Moskva təsdiq edir: Bakının razılığı olmadan bölgəyə heç kim ayaq basmayacaq

09 iyun, 2021 09:20

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Fransanın Avropa məsələləri və xarici işlər naziri Jan-İv Le Drian və Almaniyanın xarici siyasət idarəsinin rəhbəri Haykoo Maas arasında telefon danışığı olub.

Moskvanın dəqiq mövqeyi

Sputnik Azərbaycan xəbər verir ki, söhbət əsnasında beynəlxalq gündəlikdə duran məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədində və Qarabağ ətrafında vəziyyət, eləcə də üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsi məsələləri də müzakirə olunub.

Xarici siyasət idarələri rəhbərləri atəşkəs rejiminə ciddi riayət olunmasının vacibliyi və meydana çıxan fikir ayrılıqlarının siyasi-diplomatik yolla həllinin zəruriliyini qeyd ediblər. Nazirlər həmçinin ATƏT Minsk qrupunun Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində rolunu təsdiq ediblər.

Ən əsası isə Rusiya tərəfi vurğulayıb ki, məsələlərə beynəlxalq təsisatların qoşulması yalnız Bakı və Yerevanın razılığı ilə mümkündür.

"Paşinyanın planı"

Rusiyalı nazirin bu cür bəyanatı faktiki olaraq Moskvanın "Paşinyanın nizamlanma planına" ilk reaksiyası olub. Bir müddət əvvəl Ermənistan hökuməti ATƏT-in Minsk qrupunun həmsədrləri ilə unison olaraq Azərbaycan və Ermənistan qoşunlarının əvvəlki mövqelərə qayıtmasını təklif edirdi.

Paşinyanın qənaətinə görə, yalnız bundan sonra, sərhədlərin dəqiqləşdirilməsi prosesi beynəlxalq missiyaların nəzarəti altında başlaya bilər. Onun sözlərinə görə, beynəlxalq missiya dedikdə Azərbaycan və Ermənistan sərhədi boyunca Rusiya və ya ATƏT MQ-nin digər üzvünün müşahidəçilərinin yerləşdirilməsi nəzərdə tutulur (Fransa və ABŞ).

Rəsmi Bakı Paşinyanın nizamlanma "plan"ına heç bir reaksiya vermir. Azərbaycan hökümətinin mövqeyi onsuz da bəllidir: Bakı Ermənistanla sərhədlərin delimitasiyası təklifini dəstəkləyir, amma yalnız ərazi bütövlüyünə riayət olunması şərti ilə.

Azərbaycan Xarici İşlər Nazirliyi əmindir ki, yalnız bu əsasda dövlətlərarası münasibətləri normallaşdırmaq, delimitasiya və demarkasiyanı başlamaq və nəhayət sülh şəraitində birgə yaşamaq üçün zəmin yaratmaq olar.

Moskva isə Paşinyanın təklifindən əvvəl də hər iki dövlətdən bu cür xahiş daxil olduğu təqdirdə Azərbaycan və Ermənistana sərhəddə gərginliyin nizamlanması üçün yardım göstərməyə hazır olduğunu bildirib. İndi isə Lavrov bu mövqeyi bir daha dilə gətirib.

Belə görünür ki, Ermənistan liderinin Avropa səyahəti heç bir nəticə verməyib.

Bakı artıq cavab verib

Avropalılar və amerikalılar Bakının icazəsi olmadan bölgəyə gələ bilməzlər və Moskva bir daha bunu təsdiq edib. Azərbaycan hökuməti isə, məlum olduğu kimi, bu məsələdə öz mövqeyini dəqiq bəyan edib və bu günlərdə Yerevana və Parisə xatırladıb ki, Qarabağda atəşkəs Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanat əsasında təmin olunur. Onun təmin olunması missiyasını isə Rusiya sülhməramlıları yerinə yetirirlər. Bölgədə sülhün təmin olunmasında Fransanın roluna gəldikdə isə, Azərbaycan hələ ki, onu bu rolda ümumiyətlə görmür.

