ABŞ-dan Türkiyə ilə bağlı geri addım - hərbi əməkdaşlıq bərpa edilir

09 may, 2021 10:24

Türkiyəyə dollarla və F-35-lə təsir etmək mümkün olmadı

“Ankara Vaşinqtondan məktub alıb. Bu da ən yeni nəsil qırıcılar olan F-35-lə bağlı problemin həlli üçün iki ölkə arasında dialoqun başlanğıcı ola bilər”. Bu sözləri Türkiyə Müdafiə Sənayesinin rəhbəri İsmail Dəmir deyib. Türkiyə bu proqramdan Rusiyadan S-400 sistemləri aldığı üçün az öncə çıxarılmış və Ankaraya F-35-lərin tədarükü dondurulmuşdu.

İsmail Dəmir heç bir ölkənin birtərəfli qaydada F-35 proqramından kənarlaşdırılmasının mümkün olmadığı barədə bir müddət əvvəl Türkiyənin ortaya qoyduğu mövqeni xatırladıb və bildirib ki, ABŞ-dan gələn son məktub Türkiyənin haqlı olduğunu təsdiqlədi. F-35-lə bağlı problemin həll yolunu tapmaq üçün ABŞ-la dialoq başlayacaq.

Maraqlıdır ki, sözügedən məktub prezident Co Baydenin “erməni soyqırımı” ifadəsi işlətməklə Türkiyəni incitməsindən az sonra gəlib.

Bəs ABŞ hökumətinin Türkiyəni proqrama qaytarması o anlama gəlirmi ki, iki ölkədə arasında S-400-lərlə bağlı ziddiyyət tarixə qovuşur?

Abutalıb Səmədov

ANAP sədri Abutalıb Səmədov bildirdi ki, Türkiyənin qanunsuz olaraq çıxarıldığı F-35 proqramına qaytarılması o qədər də asan olmayacaq. Məlumdur ki, qardaş ölkə bu proqrama 26 yanvar 2007-ci ildə, digər 8 ölkə - ABŞ,  İngiltərə, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada və Norveçlə birlikdə imza atmışdı. Razılaşmaya görə, Türkiyə  təyyarənin 1005 hissəsini istehsal etməli və 100 ədəd F-35 almalı idi. Lakin 2017-ci ilin dekabrında  Moskva ilə Ankara 2,5 milyard dollar dəyərində (onun 55%-i Rusiya krediti hesabına ödənildi) S-400 raketləri ilə bağlı müqavilə imzaladılar və ondan sonra Türkiyəyə 4 diviziya raketlər verildi. Bu addımlar Türkiyə ilə ABŞ arasında dərin böhran yaratdı və bundan sonra ABŞ artıq sənədləşmiş 6 ədəd  F-35-i verməkdən imtina etdi və həmin təyyarələr ABŞ Hava Qüvvələrinin istifadəsinə verildi. Eyni zamanda Türkiyənin istehsal etdiyi hissələrin başqa ölkəyə verildiyi elan edildi: “Bununla sakitləşməyən ABŞ 2020-ci ilin dekabrında  Türkiyəyə qarşı CAATSA qanunu çərçivəsində sanksiyalar tətbiq etdi.

Ardınca 21 aprel 2021-ci il tarixdə ABŞ Müdafiə Nazirliyi  Türkiyənin F-35 proqramından çıxarılması barədə Ankaraya rəsmi məktub göndərdi.

Son aylar Dövlət Departamentinin rəsmiləri dəfələrlə S-400 raketləri ilə bağlı mövqelərinin dəyişmədiyini bəyan etdilər. Bütün bunlardan sonra ABŞ-la başlanacaq dialoqun Türkiyənin F-35 proqramına qaytarılması ilə nəticələnməsi ehtimalı yüksək deyil. ABŞ Türkiyədən ciddi güzəştlər tələb edir və bu tələblərin yerinə yetirilməsi onun nüfuzuna ciddi zərbə vura bilər. Söhbət bundan sonra alınması planlaşdırılan raketlərdən imtina etməkdən və alınmış raketləri quraşdırmamağı nəzərdə tutan “Krit modeli”nin tətbiqindən gedir. Türkiyə dövlətinin rəhbərləri dəfələrlə bu tələblərin yerinə yetirilməsinin mümkünsüz olduğunu bəyan ediblər. Sonuncu dəfə, 6 may 2021-ci il tarixdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - "Türkiyə qalxıb da birilərinin çəki-düzən verəcəyi bir ölkə deyil. Əksinə, dimdik ayaqda duran bir ölkədir" - dedi. ABŞ-ı və onun müttəfiqlərini qıcıqlandıran da budur. Onların narazılığı təkcə S-400 raketləri ilə bağlı deyil. Bu münasibətlərdə yaranmış problemin səbəbi deyil, olsa-olsa daha çox əlverişli bəhanəsidir".

