Azərbaycanda narkotiklə bağlı cəzalar sərtləşdirilməlidir, yoxsa... - RƏYLƏR

06 sentyabr, 2021 10:05

Son 10 il ərzində dünyada və regionda narkotik vasitələrin marşrutları da dəyişib və hazırda Azərbaycan bu marşrutun gözqamaşdıran nöqtələrindən birinə çevrilməkdədir. Dünyada ən böyük narkotik istehsalçısı olan Əfqanıstan (dünyada istehsal edilən heroinin 83 faizi əfqan mənşəlidir) üzərindən formalaşan yeni narkomarşrut müxtəlif dövlətlər, eləcə də, Azərbaycan üçün əsas təhlükə mənbəyindən birinə çevrilib. Əgər on il bundan əvvəl Əfqanıstanda 8-9 min ton narkotik istehsal edilirdisə, indi bu rəqəm daha da böyüyüb. 2020-ci ildə əfqan mənşəli heroinin dövriyyəsi təxminən 10 milyard dollar təşkil edib.  

Hazırki narkotik marşrutu bu şəkildədir: narkotik Əfqanıstandan İrana, İrandan Cənubi Qafqaz ölkələrinə və Avropaya daşınır. Avropaya Türkiyə və Balkan ölkələri, Rusiyaya isə Mərkəzi Asiya ölkələri vasitəsilə də narkotik vasitələr daşınmaqdadır. Görünən budur ki, ABŞ Əfqanıstanda olduğu 20 il müddətində böyük bir çoğrafiyanı narkotikin qurbanına çevirməyi də bacarıb.

Narkotiklə mübarizə sahəsində təkcə onun ölkədaxili dövriyyəsi, satışı və istifadəsi nəzərə alınamamalıdır, həm də Azərbaycanın tranzit ölkə kimi istifadə olunması ilə bağlı kritik durum aradan qaldırmaq üçün tədbirlər həyata keçirilməlidir.

Artıq ölkəmizdə də kritik vəziyyət yaranıb. Narkomaniya Azərbaycanda ildırımsürətilə inkişaf edərək təhlükəli həddə çatıb.

Bəs narkomaniyanın, narkoticarətin qarşısı necə alınmalıdır?

Cəzaları sərtləşdirsək, narkotiklə mübarizədə ciddi nəticə əldə edə bilərikmi? Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü maddələrinin (narkotik maddələri satma, saxlama, istehsal etmə və s.) daha da ağırlaşdırılması ölkədə narkomaniyanın qarşısını ala bilərmi? Cəzaların sərtləşdirilməsi cinayəti ortadan qaldıracaqmı?

Tanınmış vəkil Fuad Quliyev Azsiyaset.com-a açıqlamasında bildirdi ki, cəzanın sərtləşdirilməsi ilə cinayət ortadan qalxmayacaq:

“Daha çox cəza verəndə cinayət ortadan qalxır - bu kimi fikirlər sovet düşüncəsinin məhsuludur. Cəzanın sərtələşdirilməsinin dəqiq  hədəfə hesablanmış məqsədləri olmalıdır. Beynəlxalq təcrübəyə diqqət edək. Hazırda Rusiyada narkotiklə bağlı çox ağır cəzalar var. Amma nəticə nədir? Rusiyada narkotik dövriyyəsi, satışı, istehsalı çox yükəkdir və orada narkomaniya xəstəliyi baş alıb gedir. Məsələn, ABŞ-da cəzanın sərtləşdirilməsi ilə bağlı xüsusi məqsədlər var. Bu məqsədlərdən biri dövlətin qorxu yaratmaq istəyidir. ABŞ-da ştatların mərkəzə tabeçiliyi elastik və yumşaqdır. Onlar cəzaları ona görə sərtiləşdirirlər ki, sabah mərkəzdən qopma halları baş verməsin. Bu başqa məsələdir. İstənilən məsələdə cəzaları sərtləşdirməklə nəticə əldə etmək olmur. Başqa bir nümunəyə nəzər yetirək. Kanadada, bir sıra Avropa ölkələrində narkotiklərin dövriyyəsini məhdudlaşdırmaq, dağıtmaq və aradan çıxarmaq məqsədilə yüngül narkotiklərin - bitkidən əldə olunmuş və çox zəiflədilmiş vasitələrdən istifadəyə icazə verilib. Yüngül uyuşdurucu otlardan söhbət gedir. Bu, o şəxslərə icazə verilir ki, onlarda narkomaniya aşkarlanıb. Həmçinin, bitki tərkibli satışı təşkil edilən narkotik vasitələr asılılıq yükünü artırmır. Bu ölkələrdə narkotiklə mübarizə tədbirləri ilə yanaşı yüngül ot tərkibli marixunana leqallaşdırılıb”.

F.Quliyev qeyd edib ki, narkomanların müalicəsi dövlət üçün çox böyük xərc tələb edir:

“Ənənəvi müalicə metodlarından başqa psixoloji dəstək layihələri işlənib hazırlanmalıdır. Bütün dünyada belədir, bu xəstəliyin müalicəsi bahalıdır. Elə buna görə də bir çox ölkələrdə hökumətlər böyük xərc çəkmək istəmir. Amma başqa təcrübələr də var. BMT-nin nakotiklə mübarizə ilə bağlı tövsiyələri var, bütün bunlar araşdırılmalıdır. Hansı halda məcburi müalicə tədbirləri nəzərdə tutulur və s.”.

Narkotik dövriyyəsini azaltmaq üçün istifadəçilərlə mübarizənin heç bir nəticə verməyəcəyini bildirən F.Quliyev vurğulayıb ki, dövlət əsasən narkomanları xəstə kimi qəbul edib onların müalicəsinə üstünlük verməlidir:

"Narkotik istifadəçiləri uğursuzluqlara düçar olurlar, çünki bu, bahalı məşğuliyyətdir. Onlar kurslara cəlb edilməlidir. Ölkədə narkomanlara kömək edəcək reabuilitasiya mərkəzlərinin çox yaxşı durumda olmalıdır. Peşəkar tibbi personal hazırlanmalıdır, mütəxəssislər yetişdirilməlidir. Bu isə böyük xərc tələb edir. Digər tərəfdən, ictimaiyyət buna hazırlıqlı olmalıdır. Narkomanları xalq düşməni kimi qəbul etsək, onlar heç vaxt bu pis vərdişlərdən çəkinməyəcəklər və onları islah edə bilməyəcəyik. Biz onları islah etmək üçün onu dəstəkləməliyik. Onlar müəyən bir mərhələdən sonra ictimai əməyə cəlb olunmalıdırlar”.

F.Quliyev narkotik dövriyyəsi və ölkəmizə gətirilməsinə də münasibət bildirib:

“Dövlət sərhədlərinin qorunması üzrə qurumlar, hüquq-mühafizə orqanları çox ciddi iş aparılmalıdır, sərhədin qorunması və narkotiklərin ölkəyə gətirilməsinin mümkünlüyü ilə bağlı bütün addımların qarşısını alacaq dövlət proqramı hazırlanıb həyata keçirilməlidir. Bunun da çox ciddi nəzarət mexanizmləri olmalıdır. Hətta bu məsələdə əlaqədar qurumların Nazirlər Kabineti və Milli Məclis qarşısaında hesabatlılı təmin edilməlidir”.

Azsiyaset.com məsələ ilə bağlı tanınmış vəkil Muxtar Mustafayevin fikirlərini də öyrənib. O bildirib ki, uşaqları, gəncləri narkotik vasitələrə cəlb edənlərlə bağlı cəza həddindən artıq ağır olmalıdır:

