Ekologiya Nazirliyinin menyusuna: öncə ərəb ovçularının sərgüzəştləri, sonra qırılan Lənkəran meşələri... - Allah üçüncüdən qorusun!

14 avqust, 2021 11:03

2021-ci ilin səkkizinci ayını - avqustu yarılamışıq. Cari ilin 8 ayı müxtəlif qurumların fəaliyyətində müsbət və mənfi məqamlarla yadda qaldı. Fəaliyyəti daha çox müzakirə olunan qurumlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyi oldu.

Öncəliklə qeyd edim ki, ötən bu dövr ərzində Azsiyaset.com saytında müxtəlif qurumların (QHT Şurası, ADDY, Penitensiar Xidmət, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və s.) fəaliyyəti ilə bağlı tənqidi məqalələr dərc olunub. Bu məqalələrdən ciddi nəticə çıxaranlar az olmayıb, bir çox hallarda saytın tənqidi məqalələrinə dərhal reaksiya verilib və göstərilən qüsurlar aradan qaldırılıb.

Qeyd etmək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı dərc edilən bu məqalədə də heç bir qərəzdən, qeyri-obyektivlikdən söhbət gedə bilməz. Məqsədimiz problemləri gizlətmək yox, açıb göstərmək və onların birgə həllinə nail olmaqdır.

2001-ci ildə yaradılan Nazirlik Hüseynqulu Bağırovun 17 illik rəhbərliyi dövründə təbiətin daha çox “klassik” üslubda məhv edilməsi hadisələri fonundan gündəmə gəlirdi. Məhəlli meşə idarələri ilə bağlı problemlərin və xırda qanun pozuntularının işıqlandırılması H.Bağırovun pərdəarxası fəaliyyətinin açılmasına imkan vermirdi.

Ekologiyanın mühafizəsinə cavabdeh olan qurumun Azərbaycan təbiətindən milyonlar qazanan rəhbərliyi iri qanun pozuntularını, maxinasiyaları ictimaiyyətin və medianın gözündən yayındıra bilirdi. Özü də “peşəkarcasına…”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı mətbuatda işıqlandırılan xırda problemlərə dərhal “reaksiya” verilirdi və tənqidi yazılar bir andaca buxarlanıb yoxa çıxırdı. Bu köhnə və primitiv iş üslubunun icraçıları, merkantil maraq daşıyıcıları hələ də nazirlikdə işləsələr də, fəaliyyətlərində passivlik müşahidə olunur.

Sabiq nazir Hüseynqulu Bağırov

2018-ci ildən isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Muxtar Babayev rəhbərlik edir. Etiraf etmək lazımdır ki, M.Babayevin rəhbərliyi dövründə nazirliyin fəaliyyətinə kölgə salan marginal qruplaşmaların səlahiyyət imkanları xeyli dərəcədə sıfırlanıb, bir çox nöqsanlar aradan qaldırılıb, xüsusilə də, vətəndaşları narahat edən problemlərin həlli prosesi sürətlənib.

Ən əsası, H.Bağırovdan fərqli olaraq, M.Babayev təbiətin qorunmasına tipik məmur obrazı ilə yanaşma sərgiləmədi. Bütün bunlar nəzərəçarpacaq dəyişikliklərdir.

Ancaq problemlər hələ də qalmaqdadır...

Nazir Muxtar Babayev

Diqqət ediriksə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi son aylarda kiçik hadisələrlə deyil, ajiotaj yarada biləcək ciddi olaylarla gündəmə gəldi.

Məsələn, 2021-ci ildə nazirliyi gündəmə gətirən və xalqın kəskin, şiddətli etirazlarına səbəb olan iki hadisə baş verdi.

Birincisi, 2021-ci ilin mart ayında ərəb turistlərin Qax Dövlət Təbiət Yasaqlığında ov etməsi, nadir quşları ovlaması, bundan əvvəl isə Acınohur çölündə göyərçinləri dronlara bağlayaraq, özlərinin bəslədikləri ov şahinlərinin yeminə çevirmələri ciddi ajiotaja səbəb olmuşdu. İctimai nəzarət funksiyasını həyata keçirən sosial şəbəkələr xalqın haqlı etirazları ilə çalxalanırdı. İnsanlar Ekologioya və Təbii Sərvətlər Nazirliyini ən sərt şəkildə tənqid hədəfinə çevirmişdilər.

İcazəli ov mart ayının 1-dən dayandırıldığı halda, ərəb turistləri ov məqsədilə Azərbaycana kimlərin gətirməsindən və ərəb turistlərin təbiətdəki nadir quşları ovlamasının detallarından bəhs edən məqalə ilə də çıxış etmişdik. Məqalə martın 26-da Azsiyaset.com saytında “Ərəb turistləri ov etmək üçün Azərbaycana kim gətirib? - Ərəbləri Qarabağda investora çevirməliyik...” başlığı ilə dərc edilmişdi.

İkincisi, “BETA” çay şirkəti tərəfindən çay plantasiyasının salınması üçün Lənkəranın Haftoni meşələrinin məhv edilməsi 2021-ci ilin iyun-iyul ayında medianın və sosial şəbəkələrin əsas müzakirə mövzusu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətindəki nöqsanları yenidən gündəmə gətirmişdi. Belə ki, nazirlik 45 hektar ərazini “Beta” şirkətinə uzunmüddətli icarəyə verib, şirkət isə bu ərazidə ağacları kütləvi şəkildə qırıb, meşənin 5 hektar ərazisini məhv edib və çay plantasiyası salıb. Məsələ bundadır ki, nazirlik bu meşələri “BETA” şirkətinə 49 illik müqavilə ilə icarəyə verib. Düzdür, nazirlikdən “Ağacların kəsilməsindən söhbət gedə bilməz. Bu rayonda sahə kol-kosdan və qurumuş ağaclardan təmizlənir” deyilsə də, ancaq ərazidən çəkilmiş fotolar və əldə olunan sənədlər başqa şey deyir.