A.Səmədov qeyd etdi ki, Qərb dünyasını Türkiyənin apardığı müstəqil siyasət qane etmir. Onlara əvvəllər olduğu kimi hər addımını Vaşinqtonla razılaşdıran Türkiyə lazımdır. O Türkiyə isə xeyli vaxtdır tarixin arxivinə qovuşub, əvəzində nüfuzlu, “cəsarətli, dimdik ayaqda duran bir ölkə” meydana çıxıb: 

“Bu baxımdan, qarşıda hər iki dövləti ağır danışıqlar gözləyir. Onların bir-biri üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alsaq, qarşılıqlı güzəştlər qaçılmazdır. Ancaq əsas güzəştləri ABŞ etməli və qonşu Yunanıstan kimi dövlətlərlə olan münasibətləri Türkiyəyə tətbiq etmək fikrindən qəti şəkildə vaz keçməlidir. Yalnız bu halda danışıqların müsbət nəticə ilə bitəcəyinə, Türkiyənin F-35 proqramına qayıtmasına ümid etmək olar”.

Musavat.com

12 iyun

22:45 - Şuşanın təhlükə gözlənilən kəndləri hansılardır?  - Keçmiş polis rəisi cavab verir...22:42 - Prezident və xanımı Uels-İsveçrə matçını izlədi - FOTOLAR 18:50 - 15 erməni təhvil verildi, Ağdamın mina xəritəsi alındı - RƏSMİ17:01 - "Monte Melkonyanın xatirə gecəsini keçirmək Rusiya ictimaiyyətini də hiddətləndirib" - Sergey Markov16:53 - Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı tələblərini rədd etdi 15:58 - "Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək" - Azərbaycan lideri15:45 - "10 noyabr bəyanatı atəşkəsdən daha böyük sənəddir" - İlham Əliyev15:08 - Amerikalı politoloq: "Ermənistan hökuməti sərsəri kimi davranır"14:11 - Nəcməddin Sadıkovun oğlu Etibar Pirverdiyevi döyüb - ÖZƏL13:27 - Rəqsanə bu tərbiyəsizliyi də etdi  - FOTOLAR 13:19 - Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTOLAR 13:07 - BŞİH Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədovun oğlunun avtomobil kolleksiyası - FOTOLAR 12:35 - Bu şirkətlər dövlətdən 1,5 milyard alıb, 81 milyon ödəyiblər - Hesabat12:05 - Kəlbəcərə köçlə bağlı önəmli açıqlama - Gözəl görüntülər10:18 - Adı 100 milyonluq rüşvət işində hallanan Ziya Məmmədov Ucardan Bakıya çağırılıb - Cinayət dosyesi yenilənir10:16 - Gürcüstanda azərbaycanlılar və svanlar arasında yenə insident olub - Dörd nəfər saxlanılıb10:12 - "Bu, feyk xəbərlərdir" - Vladimir Putin 01:03 - DYP-nin pul tələsi: Piyadalara yol verməyən sürücülər cəzalandırıldı, bəs qanunu pozan piyadalar? - FOTOLAR 00:59 - "Rusiyadan qorxmuruq" - Şarl Mişel00:43 - Adil Xudadatov niyə həbs edilməlidir? - Vətəndaşlar, iş adamları başqa qapıya üz tutacaqlar, o zaman... 00:26 - Şou-biznesdəki qadınların əvvəlki və sonrakı halı  - FOTOLAR00:11 - Mariya Zaxarova ABŞ diplomatlarını alman nasistlərinə bənzədib - FOTO

11 iyun

23:13 - ATƏT sədri Ermənistanla Azərbaycanı dialoqa çağırdı22:24 - Bakı restoranlarında gecə saat 12-dən sonra "işə başlayan" virus - Bu qadağanın tam ləğvinin vaxtı deyil? 22:21 - Jurnalistlər binasının komendantı saxlanıldı18:22 - Rusiya səfiri: "Azərbaycanın BMT-də gördüyü işləri çox yüksək qiymətləndiririk" - MÜSAHİBƏ18:17 - Ərdoğan NATO-da Qarabağ və mina məsələsini qaldıracaq18:12 - "Ermənistana Azərbaycan ərazisindən keçid imkanı veriləcək" - Rusiyanın son planı açıqlandı18:07 - Abel Məhərrəmov hakimə qətnaməni geri oxutdurub? - Məhkəmədən açıqlama16:07 - Gömrüklə bağlı daha bir qalmaqal: "Məndən əlavə ödəniş tələb olunur"