Kreml Azərbaycan əleyhinə "planlar" qurur - Moskvanın məkrli niyyətini ifşa edən 3 açıqlama

21 avqust, 2021 00:14

Rusiya Azərbaycanın geopolitik gücündən narahatdır: Kreml yenidən “erməni kartı”na sarılır

Rusiyanın Cənubi Qafqaz siyasətində müəyyən dəyişikliklər müşahidə olunur. Kreml geopolitik strategiyasına bir sıra düzəlişlər etmiş kimi görünür. Və bu düzəlişlər Ermənistanda daha çox məmnunluqla qarşılanmağa başlayıb.

Məsələ ondadır ki, hazırda Rusiyanın “ikibaşlı oyunlara” daha çox üstünlük verdiyi açıq-aşkar nəzərə çarpır. Kremli təmsil edən şəxslərin son üç açıqlaması da belə qənaətləri müəyyən mənada, təsdiqləyir. Və bu, Azərbaycan cəmiyyətində kifayət qədər ciddi suallar doğurmaqdadır.

İlk açıqlama bir müddət öncə Rusiyanın müdafiə naziri Serqey Şoyqu tərəfindən səsləndirilmişdi. O, Ermənistanın müdafiə naziri Arşak Karapetyan ilə görüşərkən, rəsmi İrəvanı Rusiyanın Cənubi Qafqazdakı əsas təhlükəsizlik ortağı adlandırmışdı. Erməni nazirə qılınc hədiyyə edən Rusiyanın müdafiə naziri “Ermənistana silah tədarükü başlandı” əlavəsi ilə önəmli mesaj vermiş oldu.

Məlum oldu ki, Kreml Ermənistanı silahlandırmaq ənənəsinə hələ də sadiqdir. Yaxın vaxtlarda Ermənistana yenə də müxtəlik hərbi texnika hədiyyə olunacaq. Böyük ehtimalla Kremldə düşünürlər ki, Ermənistanın buna böyük ehtiyacı var.

Çünki, son 30 ildə Rusiyanın Ermənistana hədiyyə etdiyi silahlar artıq mövcud deyil. Azərbaycan ordusu 44 günlük savaş dövründə Rusiyanın Ermənistana verdiyi milyardlarla dollar dəyərində silah arsenalını məhv etdi. Və Ermənistan demək olar ki, ordusunun əhəmiyyətli bir hissəsini itirməklə yanaşı, həm də tərksilah olunmuş dövlət vəziyyətinə düşdü.

Bu, bir tərəfdən, Ermənistan ordusunun savaş qabiliyyətinin, hərbi texnikadan istifadə bacarığının olmamasından qaynaqlanırdı. Digər tərfədən isə Kremlin Ermənistana bağışladığı hərbi texnikanın əhəmiyyətli hissəsi köhnəlmiş olduğundan müasir savaş şərtlərindən çox geri qalırdı. Azərbaycan ordusu öz müasir hərbi texnikası ilə Ermənistanın əlindəki Rusiya silahlarını qısa müddətdə sıradan çıxartmaqda çətinlik çəkmədi.

Ancaq indi Rusiya Ermənistanı yenidən silahlandırmaq niyyətinə düşüb. Rusiya müdafiə naziri S.Şoyqu rəsmi İrəvana növbəti dəfə “silah hədiyyəsi” ilə yanaşı, Ermənistan ordusunun yenidən qurulmasını da vəd edir. Və bu, məhz Azərbaycan ilə Rusiyanın münasibətlərində kifayət qədər ciddi çatlar yarada biləcək qədər önəmli məsələdir.

Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev də öz açıqlamalarında haqlı olaraq, “Rusiya Ermənistanı niyə və kimə qarşı silahlandırır” sualını artıq gündəmə gətirməyə başlayıb. Rəsmi Bakının Kremlin son davranışlarından məmnun olmadığı açıq-aşkar nəzərə çarpır. Üstəlik, Rusiyanın davranışlarına seyirçi qalmayaraq, ciddi müqavimət göstərmək niyyətində olduğu da qətiyyən diqqətdən yayınmır.

Rusiya Ermənistanı 30 il silahlandırmışdı. Ancaq Azərbaycan ordusu 44 gün ərzində Ermənistana da, Rusiya silahlarına da qalib gəlməyi bacardı. Və rəsmi Bakı hesab edir ki, savaş artıq bitdiyi üçün indi daha çox regional sülhün möhkəmləndirilməsi istiqamətində addımlar atmaq lazımdır.

Kreml təmsilçiləri vaxtaşırı Rusiyanın Azərbaycanla müsbət əlaqələri olduğunu iddia edirlər. Ancaq Rusiyanın Ermənistanı yenidən silahlandırması, bu düşmən ölkənin darmadağın edilmiş ordusunu rekonstruksiya etməsi həmin münasibətlərin üzərində çarpaz xətlər çəkə bilər. Çünki Kreml “Rusiya Ermənistanı niyə və kimə qarşı silahlandırır” sualına məntiqli arqument tapmaqda çətinlik çəkir.

Halbuki Kreml təmsilçilərinin bu mövzuda verdikləri ikinci açıqlamada hər halda, buna çəhd göstərilib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova əvvəlcə ölkəsinin xaricə silah ixrac etməkdə sərbəst olduğunu vurğulayıb. Ardıncasa, Rusiyanın həm Ermənistana, həm də Azərbaycana silah ixracında fərqli davranmadığını sözlərinə əlavə edib.

Ancaq daha sonra M.Zaxarova öz açıqlamasında bilərəkdən və ya təsadüfən daha inandırıcı arqumenti dilindən qaçırıb. O, vurğulayıb ki, Rusiyanın Ermənistana silah ixracı Cənubi Qafqazda qüvvələr nisbətinin pozulmasının qarşısını almaq məqsədi güdür. Bu isə Kremlin əsl niyyətini ortaya çıxartmış olur.

Rusiyanın Cənubi Qafqazda qüvvələr nisbətini balanslaşdırmaq kimi missiyası mövcud deyil. Bəs, onda Kreml nədən öz üzərində belə bir missiyanı götürməyi vacib hesab edir? Rusiyanın əsas hədəfi də məhz bu sualın arxasında gizlənir.

Məsələ ondadır ki, Ermənistan Rusiyanın hərbi-strateji müttəfiqidir. Kremlin regional for-postu olan bu müttəfiq son savaşda cəmisi 44 gün ərzində darmadağın edilib və əhəmiyyətsiz “geopolitik tullantı”ya çevrilib. Və reallıq Rusiyanın geopolitik proseslərdə əlini zəiflədir.

Çünki bunun əksinə olaraq, Azərbayan həm geopolitik güc mərkəzinə, həm də regionun şəriksiz lider dövlətinə çevrilib. Üstəlik, rəsmi Bakı Şuşa Bəyannaməsini imzalamaqla, Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qədər inkişaf etdirməyə nail olub. 

Ona görə də, NATO dövləti olan Türkiyənin strateji müttəfiqi Azərbaycanın daha da güclənərək, regionda şərtləri diqtə etmək imkanları qazanması gələcək perspektivlər baxımından, Rusiyanı ciddi şəkildə narahat edir.

Böyük ehtimalla Kremlin son vaxtlarda mövqeyini tədricən dəyişməsinin əsas səbəbi məhz Rusiyanın geopolitik proseslərdə Azərbaycandan asılı vəziyyətə düşmək üzrə olmasından qaynaqlanır. Kreml Ermənistanı yenidən silahlandırıb, bu düşmən ölkəni “geopolitik tullantı” durumundan çıxarmağa cəhd göstərməklə, Azərbaycana regional problem yaratmaq qərarına gəlib. Deməli, Kremldə cavab verməyə həvəs göstərməsələr də, Rusiya Ermənistanı məhz Azərbaycana qarşı silahlandırmağa çalışır.

Rusiyanın Azərbaycana problemlər yaratmaq məsələsində kompleks addımlar atmağa cəhd göstərdiyi isə Kreml təmsilçilərinə aid üçüncü açıqlamada da diqqəti çəkir. Belə ki, Rusiya xarici işlər naziri S.Lavrov öz ölkəsinin nəqliyyat-daşımaçılıq şirkətlərini Qarabağda açıqlan imkanlardan faydalanmağa çağırıb. O, hətta bölgədə magistral yolların təmir edildiyini də dilə gətirməklə, Rusiya şirkətlərinə mənfəət də vəd edib. Və bu, Azərbaycanın suveren hüquqlarına müdaxilə cəhdi kimi də dəyərləndirilə bilər.

