"Əsirlər" mövzusunda Azərbaycana təzyiqlər artıb  - "Bu vəziyyətdən çıxış yolu tapmalıyıq, yoxsa..."

04 may, 2021 22:06

2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra tərksilah edilən erməni hərbçilərdən üçü azad edilib. Onlar Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun müşayiəti altında Bakı-İrəvan reysilə Ermənistana çatdırılacaqlar.

Azsiyasət.com xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu danışıb.

Politoloq qeyd edib ki, Ermənistan aylardır “əsir” mövzusundan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edir və açıq demək lazımdır ki, beynəlxalq aləmdən kifayət qədər dəstək qazanıb:

"Emənilərin beynəlxalq təşkilatlardakı, o cümlədən ABŞ Konqresi və Avropa Parlamentindəki dostları “əsirlər” mövzusunda Azərbaycana təzyiqi artırıblar. Halbuki, 10 noyabrdan sonra Azərbaycan sərhəddini qanunsuz keçən Ermənistan vətəndaşları əsir sayılmamalıdır. Bu həqiqəti Qərbdə qəbul etmək istəmirlər. Demək biz bu vəziyyətdən çıxış yolu tapmalıyıq. Siyasətdə manevr imkanlarımız olmalıdır. Ötən həftə yazmışdım ki, “əlimizdə olan ermənilərlə bağlı strategiyamızı müəyyənləşdirməliyik”. Əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyən ermənilər hissə-hissə Ermənistana təhvil verilə bilər. Buna baxmayaraq, hamısını birdən təhvil vermək olmaz. Bu halda ermənilərin və onların xaricdəki dostlarının təzyiqləri qarşısında geri çəkildiyimiz - “təzyiq et, istədiyini al” görüntüsü yaranar".

"Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş hesab olunan 4000-dən artıq Azərbaycan vətəndaşı barəsində bugünə qədər Ermənistan tərəfindən məlumat verilmir. Onların əksəriyyəti öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Bu məsələdə beynəlxalq aləmdən səs çıxmır. Beynəlxalq aləm Qarabağda girov saxlanılan 2 vəətndaşımızın geri qaytarılması üçün illər ərzində heç nə etmədi. Əksinə, Emənistanın baş naziri Nikol Paşinyan deyirdi ki, “həmin iki nəfəri Azərbaycana geri qaytara bilmərik, çünki Bakıda onları qəhrəman kimi qarşılayacaqlar”. Buna görə də təzyiq qarşısında əlimizdəki ermənilərin tamamını təhvil verməməliyik. Onlar illərlə bizə əziyyət verdilər, qarşılığını almalıdırlar", - deyə politoloq qeyd edib.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar