Qasım Süleymani necə öldürülüb? - Təfərrüat açıqlandı

09 may, 2021 17:59

İranın İnqilab Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin 2020-ci il yanvarın əvvəllərində Bağdad aerportu yaxınlığında necə öldürüldüyünə dair yeni məlumatlar yayılıb.

Azsiyasət.com xəbər verir ki, generalın mobil nömrəsinin ABŞ kəşfiyyatına İsrail tərəfindən ötürüldüyü məlum olub. Bu haqda “Yahoo News” nəşri yazır.

Bildirilir ki, İsrail kəşfiyyatı general Süleymaninin üç ayrı mobil telefon nömrəsini əldə edib və onu Amerika kəşfiyyatına ötürüb. Nəticədə ABŞ pilotsuz təyyarəsindən buraxılan “Hellfire” (“Cəhənnəm odu”) raketləri onun olduğu avtomobili hədəf alıb.

Süleymani 2020-ci il yanvarın 2-nə keçən gecə Dəməşqdən Bağdada uçub, Bağdad aerportunu tərk edərkən öz yaxın ətrafı ilə birlikdə ABŞ-ın raket zərbələri ilə öldürülüb. Bildirilir ki, “Delta Force” xüsusi təyinatlı qüvvələrinin üç snayper qrupu generalı yerdə izləyirdi, havada isə 3 Amerika pilotsuz təyyarəsi onu təqib etməkdə idi.

“ABŞ hərbi məmurunun sözlərinə görə, Süleymani Dəməşqdən Bağdada uçmazdan 6 saat əvvəl 3 dəfə mobil telefonunu yandırıb-söndürüb. ABŞ-ın xüsusi əməliyyatlar üzrə Birləşmiş Komandanlığı Süleymaninin mobil telefonlarını izləmək üçün İsrail kəşfiyyatı ilə işləyib. İsrail kəşfiyyatı onun telefon nömrələrini amerikalılara verib və Süleymani həmin telefonların köməyi ilə Bağdada qədər izlənilib”,-məlumatda deyilir.

Süleymaninin və onu müşaiyət edənlərin avtomobilinə dalbadal 2 “Hellfire” buraxılıb, nəticədə general və daha 5 nəfər həlak olub.

virtualaz.org

13 iyun

00:14 - Polislər cəbhəyə təkər aparan TIR-dan 100 manat rüşvət alıb - FOTO00:05 - Səfirdən Ərdoğanın Şuşa səfəri haqda - "Hazırlıq davam edir"

12 iyun

23:52 - ABŞ Azərbaycanın humanitar addımını alqışladı - Entoni Blinkendən açıqlama22:45 - Şuşanın təhlükə gözlənilən kəndləri hansılardır?  - Keçmiş polis rəisi cavab verir...22:42 - Prezident və xanımı Uels-İsveçrə matçını izlədi - FOTOLAR 18:50 - 15 erməni təhvil verildi, Ağdamın mina xəritəsi alındı - RƏSMİ17:01 - "Monte Melkonyanın xatirə gecəsini keçirmək Rusiya ictimaiyyətini də hiddətləndirib" - Sergey Markov16:53 - Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı tələblərini rədd etdi 15:58 - "Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək" - Azərbaycan lideri15:45 - "10 noyabr bəyanatı atəşkəsdən daha böyük sənəddir" - İlham Əliyev15:08 - Amerikalı politoloq: "Ermənistan hökuməti sərsəri kimi davranır"14:11 - Nəcməddin Sadıkovun oğlu Etibar Pirverdiyevi döyüb - ÖZƏL13:27 - Rəqsanə bu tərbiyəsizliyi də etdi  - FOTOLAR 13:19 - Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTOLAR 13:07 - BŞİH Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədovun oğlunun avtomobil kolleksiyası - FOTOLAR 12:35 - Bu şirkətlər dövlətdən 1,5 milyard alıb, 81 milyon ödəyiblər - Hesabat12:05 - Kəlbəcərə köçlə bağlı önəmli açıqlama - Gözəl görüntülər10:18 - Adı 100 milyonluq rüşvət işində hallanan Ziya Məmmədov Ucardan Bakıya çağırılıb - Cinayət dosyesi yenilənir10:16 - Gürcüstanda azərbaycanlılar və svanlar arasında yenə insident olub - Dörd nəfər saxlanılıb10:12 - "Bu, feyk xəbərlərdir" - Vladimir Putin 01:03 - DYP-nin pul tələsi: Piyadalara yol verməyən sürücülər cəzalandırıldı, bəs qanunu pozan piyadalar? - FOTOLAR 00:59 - "Rusiyadan qorxmuruq" - Şarl Mişel00:43 - Adil Xudadatov niyə həbs edilməlidir? - Vətəndaşlar, iş adamları başqa qapıya üz tutacaqlar, o zaman... 00:26 - Şou-biznesdəki qadınların əvvəlki və sonrakı halı  - FOTOLAR00:11 - Mariya Zaxarova ABŞ diplomatlarını alman nasistlərinə bənzədib - FOTO

11 iyun

23:13 - ATƏT sədri Ermənistanla Azərbaycanı dialoqa çağırdı22:24 - Bakı restoranlarında gecə saat 12-dən sonra "işə başlayan" virus - Bu qadağanın tam ləğvinin vaxtı deyil? 22:21 - Jurnalistlər binasının komendantı saxlanıldı18:22 - Rusiya səfiri: "Azərbaycanın BMT-də gördüyü işləri çox yüksək qiymətləndiririk" - MÜSAHİBƏ18:17 - Ərdoğan NATO-da Qarabağ və mina məsələsini qaldıracaq