxçıvanla sərhəddə vurulan Mi-24 helikopterinə aydınlıq gətirib. O bildirib ki, bu, hərbi-nəqliyyat və yaxud digər helikopter yox, məhz Mi-24 hücum maşınıdır.

“Mi-24 Naxçıvanla sərhəddə, Zəngəzurda vuruldu. Sual oluna bilər ki, 102-ci bazanın hücum helikopteri orda nə gəzirdi? 102-ci baza Gümrüdə yerləşir, Türkiyə sərhədində. Zəngəzurda isə nə Türkiyə ilə sərhəd var, nə də bu ərazi 102-ci bazanın əhatə dairəsinə daxildir. Bəs, Mi-24 orda nə gəzirdi?”

Bu suallara aydınlıq gətirən İllarionov iddia edib ki, Mi-24 Qarabağa gedən rus ordusunu müşayiət edirdi. Rus ordusu orada sülhməramlı missiya yerinə yetirəcəkdi:

“Amma niyə Putin sülhməramlı missiyanı Gümrüdə yerləşən 102-ci bazanın əsgərlərinə yox, Qarabağdan 1500 km uzaqlıqda yerləşən Ulyanovskdakı 15-ci motoatıcı briqadaya tapşırdı? Niyə bu ilkin tapşırıq Gümrüdə yerləşən əsgərlərə verilmədi? Gümrüdə yerləşən ordu Laçına daha yaxındır, nəinki Ulyanovskdan gələn əsgərlər. Təbii ki, Putin əvvələcə 102-ci bazanın əsgərlərini sülhməramlı missiyası üçün göndərdi və helikopter onları müşayiət edirdi. Cənab Əliyev də bununla razılaşmadı: Yox, bunlar olmaz! Ermənistan ərazisində yerləşən ordu sülhməramlı ola bilməz! Aydındır ki, rus ordusunu öncədən qəbul edən Ermənistan tərəfi ilə onlar arasında simpatiya və ünsiyyət yaranmışdı. Helikopterin vurulması məhz bunun qəbuledilməzliyinə dair bir işarə idi”.

Onun sözlərinə görə, Putin bu olaydan qəzəblənmədi, əksinə, dedi ki, bağışlayın, 102-ci baza sülhməramlı missiyasını qəbul etməyəcək. Onun yerinə Ulyanovskdan 15-ci motoatıcı briqada gətiriləcək:

“Əlbəttə ki, Ulyanovskdan ordunun Qarabağa gəlməsi daha çox vaxt aparırdı və bu müddət ərzində Azərbaycan ordusu Qarabağda daha nələrsə edə bilərdi. Bu, onu göstərir ki, Azərbaycan müharibədə real olaraq yalnız qalib deyil, həm də diktə edən tərəfdir.

Digər vacib məsələyə diqqət edək: Bəyannamənin bəndlərini məhz Əliyev oxudu, Putin yox! Diqqət edin – Əliyev! Əliyev onu oxudusa, deməli, əsas müəllif də Əliyevdir. Kreml mətbuatı Putin və Lavrovun sənədi işləməsi barədə çox şey yaza bilər. Amma oxuyan Əliyev idi, diktə edən də o idi. Bu onu sübut edir ki, danışıqların əsas şəxsi Əliyev idi. Əliyev öz məqsədinə çatdıqdan sonra Putinlə razılaşdı. Razılaşma olmasaydı, Azərbaycan ordusu Xankəndini ala bilərdi, bu, sual doğurmur. Lakin görünür, Əliyevə bu lazım deyildi. Ona Azərbaycan xalqının simvolu olan Şuşa lazım idi. Şuşanı götürməklə o, əsas strateji yolu götürdü, Qarabağı Ermənistanla birləşdirən yolu ələ aldı. Daha sonra ikinci yolu Kəlbəcəri götürməklə əldə etdi. Bununla da bütün Qarabağı torbaya saldı. Bu, Əliyev üçün bütün Qarabağı ələ keçirməkdən daha vacib, daha sərfəli idi, nəinki bütün Qarabağda Azərbaycan Ordusunun oturması. Ona Qarabağı mühasirəyə almaq lazım idi. Bu mühasirə Ermənistan üçün yox, Rusiya üçün idi. O da bunu aldı və nümayiş etdirdi. O bəyanatı da nə Putin, nə Ərdoğan, məhz Əliyev diktə etdi”.

 

25 oktyabr

16:49 - "Qubadlı azad olunanda artıq müharibənin taleyi həll edilmişdi" - İlham Əliyev15:18 - 10 "arzuolunmaz şəxs" - Hansı səfirlər Türkiyəni tərk edib?15:15 - ""Sülh" Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir..." - Ohanyan "həyəcan təbili" çalır15:08 - Müəllim peşəsindən uzaq düşən kişilər... - ARAŞDIRMA14:41 - Prezidentlə xanımı Qubadlıda getdi - FOTOLAR 14:38 - Ali məktəblərdə hansı fakültələr ləğv edilməlidir? - Ekspert rəyi13:18 - Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ12:58 - İranın Təhlükəsizlik Şurasının katibi İsraili hədələdi - "Əgər hücum etsə, İsraili darmadağın edəcəyik" 12:51 - Həmin çantanın içində nə vardı? - Bennettlə Putinin görüşü12:01 - Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO11:47 - Şeyxin deputat qardaşı özünü gülüş hədəfinə çevirdi - "Azərbaycan" sözünü düzgün yaza bilmir - FOTO10:56 - Dini toy karvanı təşkil edənlər saxlanıldı, 16 sürücü saxlanıldı - VİDEO 09:56 - İranlı nazir: "Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək" - Tehran niyə belə bir addım atır?09:51 - Azərbaycanda devalvasiya olacaq? - Vacib açılama 09:47 - Azərbaycanda bahalaşma "yorulmaq" bilmir - Bizi nə gözləyir?09:45 - İlham Əliyev gələn ay Türkiyəyə səfər edəcək - Səfir anons verdi 00:13 - "Ermənilərin qatilləri": Ermənistan parlamentinin sədri Kiprdə belə qarşılandı - VİDEO 00:08 - Şemya adasına F-16 qırıcıları göndərildi: ABŞ Rusiya ilə müharibəyə hazırlaşır? - "FORBES" jurnalı00:05 - ABŞ Ukraynaya müasir silahlar göndərdi - "Ukraynanı NATO yolunda görmək istəyirik..."00:00 - "Paşinyan artıq cəsarətli açıqlamalar verir, çünki..." - Metyu Brayza

24 oktyabr

16:39 - Abdulla Abdullayev, Rövşən Əhmədov və digərləri “Bayraktar”ın sirlərini ələ keçirmək istəyirdilər? - Türkiyədə həbs edilən 6 nəfərlə bağlı müəmma16:38 - İran XİN rəhbəri Azərbaycanla münasibətlərdən yazdı 12:31 - "Murat Karayılanın da məhv edilmə növbəsi çatır" - Süleyman Soylu12:29 - Prezidentlə xanımının yeni fotosu 11:35 - Müxalifət yenidən küçə mübarizəsinə başlayır - Hakimiyyət nə düşünür?00:18 - Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı00:17 - Kennedi sui-qəsdinin gizli sənədləri nə vaxt açılır?00:13 - İran Bakı qarşısından niyə geri çəkildi? - Rusiyalı tarixçi şərh edir00:11 - Saakaşvilinin Batumidəki tərəfdarları ayağa qalxdı - FOTOLAR 00:07 - Tağı Əhmədovu vəzifədən edən "sələm işi"... - Məhkəmədə gərginlik