ABŞ-Rusiya münasibətləri: xəyalların mübarizəsi - "Qərb parçalanmış Rusiya görmək istəmir"

04 may, 2021 01:06

Marmara Universitetinin tarix üzrə professoru İlyas Kemaloğlunun “Xəyalların mübarizəsi: ABŞ-Rusiya münasibətləri” başlıqlı məqaləsi yayımlanıb.

Azsiyasət.com azpolitika.info-ya istinadla xəbər verir ki, “Anadolu” Agentliyində yayımlanan həmin məqalədə iki ölkə arasındakı münasibətlərin gərginləşməsi səbəblərinə və bunun yaratdığı nəticələrə toxunulub. Həmin məqaləni təqdim edirik:

Vladimir Putinin Rusiyada üçüncü dəfə prezident seçildiyi 2012-ci ildən bəri, ABŞ-Rusiya münasibətləri problemli bir dövr keçirir. Rusiyanın 2000-ci illərin əvvəllərində xarici borclarını bağlayaraq və diqqətini keçmiş Sovet coğrafiyasına yönəldərək daha aktiv xarici siyasət yürütməyə başlaması, əvəzində bölgədə Qərbin dəstəklədiyi ardıcıl rəngli inqilabların baş verməsi Rusiya ilə Birləşmiş Ştatlar arasında gərgin münasibətlərə səbəb oldu. Tərəflər arasında Sovet İttifaqı dövründən miras qalan hərbi rəqabətin davam etməsi, Moskvanın NATO və Avropa Birliyinin genişlənməsini, eləcə də MDB coğrafiyasındakı rəngli inqilabları öz mənafeynə qarşı təhdid olaraq görməsi, digər tərəfdən, Qərbin Rusiyanın xarici siyasətini imperialist siyasətin davamı olaraq xarakterizə etməsi ABŞ-la Rusiya arasındakı münasibətləri daha da gərginləşdirdi.

Rusiyaya qarşı sanksiyaları artıracağını dediyi eyni gündə öz maraqlarına görə Rusiya ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu da elan edən Bayden rəhbərliyinin ikinci xüsusiyyəti, yeni Rusiya siyasətinə qarşı AB ölkələrini də özü ilə birgə hərəkət etməyə məcbur etməsidir. Digər tərəfdən, Moskvanı 2016-cı il prezident seçkilərinə müdaxilə etməkdə günahlandıran ABŞ, münasibətləri “Soyuq müharibə” dövrü səviyyəsinə saldı. Rusiyanın müdaxiləsi ilə seçildiyi iddia edilən Donald Trump dövründə münasibətlərdə yaxşılaşma olmadı və tərəflər Co Baydenin andiçməsindən sonra bir neçə dəfə hərbi qarşıdurma riski ilə qarşılaşdı. Şübhəsiz ki, ABŞ və Rusiya arasında birbaşa hərbi qarşıdurma bu gün real deyil. Ancaq Baydenin son illərdə Rusiyanı ABŞ-dakı seçkilərə müdaxilə etməkdə günahlandıraraq tətbiq etdiyi iqtisadi və diplomatik sanksiyaları genişləndirməsi və Kremlin buna cavabı tərəflərin səfirliklərindəki kadrların sayını qarşılıqlı olaraq minimuma endirməsinə səbəb oldu.

Münasibətlərdəki gərginliyin yeganə səbəbi ABŞ-ın Kremli prezident seçkilərinə müdaxilədə günahlandırmasıdır?

Bayden seçkiləri qazandıqdan dərhal sonra "Amerika geri döndü və dünyanı idarə etməyə və ona rəhbərlik etməyə hazırdır" - dedi. Bu açıqlama Rusiya və Türkiyə kimi ölkələrin qarşıdakı dövrdə ABŞ-la daha çox probleminin olacağının xəbərçisi idi. Türkiyə və Rusiya Trampın "Öncə Amerika" siyasətinin dörd illik dövründə Orta Şərqdən Qafqaza qədər geniş bir coğrafiyada təsirlərini artırdılar. Görünür ki, “geri dönən Amerika” bir çox cəhətdən, xüsusən də enerji baxımından böyük əhəmiyyət kəsb edən Rusiya və Türkiyənin Orta Şərqdə və Qafqazda varlığından narahatdır. Bundan əlavə, bir çox məsələdə fikir ayrılıqları olsa da, Rusiya ilə Türkiyə arasındakı yaxınlaşma şübhəsiz ki, Ağ Evin bəyəndiyi bir vəziyyət deyil. Bunun nəticəsi olaraq, Vaşinqton Türkiyəyə qarşı qondarma erməni soyqırımı kartından istifadə edir, Rusiyanı isə çox çətin vəziyyətdə qoymaq, onu təcrid etmək istəyir. Bunun üçün bir tərəfdən Rusiyaya tətbiq olunan sanksiyalar artırıldı, digər tərəfdən bir çox ölkələrlə diplomatik böhranlar başladıldı.

Qərb, Rusiyanı parçalanmış deyil, 1990-cı illərdəki kimi öz qabığına çəkilmiş, “qırmızı xəttini” sərhədinə çəkən və ABŞ-a Yaxın Şərqdə və digər bölgələrdə çətinlik yaratmayan bir ölkə kimi xəyal edir.