Belə görünür ki, bunu Paşinyan özü də anlayır. Belə ki, parlament seçkiləri ərəfəsində o, nəinki məzuniyyətə gedib, həmçinin bir neçə qəribə bəyanatlar da verib. Həmin bəyanatlardan birində deyilir ki, "Bakı qazamatlarında olan erməni hərbi əsirləri Ermənistanın müstəqilliyi və suverenliyi uğrunda mübarizə aparırlar və 1-2 aylıq azadlıqdan məhrum olunduqlarına görə bağışlayarlar (Ermənistan hakimiyyətini – red.)". 

25 iyul

23:39 - Ruslar yüzlərlə ermənini Xocavəndə apardı23:33 - "Təhlükəsizlik qaynaqları Ermənistanın gərginliyi artıran siyasətə geri döndüyünü açıqladı…" - "TRT Haber"14:31 - Mustafa Şentop Azərbaycana gəlir - "Bakı Bəyannaməsi" imzalanacaq14:27 - Azərbaycan zənginləri Bodrumda, dünya elitasının qala gecəsində - Bilet 25 min avrodan başlayır - FOTOLAR 14:12 - Mirsaleh Seyidov töhmət aldı12:21 - "Rusiya Ermənistana deyir ki, başlayın atəş açmağa" - Deputatdan açıqlama 00:58 - "Azərbaycan, Ələhvaz!", "İttihad, ittihad!" - Etirazlar Təbrizə sıçradı00:50 - "Qərbdə Qarabağla bağlı bütün təsir imkanlarından kənar qaldıqlarını başa düşüblər" - Rusiyalı ekspert00:45 - Rusiyada skandal - Kommunistlər ayağa qalxdı00:43 - "Qanunsuz verilmiş mənzillər alınıb ehtiyacı olan jurnalistlərə verilməlidir" - Fazil Mustafa00:39 - Badamdarda güclü yanğın olub - VİDEO

24 iyul

18:46 - "Qarabağda Rusiyanın qalması, oraya Fransa və ABŞ qoşunlarının gəlməsindən daha sərfəlidir" - Etibar Məmmədov 18:43 - Səməd Səmədov vəfat etdi14:50 - ATƏT və Dövlət Departamentindən Bakı ilə Yerevana müraciət14:22 - Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nasir Məmmədov geri çağırılır? - TƏFƏRRÜAT13:00 - "Cənubi Qafqazda tərəfləri sülhə çağırırıq"  - İran XİN12:45 - "ATƏT-in Minsk qrupunun fəaliyyəti mənasızdır" - "Foreign Policy"12:42 - Rus sülhməramlılarından çok açıqlama - "Sərhəddəki təxribatı Ermənistan hökuməti yaradır"12:28 - İlham Əliyevin son görüşləri və Kəlbəcərə açılan atəş - Ermənistan niyə təşviş içindədir?11:00 - Kəlbəcərə gedib çıxmaq üçün 15 kilometrlik tunel çəkilir - Ömər aşırımından keçmək..10:45 - Ordumuz düşmənin cavabını verdi - Erməni hərbçi başından vuruldu00:17 - Ermənistan Kəlbəcərdə təxribatı necə həyata keçirib? - TƏFƏRRÜAT00:14 - Vaqif Axundovun həbs edilən bacısı oğlunun FOTOLARI00:09 - Su qıtlığına görə etirazlar - Xamaneyi küçələrə çıxanlara dəstək verdi

23 iyul

22:54 - Dövlət sərhəddində atışma davam edir - RƏSMİ20:16 - "Narkotil vasitələrlə mübarizə məqsədilə işçi qrupu yaradılacaq" - Baş prokurorluq20:13 - Müdafiə Nazirliyində yeni təyinatlar - 4 generala yeni vəzifə verildi18:01 - Ermənilər Kəlbəcəri atəşə tutdu - Ordumuzun giziri şəhid oldu17:00 - Fransa prezidenti Makron Bakıya gələcək16:06 - Kərim Vəliyev Silahlı Qüvvələrin Baş qərargah rəisi təyin edildi