Xüsusilə də, Haftoni meşələrində Qırmızı Kitaba salınmış dəmirağacları da məhv ediblər. Bu barədə “Ecofront” təşkilatı faktlarla çıxış edirdi. Əvvəlki müqavilələrə istinad edərək demək olar ki, torpağın bir hektarı 25 manata icarəyə verilir. O zaman belə çıxır ki, nazirlik 45 hektar ərazini 1125 manata icarəyə verib. O zaman bu pula görə meşələri qırmağa dəyərmi? Görünür, məsələnin bizə bəlli olmayan “başqa tərəfləri” var.

Qırılan Haftoni meşəsindən foto

Qeyd etdiyimiz kimi, M.Babayevin rəhbərliyi dövründə Ekologiya və Təbii Sərvətlər Nazirliyində ciddi islahatlar aparılıb, qurumun fəaliyyətindəki illərlə “daşlaşmış” problemlər öz həllini tapıb.

Ancaq hələ də öz həllini gözləyən problemlər kifayət qədərdir.

Əvvəlki illərdən fərqli olaraq, sanki bu dəfə probemlər daha böyük miqyasda gündəmə gəlir. Çox maraqlı və diqqətçəkən nüansdır. 

Bu isə dövlət qurumu kimi Nazirliyin imicinə və şəxsən nazir M.Babayevin müsbət reputasiyasına mənfi təsir edir.

Qarşıdan payız gəlir, 2021-ci ilin hər fəslində müxtəlif olaylarla gündəmə gələn Nazirlik öz fəaliyyətinə ciddi baxış keçirsə, daha yaxşı olar. Öncə ərəb tursitləri, daha sonra meşələrin məhvi...

Allah üçüncüdən qorusun!

Samir Feyruzov

Azsiyaset.com

29 noyabr

15:45 - Mehdiabadda internet çəkilişinə qanunsuz pul yığılır - Rəis isə "bizə aidiyyatı yoxdur" deyir15:03 - Valyuta bahalaşdı, Azərbaycandan dəvət edilən heyətin xərclərini ödəmək qərarı ləğv edildi - Şimali Kipr hökumətinin qərarı14:56 - İranda kütləvi aksiyalar başladı - 214 nəfər həbs olunub13:37 - Ukrayna məhkəməyə verildi - 4,5 milyard tələb edilir13:32 - Tanınmış ginekoloq qadına şiddətdən danışdı - VİDEO/FOTOLAR 13:24 - Prezident "Rossiya-1"ə telekanalına müsahibə verdi 12:31 - "Rus diplomatları ABŞ-dan qovulur" - Səfir11:48 - Aşqabad görüşünün mühüm detalları - Ermənistanın düşdüyü siyasi blokada daha da möhkəmləndi - ŞƏRH11:45 - Baş nazir Molla Məhəmməd ilk dəfə publika qarşısına çıxdı - "Xahiş edirik taqətdən düşmüş xalqımıza kömək edin..."10:06 - Azərbaycan "nümunəsi" - Bir gün əvvəl yaranan şirkət tenderin qalibi oldu10:00 - Prezidentin İƏT Zirvəsindən verdiyi mesajlar - Azərbaycanın nüfuzu güclənir00:57 - Amerikalı ekspert İƏT-in XV Zirvə Toplantısını şərh edir - "Bəyannamə Ermənistanı məğlubiyyətini etiraf etməyə çağırışdır"00:54 - Prezidentin Soçi uğuruna Aşqabad "möhürü" - Bakı İrəvanın formal müttəfiqlərini də əlindən alır00:51 - Azərbaycan və İran prezidentləri Zəngəzur dəhlizindən danışdılar - Nələr müzakirə olunub?

28 noyabr

19:55 - "Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk" - Ərdoğan19:53 - Sərhədlər bu ərazilərdən çəkilir - Rusiya nəşri19:50 - İlham Əliyev İran prezidenti ilə görüşdü - FOTOLAR17:19 - Avtomobil almaq istəyənlər, əlinizi cibinizdən çıxarın - Qaydalar dəyişir12:36 - İlham Əliyev Zirvə Toplantısında iştirak edir12:32 - "Ukrayna Qərb üçün qırmızı xətdir, Rusiya bu cizgini tapdasa..." - Keçmiş səfir00:53 - Rusiya hərbçiləri ən sıx patrul xidmətini Şuşa və Tərtər istiqamətində aparır...  - XƏRİTƏ00:49 - İrəvan-Culfa yolu da açılacaqmı? - Andrey Petrov şərh edir00:46 - Paşinyan Soçidə sülh vəd edir, Araik isə terrorçu rejimin bayrağı ilə İrəvana gəlir...00:43 - Yanukoviç hakimiyyətə qayıtmağa çalışır... - Amma necə?00:39 - Azərbaycanda şəhidə toy etdilər - VİDEO 00:37 - Fransa hərbçiləri mülki əhaliyə atəş açıb, ölənlər var...

27 noyabr

20:26 - "Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir" - Korotçenko20:23 - BMT-bin Baş katibi Soçi görüşünə münasibət bildirdi20:20 - İran bu ölkələrə qadağa qoydu14:50 - Oleq Kuznetsov Rusiya-Azərbaycan münasibətlərini şərh etdi