"Deyirlər ki, müharibə yenidən başlaya bilər…" - Tofiq Zülfüqarovdan ŞƏRH

12 avqust, 2021 13:09

Son günlər Ermənistan üçtərəfli bəyanatı kobud şəkildə pozur. Belə ki, Ermənistan hərbçilərinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşınması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarının qoyulması halları müşahidə olunur.

Bu kimi hallar rus sülhməramlılarının nəzarətində olan ərazilərdə baş verir. Nədənsə, sülhməramlılar Ermənistanın təxribatlarına göz yumur.

Ötən gün Azərbaycan tərəfi son hadisələrlə bağlı etirazını bildirdi. Müdafiə Nazirliyi 10 noyabr bəyanatından keçən son 9 ayda ilk dəfə olaraq rus sülhməramlılarına xəbərdarlıq etdi. Bildirildi ki, Rusiya sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır. Əks halda Azərbaycan adekvat tədbirlər görmək məcburiyyətində qalacaq.

Müdafiə Nazirliyinin rus sülhməramlılara xəbərdarlığının nəticəsi nə olacaq? Azərbaycan təxribatlara necə cavab verəcək?

Azsiyaset.com xəbər verir ki. mövzu ilə bağlı modern.az-ın suallarını Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb.

Onun sözlərinə görə, MN-nin bəyanatı ona görə maraq kəsb edir ki, indi bu proses hər kəsin diqqətindədir:

“Azərbaycanda müvafiq orqanlar hər zaman sülməramlılarla əlaqə saxlayırdı. Bu və digər məsələlər müzakirə olunub, hansısa mövzular həllini tapırdı. Amma bu bəyanat ona görə maraq kəsb edir ki, indi proses hər kəsin diqqətindədir, yəni ictimaiyyətə orada olan problemlər maraqlıdır. Əslinə qalsa, Azərbaycan ərazisindən onların çıxarılması çoxdan gündəmdədir. Hətta Ermənistan mətbuatında belə məlumat vardı ki, mart ayından ratasiya üçün hərbçiləri göndərmirdilər. Görünür ki, bu, hansısa müddətdən sonra baş verib. Artıq Azərbarbaycan Müdafiə Nazirliyi öz iradını bildirib. Hesab etmək olar ki, bu prinsipial məsələdir. Birbaşa Laçın dəhlizinin fəaliyyəti ilə bağlıdır. İctimaiyyət tələb edir ki, dəhlizə Azərbaycan tərəfi nəzarət etsin. Bundan başqa, Ermənistanın Zəngəzur dəhlizinin açılmasından imtina etməsi prosesləri daha da sürətləndirdi. Bu mövzu artıq gündəmdədir”.

Sabiq XİN rəhbəri Azərbaycanın müzakirələrdə söz sahibi olduğunu əlavə edib:

“Proseslər bizim ərazimizdə baş verir, Ermənistan açıq şəkildə bəyanatın bəzi bəndlərindən imtina edir. Bu baxımdan mövzuya yenidən qayıtmaq və həll etmək Azərbaycanın əsas maraqlarından biridir.

Bəzən deyirlər ki, guya müharibə başlaya bilər və s. Mən doğrusu belə şayiələrə inanmıram. Çünki müharibə üçün hansısa ehtiyac yoxdur. Azərbaycan bu məsələni siyasi yolla həll etməyə qadirdir. İnanmıram ki, bu məsələdə Rusiya tərəfi ciddi maneələr törətsin. Ən azı mövzuya aid görüş ola bilər. Görüşün nəticəsində bu və digər şəkildə məsələnin həlli tapılacaq”.

Müharibədə ağır məğlubiyyətdən sonra Ermənistanın arxayınlaşmasının səbəbi nədir?

Tofiq Zülfüqarov suala cavab olaraq bildirib ki, Ermənistan yeni şəraitdə siyasətini dəyişmək istəyir:

“Artq seçkilərdən sonra Ermənistanın siyasi elitası baş qaldırıb. Müxtəlif bəyanatlarla gündəmə gəlirlər. Bu kimi şeylər onu göstərir ki, onlar öz siyasətini artıq formalaşdırıb. Səbəb Azərbaycana qarşı olan ərazi iddialarının davam etdirilməsidir. Amma digər şəraitdə orada olan erməni əhalisinin revanşist meyillərini daha da gücləndirməyə çalışırlar. Azərbaycanın niyyəti budur ki, Ermənistanın hərbi cinayətinə, təcavüzünə son qoyulsun, işğalçı ordu ərazimizi tərk etsin.

Görünür ki, ermənilər üzərlərinə götürdükləri öhdəliklərdən qaçmaq istəyirlər. Təbii ki, biz bunu qəbul etməyəcəyik. Bu variant mümkün deyil, çünki qüvvələr nisbəti fərqlidir. Onların arxayın olduqları Rusiya və digərləri də o fikirdə deyillər ki, ermənilərə dəstək versinlər. Hansısa propaqanda üçün döyüşlər və s. barədə fikirlər səslənə bilər. Hər halda Azərbaycan qarşı tərəfə layiqli cavab vermək gücündədir”.

29 noyabr

13:37 - Ukrayna məhkəməyə verildi - 4,5 milyard tələb edilir13:32 - Tanınmış ginekoloq qadına şiddətdən danışdı - VİDEO/FOTOLAR 13:24 - Prezident "Rossiya-1"ə telekanalına müsahibə verdi 12:31 - "Rus diplomatları ABŞ-dan qovulur" - Səfir11:48 - Aşqabad görüşünün mühüm detalları - Ermənistanın düşdüyü siyasi blokada daha da möhkəmləndi - ŞƏRH11:45 - Baş nazir Molla Məhəmməd ilk dəfə publika qarşısına çıxdı - "Xahiş edirik taqətdən düşmüş xalqımıza kömək edin..."10:06 - Azərbaycan "nümunəsi" - Bir gün əvvəl yaranan şirkət tenderin qalibi oldu10:00 - Prezidentin İƏT Zirvəsindən verdiyi mesajlar - Azərbaycanın nüfuzu güclənir00:57 - Amerikalı ekspert İƏT-in XV Zirvə Toplantısını şərh edir - "Bəyannamə Ermənistanı məğlubiyyətini etiraf etməyə çağırışdır"00:54 - Prezidentin Soçi uğuruna Aşqabad "möhürü" - Bakı İrəvanın formal müttəfiqlərini də əlindən alır00:51 - Azərbaycan və İran prezidentləri Zəngəzur dəhlizindən danışdılar - Nələr müzakirə olunub?

28 noyabr

19:55 - "Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk" - Ərdoğan19:53 - Sərhədlər bu ərazilərdən çəkilir - Rusiya nəşri19:50 - İlham Əliyev İran prezidenti ilə görüşdü - FOTOLAR17:19 - Avtomobil almaq istəyənlər, əlinizi cibinizdən çıxarın - Qaydalar dəyişir12:36 - İlham Əliyev Zirvə Toplantısında iştirak edir12:32 - "Ukrayna Qərb üçün qırmızı xətdir, Rusiya bu cizgini tapdasa..." - Keçmiş səfir00:53 - Rusiya hərbçiləri ən sıx patrul xidmətini Şuşa və Tərtər istiqamətində aparır...  - XƏRİTƏ00:49 - İrəvan-Culfa yolu da açılacaqmı? - Andrey Petrov şərh edir00:46 - Paşinyan Soçidə sülh vəd edir, Araik isə terrorçu rejimin bayrağı ilə İrəvana gəlir...00:43 - Yanukoviç hakimiyyətə qayıtmağa çalışır... - Amma necə?00:39 - Azərbaycanda şəhidə toy etdilər - VİDEO 00:37 - Fransa hərbçiləri mülki əhaliyə atəş açıb, ölənlər var...

27 noyabr

20:26 - "Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir" - Korotçenko20:23 - BMT-bin Baş katibi Soçi görüşünə münasibət bildirdi20:20 - İran bu ölkələrə qadağa qoydu14:50 - Oleq Kuznetsov Rusiya-Azərbaycan münasibətlərini şərh etdi14:48 - Mövlud Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı - AÇIQLAMA14:44 - Tənzilə Rüstəmxanlının gənclərlə görüşü baş tutub - FOTOLAR13:20 - "Yaxın zamanda nəqliyyat dəhlizlərinin açılması prosesi başlayacaq" - Rusiyalı eksert