Dünya liderlərinin görüşlərindən sonra Bakını nə gözləyir? - ABŞ-ın "mən də Qarabağda olmaq istəyirəm" çağırışı

10 iyun, 2021 23:05

"ABŞ prezidenti Co Bayden Avropa turnesi sırasında türkiyəli və rusiyalı həmkarlarıyla ayrı-ayrılıqda görüşəcək. Bu görüşlərə diqqət böyük olsa da, bir görüşlə ABŞ-Türkiyə və ABŞ-Rusiya münasibətlərindəki dərin problemlərin həll olunacağını gözləmək əbəsdir. Bu cür görüşlər nəticə üçün əvvəlcədən ciddi niyyət olanda problemlərin həllini yaxınlaşdırır. Hazırda isə Amerikanın müxtəlif məsələlərdə nə Rusiyaya, nə də Türkiyəyə güzəşt etmək fikri var".

Azsiyasət.com xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloqun sözlərinə görə, prezidentlərin görüşlərində Qarabağ və sərhəd mövzusu barədə sadəcə bir neçə kəlməlik fikir mübadiləsi mümkündür:

"O ki qaldı, Azərbaycana, prezidentlərin görüşlərində müxtəlif – Suriyadan və raketlərdən tutmuş Ukraynaya qədər mövzular müzakirə olunacaq, Qarabağ və sərhəd mövzusu barədə sadəcə bir neçə kəlməlik fikir mübadiləsi mümkündür. Türkiyə və Rusiya prezidentləri amerikalı həmkarıyla ümumiyyətlə Cənubi Qafqazı müzakirə etməyə həvəsli deyillər".

"Düzünə qalsa, müharibə bitdikdən sonra Amerikanın gur səslə “mən də Qarabağda olmaq istəyirəm” çağırışına bizim də müsbət cavablandırmamıza həvəsimiz yoxdur. Doğrudur, Bakıda olan amerikalı diplomatın “minalanmış xəritələr verilməlidir” açıqlamasını müsbət qarşıladıq, ancaq bunun ardınca onun “həmsədrlər fəaliyyətlərinə davam etməlidirlər” fikri bizdə haqlı suallar doğurdu. Buna baxmayaraq, Azərbaycanın ABŞ-la enerji və təhlükəsizlik (NATO çərçivəsində) sahəsində əməkdaşlığı davam etməlidir", - deyə E.Şahinoğlu bildirib.

25 iyul

23:44 - Türkiyədən Ermənistana mesaj - "Onlar fürsəti qaçırmamalıdır"23:39 - Ruslar yüzlərlə ermənini Xocavəndə apardı23:33 - "Təhlükəsizlik qaynaqları Ermənistanın gərginliyi artıran siyasətə geri döndüyünü açıqladı…" - "TRT Haber"14:31 - Mustafa Şentop Azərbaycana gəlir - "Bakı Bəyannaməsi" imzalanacaq14:27 - Azərbaycan zənginləri Bodrumda, dünya elitasının qala gecəsində - Bilet 25 min avrodan başlayır - FOTOLAR 12:21 - "Rusiya Ermənistana deyir ki, başlayın atəş açmağa" - Deputatdan açıqlama 00:58 - "Azərbaycan, Ələhvaz!", "İttihad, ittihad!" - Etirazlar Təbrizə sıçradı00:50 - "Qərbdə Qarabağla bağlı bütün təsir imkanlarından kənar qaldıqlarını başa düşüblər" - Rusiyalı ekspert00:45 - Rusiyada skandal - Kommunistlər ayağa qalxdı00:43 - "Qanunsuz verilmiş mənzillər alınıb ehtiyacı olan jurnalistlərə verilməlidir" - Fazil Mustafa00:39 - Badamdarda güclü yanğın olub - VİDEO

24 iyul

18:46 - "Qarabağda Rusiyanın qalması, oraya Fransa və ABŞ qoşunlarının gəlməsindən daha sərfəlidir" - Etibar Məmmədov 18:43 - Səməd Səmədov vəfat etdi14:50 - ATƏT və Dövlət Departamentindən Bakı ilə Yerevana müraciət14:22 - Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nasir Məmmədov geri çağırılır? - TƏFƏRRÜAT13:00 - "Cənubi Qafqazda tərəfləri sülhə çağırırıq"  - İran XİN12:45 - "ATƏT-in Minsk qrupunun fəaliyyəti mənasızdır" - "Foreign Policy"12:42 - Rus sülhməramlılarından çok açıqlama - "Sərhəddəki təxribatı Ermənistan hökuməti yaradır"12:28 - İlham Əliyevin son görüşləri və Kəlbəcərə açılan atəş - Ermənistan niyə təşviş içindədir?11:00 - Kəlbəcərə gedib çıxmaq üçün 15 kilometrlik tunel çəkilir - Ömər aşırımından keçmək..10:45 - Ordumuz düşmənin cavabını verdi - Erməni hərbçi başından vuruldu00:17 - Ermənistan Kəlbəcərdə təxribatı necə həyata keçirib? - TƏFƏRRÜAT00:14 - Vaqif Axundovun həbs edilən bacısı oğlunun FOTOLARI00:09 - Su qıtlığına görə etirazlar - Xamaneyi küçələrə çıxanlara dəstək verdi

23 iyul

22:54 - Dövlət sərhəddində atışma davam edir - RƏSMİ20:16 - "Narkotil vasitələrlə mübarizə məqsədilə işçi qrupu yaradılacaq" - Baş prokurorluq20:13 - Müdafiə Nazirliyində yeni təyinatlar - 4 generala yeni vəzifə verildi18:01 - Ermənilər Kəlbəcəri atəşə tutdu - Ordumuzun giziri şəhid oldu17:00 - Fransa prezidenti Makron Bakıya gələcək16:06 - Kərim Vəliyev Silahlı Qüvvələrin Baş qərargah rəisi təyin edildi