Ermənilər Fransanı ikiüzlülükdə ittiham etdi - "Fransız rəsmilərinin dedikləri qeyri-səmimi və təəccüblüdür"

06 may, 2021 00:20

Ermənilər İkinci Qarabağ Müharibəsindəki məğlubiyyətlərinə görə günahkar hesab etdikləri dövlətlər sırasına daim onlara havadarlıq etmiş Fransanı da qatıblar.

Ermənistandakı Araşdırmaçı Jurnalistlər Asossasiyası iddia edir ki, müharibə zonasından tapdıqları “Bayraktar TB2”-nin qalıqlarını araşdırarkən, onun bir çox hissələrinin məhz NATO ölkələri tərəfindən istehsal olunduğu qənaətinə gəliblər.

Azsiyasət.com azpolitika.info-ya istinadla xəbər verir ki, bununla bağlı Asossasiyanın “Hetq” onlayn qəzetində yayımlanan araşdırmasında fransızların Qarabağ müharibəsində Azərbaycan üçün əhəmiyyətli rol oynayan türk pilotsuz aparatlarını texniki hissələrlə təmin etdikləri vurğulanıb. Bu məsələ Ermənistanda ciddi müzakirələrə səbəb olub.

Müharibə dövründə bəzi fransız şirkətlərinin Türkiyəyə hərbi tədarükü dayandırdığı xatırladılan araşdırmada bildirilir ki, əslində heç də belə olmayıb və fransızlar ikiüzlü siyasət aparıblar.

Yazıda “Bayraktar TB2” tərəfindən atılan bombalardan götürülmüş nümunələrdəki istilik batereyaları, əyləc sistemi kimi mühüm hissələrin məhz Fransa şirkəti olan “ASB” tərəfindən istehsal edildiyi qeyd olunub: “Məsələ ilə bağlı “ASB” tərəfindən hər hansı bir açıqlama verilmədiyi üçün yenidən Fransız şirkətinə yazılı müraciət etdik. Əlavə olaraq, onlara türk pilotsuz aparatından tapılan nümunələrin şəkil və seriya nömrələri, buraxılış tarixi kimi göstəriciləri də göndərdik. Dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, cavab verən olmadı. Son telefon zəngində məsələ ilə bağlı müştərilərin kimliyini müzakirə edə bilməyəcəklərini, bununla bağlı fransız hökümətindən soruşmalı olduğumuzu dedilər”. 

Ermənilərin məsələ ilə bağlı Fransanın Xarici İşlər Nazirliyinə müraciətləri isə cavabsız qalıb: “Fransız rəsmilərinin dedikləri ən yaxşı halda qeyri-səmimi və təəccüblüdür. Minsk Qrupunun həmsədr ölkəsinin yüksək rütbəli diplomatının ölkəsi ilə Qarabağ münaqişəsindəki tərəflərdən biri arasındakı hərbi əməkdaşlıqdan necə xəbəri olmaya bilər? Və ya Dövlət katibi Lemoyne'nin on illərdir davam edən Fransa-Türkiyə və Fransa-Azərbaycan hərbi əməkdaşlığı ilə bağlı həqiqətlərdən xəbərsiz olduğuna necə inanaq?!”

“L'Obs”-un da dediyi kimi(tanınmış fransız jurnalı–red. ) - Fransa Ermənistana dost ölkə olaraq baxsa da, bu, onun Azərbaycanla böyük sövdələşmələr bağlamasına mane olmur. Məsələn, Fransanın da payı olduğu “Azersky” mülki peyki Bakıya ermənilərə qarşı əməliyyatları məsafədən yönəltməyə imkan verir.” - deyə, araşdırmada qeyd olunub.

13 iyun

00:05 - Səfirdən Ərdoğanın Şuşa səfəri haqda - "Hazırlıq davam edir"

12 iyun

23:52 - ABŞ Azərbaycanın humanitar addımını alqışladı - Entoni Blinkendən açıqlama22:45 - Şuşanın təhlükə gözlənilən kəndləri hansılardır?  - Keçmiş polis rəisi cavab verir...22:42 - Prezident və xanımı Uels-İsveçrə matçını izlədi - FOTOLAR 18:50 - 15 erməni təhvil verildi, Ağdamın mina xəritəsi alındı - RƏSMİ17:01 - "Monte Melkonyanın xatirə gecəsini keçirmək Rusiya ictimaiyyətini də hiddətləndirib" - Sergey Markov16:53 - Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı tələblərini rədd etdi 15:58 - "Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək" - Azərbaycan lideri15:45 - "10 noyabr bəyanatı atəşkəsdən daha böyük sənəddir" - İlham Əliyev15:08 - Amerikalı politoloq: "Ermənistan hökuməti sərsəri kimi davranır"14:11 - Nəcməddin Sadıkovun oğlu Etibar Pirverdiyevi döyüb - ÖZƏL13:27 - Rəqsanə bu tərbiyəsizliyi də etdi  - FOTOLAR 13:19 - Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTOLAR 13:07 - BŞİH Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədovun oğlunun avtomobil kolleksiyası - FOTOLAR 12:35 - Bu şirkətlər dövlətdən 1,5 milyard alıb, 81 milyon ödəyiblər - Hesabat12:05 - Kəlbəcərə köçlə bağlı önəmli açıqlama - Gözəl görüntülər10:18 - Adı 100 milyonluq rüşvət işində hallanan Ziya Məmmədov Ucardan Bakıya çağırılıb - Cinayət dosyesi yenilənir10:16 - Gürcüstanda azərbaycanlılar və svanlar arasında yenə insident olub - Dörd nəfər saxlanılıb10:12 - "Bu, feyk xəbərlərdir" - Vladimir Putin 01:03 - DYP-nin pul tələsi: Piyadalara yol verməyən sürücülər cəzalandırıldı, bəs qanunu pozan piyadalar? - FOTOLAR 00:59 - "Rusiyadan qorxmuruq" - Şarl Mişel00:43 - Adil Xudadatov niyə həbs edilməlidir? - Vətəndaşlar, iş adamları başqa qapıya üz tutacaqlar, o zaman... 00:26 - Şou-biznesdəki qadınların əvvəlki və sonrakı halı  - FOTOLAR00:11 - Mariya Zaxarova ABŞ diplomatlarını alman nasistlərinə bənzədib - FOTO

11 iyun

23:13 - ATƏT sədri Ermənistanla Azərbaycanı dialoqa çağırdı22:24 - Bakı restoranlarında gecə saat 12-dən sonra "işə başlayan" virus - Bu qadağanın tam ləğvinin vaxtı deyil? 22:21 - Jurnalistlər binasının komendantı saxlanıldı18:22 - Rusiya səfiri: "Azərbaycanın BMT-də gördüyü işləri çox yüksək qiymətləndiririk" - MÜSAHİBƏ18:17 - Ərdoğan NATO-da Qarabağ və mina məsələsini qaldıracaq18:12 - "Ermənistana Azərbaycan ərazisindən keçid imkanı veriləcək" - Rusiyanın son planı açıqlandı