“Eyni zamanda, sosial şəbəkələrdə bunun təbliğatını aparanlarla bağlı da cəzalar sərtləşdirilməlidir. Amma bu çıxış yolu deyil, narkomaniyanın qarşısını təkcə bu yolla almaq olmayacaq. Narkotiklə mübarizə üçün təkcə cəzaların sərtləşdirilməsi yetərli deyil. Bununla bağlı orta və ali məktəblərdə kompleks halda işlər aparılmalıdır. Narkotikin insanları hansı günə salındığı izah olunmalıdır. Biz adətən bəzi şeyləri “pakazuxa”lıq üçün və kampaniya xətrinə edirik. Narkomaniya dünyada olan bir bəladır, bu bəlaya qarşı yalnız elmi şəkildə iş aparılmalıdır. Gənclərə izah olunmalıdır ki, narkotik istifadəçiləri nəticədə ata-anasına da, dövlətə də xəyanət edə bilər. Narkotik istifadəçiləri sonda vətən xaini də ola bilər. İndi dövlət müəyyən işləri görür. Biz də bunu müşahidə edirik. Bilirsiniz ki, ölkəmizə narkotik əsasən İrandan gətirilir. Mətbuatda da izlənilir ki, hüquq-mühafizə oprqanları bununla bağlı mübarizə aparır. Demək olmaz ki, ölkədə narkotiklə bağlı vəziyyət uçurum vəziyətindədir. Amma təhlükə doğurmadığını da söyləmək olmaz”.

M.Mustafayev qeyd edib ki, narkotik bəlası hamının qapısını döyə bilər:

“Hansı dövlət başçısı istəyər ki, ölkəsində narkotik satışı, narkomaniya baş alıb getsin. Axı bu gələcəkdə onun özü üçün təhlükə ola bilər. Bir də görürsən ki, kimsə yazır ki, guya bunu yuxarılardan idarə edirlər. Boş söhbətlərədir. Narkomanlardan ən pis işlərdə, hətta terrorist kimi də istifadə olunur. Etiraf edək ki, narkotiklə mübarizə sahəsində xeyli işlər aparılır, amma bu işlərin effektivliyi nə qədərdir? Bu istiqamətdə görülən tədbirləri daha da artırmaq lazımdır”.

XATIRLATMA: “Taliban”ın rəsmi nümayəndəsi Zabiullah Mücahid avqust ayının 17-də bildirdi ki, bundan sonra Əfqanıstan narkotikin heç bir növünü istehsal etməyəcək və heç kim narkotik qaçaqmalçılığının təşkilində iştirak edə bilməyəcək.

Şübhəsiz, bu bəyanat narkotiklə bağlı təşəbbüsü ələ almaq üçün və daxili auditoriyaya hesablanmış addımdır. Ancaq “Taliban” əsas gəlir mənbəyindən imtina edə bilərmi? Xeyr! Çünki “Taliban” narkotik dövriyyəsindən əldə etdiyi qazancla silahlanıb və hakimiyyəti ələ keçirib. Əfqanıstanda yarım milyon insan narkotik istehsalına cəlb edilib. Eyni zamanda, “Taliban” üzvlərinin əksəriyyəti narkotik istifadəçisidir və onları “cihad”a sürükləyən də məhz narkotikdən olan asılılıqdır. Hazırda Əfqanıstanda 250-300 min hektardan çox ərazi narkotik plantasiyası kimi becərilir.

VACİB NÜANS: İrandan Azərbaycana isə hər ay narkotik maddələr daşınır. Hüquq-mühafizə orqanlarının tədbirləri nəticəsində ölkəmizə narkotik vasitələr gətirən İran vətəndaşları saxlanılır. Maraqlıdır ki, saxlanılan İran vətəndaşları “cəza çəkmək” üçün bir müddət sonra öz ölkəsinə ekstradisiya olunur. Bəs saxlanılan İran vətəndaşları hansı gücün sayəsində belə sürətlə öz ölkəsinə yola salınır? Axı həmin İran vətəndaşı ölkəmizə yenidən narkotik daşımağa cəhd edir.

Problemlər kritik həddədir:

- Azərbaycan tranzit ölkə kimi istifadə olunur

- Azərbaycana ən aşağı keyfiyyətli, insanlarda dəhşətli asılılıq və törəmə xəstəliklər yaradan narkotik vasitələr gətirilir

- Azərbaycanda narkotik vasitələrin satışı və daşınması zərgər dəqiqliyi ilə həyata keçirilir. Bu da narkotik mafiyasının ciddi dayaqlara malik olduğunu göstərir

Ən dəhşətlisi isə budur ki, ölkəmizdə narkotiklə mübarizə tədbirləri kosmetik çərçivədən kənara çıxa bilmir. Ancaq etiraf etmək lazımdır ki, əvvəlki illərdən fərqli olaraq, bu dəfə narkotiklə mübarizənin vacibliyi və əhəmiyyəti çox ciddi şəkildə gündəmə gətirildi.

