"ABŞ-da demokratiya yoxdur, elita ölkəni məhv edir" - Nikolay Patruşev 

01 may, 2021 00:25

Amerika Birləşmiş Ştatlarında (ABŞ) çoxdan demokratiya yoxdur, Amerika elitası isə öz dövlətçiliyinin məhvi ilə məşğuldur.

Bu barədə «Arqumentı i faktı» qəzetinə müsahibəsində Rusiya Federasiyasının (RF) Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzv ölkələrinin təhlükəsizlik şurası katiblərinin iclasının (Düşənbə) yekunlarına əsasən verdiyi müsahibədə bəyan edib.

«Demokratik ölkələr digər suveren dövlətlərin ünvanına şantaj və təhdidlərlə məşğul olmurlar, onların daxili işlərinə qarışmırlar - Patruşev izah edib - Onlar beynəlxalq hüququ pozmurlar, Birləşmiş Millətlər Təşkilatından kənar hərbi güc və iqtisadi sanksiya tətbiq etmirlər. Onlar insan haqlarına tüpürmürlər və öz ərazilərində, xaricdə söz azadlığını məhdudlaşdırmırlar. Rasizmin bütün təzahürlərindən daxili problemlərinin həllində istifadəyə cəhd göstərmirlər, ekstremistləri və terrorçuları geopolitik məqsədləri üçün öz tərəflərinə çəkmirlər. Transmilli korporasiyalara imkan vermirlər ki, hökumətlərin işinə qarışsınlar, ölkələrə və cəmiyyətlərə öz maraqlarını sırısınlar, üstəlik də sosial şəbəkələrdə və KİV-də legitim dövlət başçılarını bloklasınlar. Demokratik ölkələrdə hakimiyyətə gələn administrasiya öz sələflərinin qərarlarını yalnız ona görə sıfırlamırlar ki, onların arasında şəxsi antoqonizm yaşanıb. Özünüz deyin, bu gün ABŞ-ı demokratik adlandırmaq olarmı?»

O, həm də Vaşinqtonun, guya «Moskva Amerika demokratiyasının əsaslarını sarsıdır» bəyanatına da cavab verib: «Bizim üçün bunun əhəmiyyəti yoxdur. Onlar, Amerika elitaları özləri öz ölkələrinin dövlətçiliyini dağıdırlar».

Amerika hakimiyyətləri küçə hərəkətlərini öz məqsədləri üçün istifadə edərkən bu, baş verir, «ləyaqətli şüarlar altında mağazaları qarət edən marginallarla oynayırlar».

Patruşev qeyd edib ki, ABŞ-da iki düşərgəyə parçalanma Amerika elitasının radikallarla artıq öz ölkələrində oynamaq cəhdləri üzündən baş verib. «Öz evlərində radikallarla oynamaq qərarına gəldilər - nəticədə qonşu kvartalda küçə döyüşləri və düşmənçilik edən ikiyə bölünmüş ölkə əldə etdilər - o, qeyd edib - Vaşinqton onilliklər boyu bütün dünyaya yüksək mənəvi dəyərlər barədə car çəkib, işdə isə bu şüarlarla əlaqəsi olmayan siyasət yeridib. Öz xalqlarının dəstəyindən istifadə edən hökumətlər, suveren dövlətlər sadəcə, məhv edilib. Bəs, onların xarabalıqlarına kim gəlib? Radikallar, ekstremistlər, bir çox hallarda isə ödəniş müqabilində ABŞ hakimiyyətinə sədaqət andı içən quldurlar…»

Nümunə üçün o, İraqdakı, Liviyadakı, Suriyadakı situasiyanı misal gətirib.

«Ukraynada hakimiyyəti dəyişmək istədilər - orada neonasistlər baş qaldırdı - Patruşev əlavə edib - Amma belə şeylər okeanın o tayında baş verərkən, Amerikada bu, heç kimi narahat etmirdi. Ancaq indi oxşar hadisələr artıq Amerika torpağında baş verir».

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar