Ermənistanın əhalisi azalır, yoxsullar və xarici borcu artır, Xankəndi boşalır - Yeni ilginc rəqəmlər

12 avqust, 2021 09:11

Qlobal güclərin oyununda alət kimi qalan məğlub ölkə öz sonunu sürətlə yaxınlaşdırır; Bakı və Ankaranı illərdir blokada siyasəti aparmaqda suçlayan İrəvan təcriddən niyə çıxmaq istəmir? Erməni iqtisadçılardan SOS: “Biz uçuruma gedirik...”

“Miatsum” virusundan hələ də qurtula bilməyən, xəstə təfəkkürlü erməni toplumun psixologiyasını anlamaq doğrudan da qəliz məsələdir. Diqqət edin, illərdir Bakı və Ankaranı Ermənistanı blokadada saxlamaqda ittiham edən rəsmi İrəvan indi də başqa havaya girib, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli sazişlərlə öz üzərinə götürdüyü və bölgədə kommunikasiyaların, nəqliyyat yollarının qeyd-şərtsiz açılmasını ehtiva edən öhdəlikləri nə qədər qəribə də olsa, yerinə yetirməkdən yayınır, beləliklə, faktiki özü-özünü izolyasiyada saxlamaqda davam edir.

Regionda böyük sülhü və əməkdaşlığı min bəhanə ilə ləngidən Ermənistan təbii ki, bunun altını da ən çox elə özü çəkir. Məsələn, məğlub ölkənin demoqrafik durumu heç vaxt olmadığı qədər indi acınacaqlı səviyyədədir. Son məlumatlara görə, ölkədə əhalinin kəskin azalması prosesi gedir, özü də bütün bölgələr üzrə.

*****

“Pandemiya dövründə sərhədlərin bağlanması səbəbindən demək olar, dünyanın bütün ölkələrində əhalinin sayı ilə bağlı müsbət məlumatlar müşahidə olunur. Amma Ermənistana sərhədlərin bağlanması da kömək etmədi. Ölkə əhalisi fəlakətli surətlə azalır”.

Bunu Ermənistanın tanınmış iqtisadçısı Ara Qaloyan deyib. Onun sözlərinə görə, Ermənistanda həm şəhər, həm də kənd əhalisi azalır: “Rəsmi məlumatlara görə, ötən il, məsələn, Gümrüdə 112,5 min əhali yaşayırdı. Bu il rəsmi rəqəm 111 mindir. Eyni tendensiya Ermənistanın bütün vilayət mərkəzlərində müşahidə olunur. İstisnasız olaraq, keçən illə müqayisədə bütün rayon mərkəzlərinin əhalisi azalıb”.

Qaloyan ötən illə müqayisədə sakinlərin sayının daha çox azalmasının Qafanda, Gorusda, Mehri və Qarakilsədə müşahidə olunduğunu vurğulayıb. “Bir sözlə, bu gedişlə Zəngəzur və Tavuş vilayətlərində bir neçə ildən sonra bir erməni belə qalmayacaq. Bu regionların əhalisi kütləvi şəkildə paytaxt İrəvan istiqamətinə köç etməyə davam edir”, - deyə erməni iqtisadçı əlavə edib.

Başqa bir erməni iqtisadçısı, “Ermənistan” blokundan olan deputat Tadevos Avetisyan isə ölkədə yoxsulların sayının durmadan artdığını və bahalaşma getdiyini  bildirib.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, özünün təhlil məqaləsində yazıb. Qeyd edib ki, ölkədə sosial-iqtisadi böhran 2021-ci ilin birinci yarısında da davam edib.

Həyəcan təbili çalan erməni iqtisadçı həmçinin yazıb: “Bu müddətdə ərzaq məhsullarının orta qiymətləri 7,9%, o cümlədən çörək - 8,3%, süd məhsulları - 12,1%, şəkər - 41,7%, digər qida yağları - 57,8%, yumurta - 48,8%, tərəvəz - 9%  və s. artıb. Bu mənfi tendensiya davam edir. Göstərilən inflyasiya dərəcələri 2021-ci ilin iyul ayında artıb, baxmayaraq ki, erməni dramı ABŞ dollarına nisbətdə 4,3% ucuzlaşıb və orta məzənnə 2020-ci ilin iyul ayında eyni adlı məzənnəyə bərabər olub. Yəni vətəndaşların real gəlirləri daim azalır, işsizlər təbəqəsi də daxil olmaqla, yoxsulların və ifrat yoxsulların sayı isə daim artır”.

Erməni iqtisadçının sözlərinə görə, 2020-ci ilin əvvəlinə nisbətən, son altı ay ərzində Ermənistanın xarici borcu da böyüyüb. “Bu müddətdə xarici borc 10,3% və ya təxminən 625 milyon dollar artıb. Xarici dövlət borcunun müntəzəm şəkildə artması isə həm də ölkəmizin inkişaf imkanlarını məhdudlaşdırır”, - deyə o qeyd edib.

Bu arada həm də ermənilərin Qarabağdan böyük köçü başlayıb. Ermənilər bölgəni Laçın dəhlizi ilə tərk edib gedirlər. Laçın dəhlizi ilə avtomobillərin hərəkətinə dair əldə olunan ətraflı statistikaya əsasən, son bir ayda dəhlizlə Ermənistandan gələn 15 min avtomobil daxil olub, 21100 avtomobil çıxıb. Aradakı fərq böyükdür - 6100 avtomobil (Virtulaaz.org).

Statistika əhalinin hərəkəti məsələsinə də aydınlıq gətirir: göstərilən müddət ərzində Rusiya sülhməramlılarının nəzarətindəki zonaya 15 700 nəfər daxil olub, 22 360 nəfər çıxıb. Yəni Qarabağdakı ermənilərin sayı sürətlə azalır və əhalinin bu hiss olunacaq axınının səbəbi sabaha inamsızlıq və qeyri-müəyyənlikdir. Bunu “Komsomolskaya Pravda” qəzetinin müxbiri Darya Aslamovaya separatçıların nümayəndəsi, özünü oyuncaq qurumda “xarici işlər naziri” adlandıran David Babayan da etiraf edir.

Darya Aslamova 

Darya Aslamova bugünlərdə dərc edilmiş səs-küylü reportajında ermənilərin Qarabağdan köçünə xüsusi diqqət ayırıb. «Artsax TV" kanalının aparıcısı Tsovinar Barxudaryan isə “Eurasianet” portalına müsahibəsində deyib ki, Qarabağ ermənilərinin çoxu çamadan əhval-ruhiyyəsindədir. “Gələcək aydın deyil. İnsanlar düşünür ki, qalsınlar, yoxsa getsinlər. Biz hətta bilmirik ki, bir həftə sonra nələr olacaq, nəinki 4 il sonra”, - o deyir.

Başqa sözlə, gözlərimiz önündə tarixi hadisə - ermənilərin Qarabağdan köçü baş verir. Onların hər biri qəlbində dərk edir ki, bura onların evi deyil. Nə İrəvan hökumətinin Qarabağ ermənilərini ələ almaq cəhdləri, nə Rusiya sülhməramlılarının mandatı situasiyanı dəyişmək gücündə deyil. Bu haqda Qarabağda qalan ermənilərin də özləri artıq açıq danışırlar.

*****

Ermənistan hökuməti isə ilk növbədə azalan əhalisinin sosial-iqtisadi durumunu yaxşılaşdırmaq, blokadadan çıxmaq üçün real addımlar atmaq, Azərbaycanla sülh müqaviləsi imzalayıb heç olmasa, Qarabağda qalan 5-10 minlik erməni əhalinin fiziki varlığına dövlətimizin tərkibində zəmanət almaq əvəzinə, hələ də qlobal güclərin oyununda köhnə alət rolu oymağa üstünlük verir, bununla da özünün iki əsas qonşusu - Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliyi davam etdirir.  

Ancaq hər oyunun bir sonu gəlir. İrəvanda anlamaq istəmirlər ki, belə oyunlarda “piyada” olmaqla  Ermənistan yalnız öz sonunu yaxınlaşdırır. Bu sonun əlamətləri artıq ortadadır...(musavat.com).

29 noyabr

15:03 - Valyuta bahalaşdı, Azərbaycandan dəvət edilən heyətin xərclərini ödəmək qərarı ləğv edildi - Şimali Kipr hökumətinin qərarı14:56 - İranda kütləvi aksiyalar başladı - 214 nəfər həbs olunub13:37 - Ukrayna məhkəməyə verildi - 4,5 milyard tələb edilir13:32 - Tanınmış ginekoloq qadına şiddətdən danışdı - VİDEO/FOTOLAR 13:24 - Prezident "Rossiya-1"ə telekanalına müsahibə verdi 12:31 - "Rus diplomatları ABŞ-dan qovulur" - Səfir11:48 - Aşqabad görüşünün mühüm detalları - Ermənistanın düşdüyü siyasi blokada daha da möhkəmləndi - ŞƏRH11:45 - Baş nazir Molla Məhəmməd ilk dəfə publika qarşısına çıxdı - "Xahiş edirik taqətdən düşmüş xalqımıza kömək edin..."10:06 - Azərbaycan "nümunəsi" - Bir gün əvvəl yaranan şirkət tenderin qalibi oldu10:00 - Prezidentin İƏT Zirvəsindən verdiyi mesajlar - Azərbaycanın nüfuzu güclənir00:57 - Amerikalı ekspert İƏT-in XV Zirvə Toplantısını şərh edir - "Bəyannamə Ermənistanı məğlubiyyətini etiraf etməyə çağırışdır"00:54 - Prezidentin Soçi uğuruna Aşqabad "möhürü" - Bakı İrəvanın formal müttəfiqlərini də əlindən alır00:51 - Azərbaycan və İran prezidentləri Zəngəzur dəhlizindən danışdılar - Nələr müzakirə olunub?

28 noyabr

19:55 - "Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk" - Ərdoğan19:53 - Sərhədlər bu ərazilərdən çəkilir - Rusiya nəşri19:50 - İlham Əliyev İran prezidenti ilə görüşdü - FOTOLAR17:19 - Avtomobil almaq istəyənlər, əlinizi cibinizdən çıxarın - Qaydalar dəyişir12:36 - İlham Əliyev Zirvə Toplantısında iştirak edir12:32 - "Ukrayna Qərb üçün qırmızı xətdir, Rusiya bu cizgini tapdasa..." - Keçmiş səfir00:53 - Rusiya hərbçiləri ən sıx patrul xidmətini Şuşa və Tərtər istiqamətində aparır...  - XƏRİTƏ00:49 - İrəvan-Culfa yolu da açılacaqmı? - Andrey Petrov şərh edir00:46 - Paşinyan Soçidə sülh vəd edir, Araik isə terrorçu rejimin bayrağı ilə İrəvana gəlir...00:43 - Yanukoviç hakimiyyətə qayıtmağa çalışır... - Amma necə?00:39 - Azərbaycanda şəhidə toy etdilər - VİDEO 00:37 - Fransa hərbçiləri mülki əhaliyə atəş açıb, ölənlər var...

27 noyabr

20:26 - "Soçi sammitinin nəticələri Azərbaycanın mövqeyini tam əks etdirir" - Korotçenko20:23 - BMT-bin Baş katibi Soçi görüşünə münasibət bildirdi20:20 - İran bu ölkələrə qadağa qoydu14:50 - Oleq Kuznetsov Rusiya-Azərbaycan münasibətlərini şərh etdi14:48 - Mövlud Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı - AÇIQLAMA