Deməli, mübarizənin miqyası, mahiyyəti dəyişməlidir. Narkotacirlər, narkobaronlar, ölkəmizə narkotiki keçirib satışını zərgər dəqiqliyi ilə təşkil edən şəbəkə zərərsizləşdirilməlidir. Eyni zamanda, gənclərin işsizlik, sosial problemləri aradan qaldırılmalıdır. Əks halda, narkotiklə mübarizə tədbirlərinə bircə manat xərcləmək belə, israfçılıqdır.

Samir Feyruzov

Azsiyaset.com

25 oktyabr

16:51 - İran Prezidenti Azərbaycanın yeni səfirini qəbul etdi - FOTO 16:49 - "Qubadlı azad olunanda artıq müharibənin taleyi həll edilmişdi" - İlham Əliyev15:18 - 10 "arzuolunmaz şəxs" - Hansı səfirlər Türkiyəni tərk edib?15:15 - ""Sülh" Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir..." - Ohanyan "həyəcan təbili" çalır15:08 - Müəllim peşəsindən uzaq düşən kişilər... - ARAŞDIRMA14:41 - Prezidentlə xanımı Qubadlıda getdi - FOTOLAR 14:38 - Ali məktəblərdə hansı fakültələr ləğv edilməlidir? - Ekspert rəyi13:18 - Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ12:58 - İranın Təhlükəsizlik Şurasının katibi İsraili hədələdi - "Əgər hücum etsə, İsraili darmadağın edəcəyik" 12:51 - Həmin çantanın içində nə vardı? - Bennettlə Putinin görüşü12:01 - Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO11:47 - Şeyxin deputat qardaşı özünü gülüş hədəfinə çevirdi - "Azərbaycan" sözünü düzgün yaza bilmir - FOTO10:56 - Dini toy karvanı təşkil edənlər saxlanıldı, 16 sürücü saxlanıldı - VİDEO 09:56 - İranlı nazir: "Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək" - Tehran niyə belə bir addım atır?09:51 - Azərbaycanda devalvasiya olacaq? - Vacib açılama 09:47 - Azərbaycanda bahalaşma "yorulmaq" bilmir - Bizi nə gözləyir?09:45 - İlham Əliyev gələn ay Türkiyəyə səfər edəcək - Səfir anons verdi 00:13 - "Ermənilərin qatilləri": Ermənistan parlamentinin sədri Kiprdə belə qarşılandı - VİDEO 00:08 - Şemya adasına F-16 qırıcıları göndərildi: ABŞ Rusiya ilə müharibəyə hazırlaşır? - "FORBES" jurnalı00:05 - ABŞ Ukraynaya müasir silahlar göndərdi - "Ukraynanı NATO yolunda görmək istəyirik..."00:00 - "Paşinyan artıq cəsarətli açıqlamalar verir, çünki..." - Metyu Brayza

24 oktyabr

16:39 - Abdulla Abdullayev, Rövşən Əhmədov və digərləri “Bayraktar”ın sirlərini ələ keçirmək istəyirdilər? - Türkiyədə həbs edilən 6 nəfərlə bağlı müəmma16:38 - İran XİN rəhbəri Azərbaycanla münasibətlərdən yazdı 12:31 - "Murat Karayılanın da məhv edilmə növbəsi çatır" - Süleyman Soylu12:29 - Prezidentlə xanımının yeni fotosu 11:35 - Müxalifət yenidən küçə mübarizəsinə başlayır - Hakimiyyət nə düşünür?00:18 - Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı00:17 - Kennedi sui-qəsdinin gizli sənədləri nə vaxt açılır?00:13 - İran Bakı qarşısından niyə geri çəkildi? - Rusiyalı tarixçi şərh edir00:11 - Saakaşvilinin Batumidəki tərəfdarları ayağa qalxdı - FOTOLAR