ABŞ "Şimal Axını-2" layihəsində olduğu kimi, AB-yə Rusiya ilə enerji sahəsində əməkdaşlığı məhdudlaşdırması üçün təzyiq göstərdiyi halda, 2020-ci ildə özünün Rusiyadan aldığı nefti artırması (ümumi neft idxalının 7%-i) buna yaxşı nümunədir.

Baydenin yeni Rusiya siyasətinin ikinci xüsusiyyəti AB ölkələrini Rusiya ilə münasibətlərdə onunla birlikdə davranmağa məcbur etməsidir. Tramp dövründə ABŞ-AB həmrəyliyi zəiflədi, AB Rusiya ilə təmaslarını artırdı, xüsusən diplomatiya və enerji sahəsində əməkdaşlığı inkişaf etdirdi və sanksiyalardan imtina edilməli olduğuna dair fikirlər artmağa başladı. Ancaq Baydenin hakimiyyətə gəlməsi ilə Rusiya ilə AB arasındakı "istiləşmə" dövrü sona çatdı.

Rusiya isə kiçik miqyasda da olsa, SSRİ-ni canlandırmaq arzusundadır. Bu xəyalların toqquşması bütün mübarizənin təməlidir. Bu gün, xüsusilə keçmiş Şərq Bloku ölkələri Rusiya ilə diplomatik böhran yaşayır. Enerji sahəsində Rusiya ilə əməkdaşlığı artırmağı düşünən Bolqarıstanda rus kəşfiyyat zabitləri fəaliyyətlərini "qəfildən" artırdı, Rusiyanın 2014-cü ildə Çexiyada baş verən partlayışda əli olduğu iddia edildi. Rusiyadan "Sputnik V" peyvəndinin alınması ilə bağlı az qala razılığa gələn ölkələr belə rus diplomatlarını qovmağa başladı. Baltikyanı ölkələr AB-nin "Şərq qanadı" ilə həmrəylik siyasəti çərçivəsində hər birindən bir rus diplomatı qovdu. Rusiyanın buna cavabı da gecikmədi. Bolqarıstandakı, Çexiyadakı və digər ölkələrdəki proseslərin Baydenin hakimiyyətə gəlməsindən və Rusiya ilə diplomatik böhranın başlamasından sonra baş verməsi ABŞ-ın bu prosesə təsirinin şübhə altına alınmasına səbəb olur. Vaşinqton bununla Rusiyaya və “cəzalandırmaq” istədiyi digər ölkələrə qarşı siyasətində AB-nin dəstəyini alacağını və AB-Rusiya yaxınlaşmasının ən azı yaxın dörd ildə real olmayacağını göstərdi. Digər tərəfdən, bu məsələ ABŞ-ın keçmiş “Şərq Bloku” ölkələrinə təsirini və ABŞ-ın Avropadakı "Troya atı" nın yalnız Polşa olmadığını göstərir.

Yaxşı, ABŞ-ın bu siyasəti Rusiyanı öz qabığına çəkilmiş "Boris Yeltsin dövrü Rusiyasına" çevirəcəkmi?

Vladimir Putinin 20 illik rəhbərliyini nəzərə alsaq, bu ehtimalın real olmadığını görərik. Xüsusilə 2009-cu ildən sonra yaşadığı maliyyə böhranına baxmayaraq, Rusiya gücünü hərbi texnologiyalar, kosmik tədqiqatlar, enerji mənbələri, nüvə silahları və nüvə enerjisi kimi sahələrdə saxlayır. Dəyişməz xarici siyasəti ilə bir çox coğrafiyalardakı yerini möhkəmləndirib. Rusiyanın yüzdən çox etnik qrupa sahib olması və rus xalqının iqtisadi vəziyyətinin getdikcə pisləşməsi Moskvanın mövqeyinə təsir edəcək və siyasətini dəyişdirəcək amillər deyil.

Üstəlik, düşünülənlərin əksinə olaraq, Qərb Rusiyanı tamamilə zəiflətmək və ya parçalamaq istəmir. Çünki Rusiya da Türkiyə kimi Avropanın hərbi və enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkədir. Digər tərəfdən, Rusiyaya, xüsusilə Orta Asiya və Qafqazda Çini cilovlayan bir ölkə kimi baxılır. Bu səbəbdən də, Qərb onu parçalanmış Rusiya kimi görmək istəmir.

Bəs bu mübarizədə uduzan kimdir? Suriya, Liviya, Gürcüstan, Ukrayna, Ermənistan... Bu siyahını uzatmaq da olar. Rusiya və ABŞ bir çox bölgədə hökmranlıq uğrunda mübarizə aparsalar da, heç biri öz aralarında üçüncü bir ölkə uğrunda mübarizə aparmırlar; bəzən bir addım geri, bəzən bir addım irəli. Son aylarda Ukrayna, Ermənistan və Belarusda baş verənlər bunu bir daha açıq şəkildə ortaya qoydu.

Beləliklə, bu respublikaların bir daha uduzmamaq üçün öz siyasətlərini nəzərdən keçirmələrinin vaxtı gəldi.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar