BMT-nin şok hesabatı - Azərbaycan da təhlükədə...

13 avqust, 2021 09:08

Venesiyanın tamamilə, İstanbulun yarısının su altında qalacağı proqnozlaşdırılır, Bakının taleyi necə olacaq?

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Qrupu qlobal istiləşmənin artıq gündəlik həyatın bir hissəsi olduğunu, lakin ən ağır təsirlərin qarşısını almaq üçün hələ də addımlar atıla biləcəyini bildirib.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası komissiya avqustun 10-da uzun zamandır gözlənilən hesabatı açıqlayıb və iqlim dəyişikliyinin “birmənalı olaraq insan fəaliyyətindən qaynaqlandığını” bildirib ki, bu da XIX əsrdən bəri Yer kürəsinin Selsi ilə tədricən 1,1 dərəcə istiləşməsinə səbəb olub.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası komissiya (IPCC) 20 il ərzində dünya alimlərinin proqnozlaşdırdığı kimi, istiliyin Selsi ilə 1.5 dərəcə həddinə çatacağını və hətta bu səviyyəni keçəcəyini, buzlaqların əriyəcəyini, dəniz səviyyəsinin qalxacağını, dağıdıcı daşqınlar və quraqlıqlar kimi geridönməz dəyişikliklərə səbəb olacağı barədə xəbərdarlıq edib.

Eyni zamanda IPCC Yer kürəsində atmosferin istiləşməsinin qarşısını almaq üçün qazıntı yanacağından istifadə edilməməsinə çağırıb. Belə ki, karbon emissiyaları Yer kürəsində istixana qazlarının toplaşmasına səbəb olur.

BMT-nin Baş katibi Antonio Quterreş hesabatı “insanlıq üçün həyəcan siqnalı” adlandırıb. O, yeni hesabatı qazıntı və kömür yanacağı üçün ölüm zəngi adlandıraraq, yenilənən, külək və günəş enerjisindən istifadəyə və 2030-cu ilədək yenilənən enerji sahəsinə investisiyaların 3 dəfə artırılmasına çağırıb.

195 hökumətin təsdiqlədiyi IPCC hesabatı iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal bir strategiya hazırlamağı hədəfləyir. Hesabat noyabr ayında Qlazqoda keçiriləcək BMT-nin iqlim sammitinin diqqət mərkəzində olacaq. Ekspertlər istixana qazı emissiyalarının azalmasının artan temperaturu sabitləşdirə biləcəyinə dair ümidlərin olduğunu bildiriblər.

Hesabata münasibət bildirən rəsmilər bu sənədi bəşəriyyət üçün bir çağırış kimi qiymətləndirib.

Qeyd edək ki, dənizlərdə su səviyyəsinin qalxması Azərbaycanın Bakı, Lənkəran və digər sahilyanı şəhərləri üçün də keçərli həyəcan siqnalıdır. Avropanın böyük şəhərlərinin, məsələn, Venesiyanın tamamilə, İstanbulun yarısının su altında qalacağı proqnozlaşdırılır. BMT həm də bildirir ki, atmosferə karbon qazlarının buraxılmasının qarşısının alınması üçün neftçıxarma və qaz istehsalı dayandırılmalıdır. Hesabata Çin kəskin reaksiya verib, əməl etməyəcəyini bəyan edib. ABŞ prezidenti də  hesabatla bağlı konkret mövqe bildirməyib.

Rauf Sultanov 

“Yeni Müsavat”a açıqlamasında BMT-nin hesabatını dəyərləndirən ekoloq Rauf Sultanov bildirdi ki, bu gün qlobal istiləşmə ilə əlaqədar olaraq BMT və əlaqədar təşkilatlar böyük konfranslar keçirirlər. Müəyyən qərarlar qəbul edirlər. Burada həyəcan siqnalı çalınır ki, atmosferə atılan karbon qazının miqdarının çoxalması, istixana qazının miqdarının artması buzlaqların əriməsinə, müəyyən iqlim dəyişikliklərinin əmələ gəlməsinə təsir edəcək. Bununla əlaqədar olaraq müəyyən qərarlar qəbul edirlər: “Bilirsiniz ki, dünyada atmosferə karbon qazının atılmasına görə birinci yerdə Amerika dayanır. Eləcə də Yaponiya, daha sonra Avropa ölkələri, Çin və inkişaf etmiş kapitalist ölkələri atmosferə çox miqdarda karbon qazı buraxırlar. Birləşmiş Millətlər Təşkilatının çıxartdığı qərar bəyannamədə əksini tapıb və bu bəyannaməyə əsasən bütün ölkələr qanunvericiliyində bu haqda müəyyən dəyişikliklər etməlidir. Ancaq çox təəssüflər olsun ki, Amerika, Çin, Almaniya və digər ölkələr qlobal istiləşmə ilə əlaqədar atmosferə atdıqları karbon qazının azaldılmasına dair konvensiyalara qoşulmurlar. Konvensiyalara qoşulsalar, onlardakı zavodların sayını 30-40 faiz azaltmalıdırlar, istixanalar azalmalıdır. Amma bu ölkələr özləri büdcələrindən külli miqdarda vəsait ayırırlar ki, atmosferə atılan karbon qazının artmasının qarşısı alınsın".