Məsələ ondadır ki, Qarabağ Azərbaycan ərazisi olduğundan, bu bölgədə magistral yolların təmir olunası, eləcə də oraya əməkdaşlıq üçün xarici ölkə şirkətlərinin çəlb olunması rəsmi Bakının müstəsna hüququdur. Yəni, nə Rusiya xarici işlər naziri, nə də bu ölkənin prezidenti belə məsələlərə rəsmi Bakının icazəsi olmadan qarışa bilməzlər. Və bu baxımdan, S.Lavrov son dövrlərdə Rusiyanın Azərbaycana qarşı yol verdiyi üçüncü ciddi səhvin müəllifinə çevrilmiş oldu.

Bütün bunları nəzərə aldıqda, Rusiyanın üçtərəfli anlaşmaları kobud şəkildə pozmaqla yanaşı, Kremlin həm də Ermənistanı Azərbaycana qarşı yenidən silahlandırdığı, eyni zamanda regionda gərginliyi artıra biləcək addımlar atmağa çalışdığı qənaətinə gəlmək olar. Və bu, baş verənlərə sərt müqavimət göstərəcəyi şübhə doğurmayan Azərbaycanla Rusiyanın münasibətlərinin pozulma ehtimalını ön plana çıxarır.(musavat.com)

29 noyabr

15:03 - Valyuta bahalaşdı, Azərbaycandan dəvət edilən heyətin xərclərini ödəmək qərarı ləğv edildi - Şimali Kipr hökumətinin qərarı14:56 - İranda kütləvi aksiyalar başladı - 214 nəfər həbs olunub13:37 - Ukrayna məhkəməyə verildi - 4,5 milyard tələb edilir13:32 - Tanınmış ginekoloq qadına şiddətdən danışdı - VİDEO/FOTOLAR 13:24 - Prezident "Rossiya-1"ə telekanalına müsahibə verdi 12:31 - "Rus diplomatları ABŞ-dan qovulur" - Səfir11:48 - Aşqabad görüşünün mühüm detalları - Ermənistanın düşdüyü siyasi blokada daha da möhkəmləndi - ŞƏRH11:45 - Baş nazir Molla Məhəmməd ilk dəfə publika qarşısına çıxdı - "Xahiş edirik taqətdən düşmüş xalqımıza kömək edin..."10:06 - Azərbaycan "nümunəsi" - Bir gün əvvəl yaranan şirkət tenderin qalibi oldu10:00 - Prezidentin İƏT Zirvəsindən verdiyi mesajlar - Azərbaycanın nüfuzu güclənir00:57 - Amerikalı ekspert İƏT-in XV Zirvə Toplantısını şərh edir - "Bəyannamə Ermənistanı məğlubiyyətini etiraf etməyə çağırışdır"00:54 - Prezidentin Soçi uğuruna Aşqabad "möhürü" - Bakı İrəvanın formal müttəfiqlərini də əlindən alır00:51 - Azərbaycan və İran prezidentləri Zəngəzur dəhlizindən danışdılar - Nələr müzakirə olunub?

28 noyabr

19:55 - "Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk" - Ərdoğan19:53 - Sərhədlər bu ərazilərdən çəkilir - Rusiya nəşri19:50 - İlham Əliyev İran prezidenti ilə görüşdü - FOTOLAR17:19 - Avtomobil almaq istəyənlər, əlinizi cibinizdən çıxarın - Qaydalar dəyişir12:36 - İlham Əliyev Zirvə Toplantısında iştirak edir12:32 - "Ukrayna Qərb üçün qırmızı xətdir, Rusiya bu cizgini tapdasa..." - Keçmiş səfir00:53 - Rusiya hərbçiləri ən sıx patrul xidmətini Şuşa və Tərtər istiqamətində aparır...  - XƏRİTƏ00:49 - İrəvan-Culfa yolu da açılacaqmı? - Andrey Petrov şərh edir00:46 - Paşinyan Soçidə sülh vəd edir, Araik isə terrorçu rejimin bayrağı ilə İrəvana gəlir...00:43 - Yanukoviç hakimiyyətə qayıtmağa çalışır... - Amma necə?00:39 - Azərbaycanda şəhidə toy etdilər - VİDEO 00:37 - Fransa hərbçiləri mülki əhaliyə atəş açıb, ölənlər var...

27 noyabr

20:26 - "Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir" - Korotçenko20:23 - BMT-bin Baş katibi Soçi görüşünə münasibət bildirdi20:20 - İran bu ölkələrə qadağa qoydu14:50 - Oleq Kuznetsov Rusiya-Azərbaycan münasibətlərini şərh etdi14:48 - Mövlud Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı - AÇIQLAMA