Ekoloq vurğuladı ki, bütün bunlar Yer kürəsinə mənfi təsir edən amillərdir: “Mənim fikrimcə, yerdə baş verən bütün bu proseslər günəş sistemi ilə əlaqədardır. Proqnozlar var ki, yaxın 15-20 ildə neft hasilatı birdən-birə azalacaq, çünki artıq yerin təkində, dənizdə olan neft ehtiyatları tükənmək üzrədir və bu tükəndikcə istər-istəməz alternativ enerji mənbələrinə tələbat artacaq. Alternativ enerji mənbələrindən istifadə etmək üçün inkişaf etmiş kapitalist ölkələrində müasir texnologiyalar yaradılıb və çalışırlar ki, daha çox yaşıl enerjidən istifadə edilsin. Bu istiqamətdə hazırda böyük işlər gedir. Alternativ enerjiyə keçid yaxın gələcəkdə ən aktual məsələlərdən biri olacaq. Bu, həm ucuz başa gəlir, həm ekoloji cəhətdən sərfəlidir, həm də müəyyən texnologiyalarından istifadə etməklə karbon qazının artmasının qarşısını alır”.

Yer kürəsi üçün gözlənilən təhlükəyə gəlincə, ekoloq bildirdi ki, belə getsə, yerin dərinliklərində baş verən proseslər böyük zəlzələlərə, sunamilərə, vulkanların olmasına gətirib çıxara bilir: “Bu da bir anda Yer kürəsində sivilizasiyanın məhv olmasına gətirib çıxara bilər. Hazırda dünya miqyasında proqnoz odur ki, yerin məhv olmasında günəş sistemi yox, yerin özünün təkində olan proseslər rol oynaya bilər. Antropogen amillər buna təsir edə bilər. Yer kürəsində yeni qitələrin əmələ gəlməsi proseslərinin getməsi qaçılmazdır”.

İlham Şaban

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban da bildirdi ki, dünyanın narahatlığı, inkişaf etmiş ölkələrin həyəcan siqnalı çalması,  BMT-nin bu bəyannaməsində qeyd olunan məsələlər başa düşüləndir: “Amma Azərbaycanla bağlı məsələlər bir qədər fərqlidir. Azərbaycanda neft istehsalı azalan xətt üzrə gedir, onsuz da neftimiz getdikcə azalır. Özümüz neftin azalmasını istəməsək də, təbii şəkildə azalmağa doğru gedir. Təkcə 6 ay ərzində Azərbaycanın ən böyük yataqlar bloku olan Azəri-Çıraq-Günəşli dəniz blokunda neft hasilatı 900 min  ton azalıb, ancaq kondensant artdığından bizim 6 ayın yekunlarına görə təxminən 650 min ton maye karbohidrogen istehsalımız azalıb. Bizim ölkə olaraq əsas problemimiz ənənəvi enerji məsələsi deyil, bizim ən azı 2050-ci ilə qədər qaz hasilatımız artacaq. Ondan sonra stabil qalacaq və daha sonra da qismən azalmağa doğru gedəcək. Ənənəvi enerji içərisində də təbii qaz ekoloji baxımdan ən təmiz hesab olunur. Sonra da qazın hidrogenə çevirilməsi  də mümkündür, bununla bağlı Azərbaycanın bir problem yoxdur".

Ekspertin sözlərinə görə, Azərbaycanın ən böyük problemi mülki əhalisinin yarısının Abşeron və  Bakıda yerləşməsidir: “O cümlədən ümumdaxili məhsulunun az qala 90 faizi Abşeron iqtisadi zonasında həyata keçirilir. Avtomobillərinin yarıdan çoxu, ən azı üçdə ikisi buradadır. Biz görürük ki, havaya atılan tullantılar, avtomobillərin mühərrikindən çıxan zəhərli qazlar havanı nə qədər korlayır. Bizim məişət tullantılarının yandırılmasından ölkədə atmosferə nə qədər zəhər buraxılır. İri şəhərlərimizdə bu problem çox qabarıqdır. Son günlər gördünüz ki, Sumqayıt şəhəri nə qədər bu problemə məruz qaldı. Nə iri sənaye şəhərimiz olan Sumqayıtda,  nə ikinci böyük şəhərimiz olan Gəncədə, nə Mingəçevir kimi unikal ekologiyası olan, şəhərsalma tələblərinə cavab verən energetik şəhərimizdə, nə Şirvanda - heç birində,  Bakıdan kənarda bir dənə məişət tullantılarının emalı və ondan elektrik enerjisinin yaradılması müəssisəsi yoxdur. 2013-cü ildə belə bir müəssisə Balaxanıda istifadəyə verildi. Balaxanıdaki zavodun xeyrini biz gördük , dərhal digər iri şəhərlərdə belə müəssisələr tikilməli idi. Tətbiq dairəsi genişləndirilməli idi. Bunu etmirik, ancaq əvəzində dövlət milyonlarla vəsaiti alternativ enerjiyə sərf edir. İstehsal olunan alternativ enerjinin həcmi isə çox azdır. Zibil tullantılarının yandırılması oksigeni məhv edir, karbonun miqdarını artırır, insanların orqanizminə ağır elementlərin daxil olmasına gətirib çıxarır, insan səhhətinə mənfi təsir edir. Bakının mərkəzindəki  ”Azərneftyağ" zavodunun fəaliyyəti dayandırılmalı idi, ancaq bunu görmədik. Bütün qurğular dayandırılsa da biri qalıb, bütün günü məşəl yanır. Bakı Neft Emalı Zavodunun məşəli bundan 2 dəfə artıq yanır. Onu şəhərdən çıxartmaq lazım idi".

İ.Şaban həmçinin bildirdi ki, ABŞ və Avropa dövlətlərinin hazırda əsas xətti daxili yanma mühərriki ilə çalışan avtomobillərin sayının azaldılması və alternativ enerji ilə çalışan avtomobillərdən istifadənin artırılmasıdır. Bunun üçün müəyyən məbləğdə dövlət dəstəyi də ekoloji təmiz avtomobil alan vətəndaşlara verilir. Azərbaycanda isə gömrük rüsumları elədir ki, bizdə vətəndaşlar daha çox ikinci əl, xüsusən də ekologiyanı daha çox korlayan köhnə dizel avtomobillər almağa məcbur olur. Ölkənin avtomobil parkı Avropa ölkələrinin tullantıları ilə doludur.

29 noyabr

15:03 - Valyuta bahalaşdı, Azərbaycandan dəvət edilən heyətin xərclərini ödəmək qərarı ləğv edildi - Şimali Kipr hökumətinin qərarı14:56 - İranda kütləvi aksiyalar başladı - 214 nəfər həbs olunub13:37 - Ukrayna məhkəməyə verildi - 4,5 milyard tələb edilir13:32 - Tanınmış ginekoloq qadına şiddətdən danışdı - VİDEO/FOTOLAR 13:24 - Prezident "Rossiya-1"ə telekanalına müsahibə verdi 12:31 - "Rus diplomatları ABŞ-dan qovulur" - Səfir11:48 - Aşqabad görüşünün mühüm detalları - Ermənistanın düşdüyü siyasi blokada daha da möhkəmləndi - ŞƏRH11:45 - Baş nazir Molla Məhəmməd ilk dəfə publika qarşısına çıxdı - "Xahiş edirik taqətdən düşmüş xalqımıza kömək edin..."10:06 - Azərbaycan "nümunəsi" - Bir gün əvvəl yaranan şirkət tenderin qalibi oldu10:00 - Prezidentin İƏT Zirvəsindən verdiyi mesajlar - Azərbaycanın nüfuzu güclənir00:57 - Amerikalı ekspert İƏT-in XV Zirvə Toplantısını şərh edir - "Bəyannamə Ermənistanı məğlubiyyətini etiraf etməyə çağırışdır"00:54 - Prezidentin Soçi uğuruna Aşqabad "möhürü" - Bakı İrəvanın formal müttəfiqlərini də əlindən alır00:51 - Azərbaycan və İran prezidentləri Zəngəzur dəhlizindən danışdılar - Nələr müzakirə olunub?

28 noyabr

19:55 - "Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk" - Ərdoğan19:53 - Sərhədlər bu ərazilərdən çəkilir - Rusiya nəşri19:50 - İlham Əliyev İran prezidenti ilə görüşdü - FOTOLAR17:19 - Avtomobil almaq istəyənlər, əlinizi cibinizdən çıxarın - Qaydalar dəyişir12:36 - İlham Əliyev Zirvə Toplantısında iştirak edir12:32 - "Ukrayna Qərb üçün qırmızı xətdir, Rusiya bu cizgini tapdasa..." - Keçmiş səfir00:53 - Rusiya hərbçiləri ən sıx patrul xidmətini Şuşa və Tərtər istiqamətində aparır...  - XƏRİTƏ00:49 - İrəvan-Culfa yolu da açılacaqmı? - Andrey Petrov şərh edir00:46 - Paşinyan Soçidə sülh vəd edir, Araik isə terrorçu rejimin bayrağı ilə İrəvana gəlir...00:43 - Yanukoviç hakimiyyətə qayıtmağa çalışır... - Amma necə?00:39 - Azərbaycanda şəhidə toy etdilər - VİDEO 00:37 - Fransa hərbçiləri mülki əhaliyə atəş açıb, ölənlər var...

27 noyabr

20:26 - "Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir" - Korotçenko20:23 - BMT-bin Baş katibi Soçi görüşünə münasibət bildirdi20:20 - İran bu ölkələrə qadağa qoydu14:50 - Oleq Kuznetsov Rusiya-Azərbaycan münasibətlərini şərh etdi14:48 - Mövlud Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı - AÇIQLAMA