Azərbaycanda seçkilərə müdaxilə varmı?

29 aprel, 2021 09:46

Dünən, aprelin 27-də Mərkəzi Seçki Komissiyasının tərkibi yenidən formalaşdırılıb. 2000-ci ildən sədr vəzifəsini tutan Məzahir Pənahov yenidən sədr seçilib.

Bu fonda yerli icra hakimiyyəti orqanları tərəfindən seçki prosesinə müdaxilə məsələsi da gündəmə gəlib. Bəzi ekspertlər və deputatlar hesab edirlər ki, icra hakimiyyətləri dairə seçki komissiyalarının formalaşmasına müdaxilə edir. Digər ekspertlərin fikrincə isə mərkəzi hakimiyyət orqanlarının da seçki prosesinə müdaxiləsi adi hal alıb. Azərbaycanda seçkilərə müdaxilə varmı?

2005-ci ildə prezident İlham Əliyev Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, digər dövlət məmurları seçki prosesinə qanuna zidd olaraq müdaxilə edərlərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.

Sərəncamın digər bəndinə görə isə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində ixtisaslaşmış ictimai rəyçilər tərəfindən aparılacaq exit poll prosesinin aparılmasına lazımi şərait yaratmaq, həmin prosesin gedişinə qanuna zidd olaraq müdaxilə etməmək tapşırılıb.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, seçki prosesinə qanunsuz müdaxilə edən və ya seçicilərin və namizədlərin seçki hüquqlarını digər formada pozan şəxslər cinayət, mülki və ya inzibati məsuliyyətə cəlb edilə bilərlər.

Mərkəzi Seçki Komissiyasından Turan-a bildirilib ki, Azərbaycanda seçkilər azad və ədalətli şəkildə keçirilir. “Seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası  və aidiyyəti dövlət qurumları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşılır”.

Qurumdan qeyd olunub ki, seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsi, namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin sərbəst fəaliyyəti üçün tam sərbəst və maneəsiz şəraitin yaradılması və bütün digər addımlar Mərkəzi Seçki Komissiyası tərəfindən atılır.

Mərkəzi Seçki Komissiyasından vurğulanıb ki, seçkilərlə bağlı daxil olmuş müraciətlər vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə ətraflı və obyektiv araşdırıldıqdan sonra operativ şəkildə iclasa çıxarılaraq, ərizəçilərin və digər maraqlı tərəflərin də iştirakı ilə müzakirə edilir və müvafiq qərarlar qəbul olunur. “Məsələn, son parlament seçkilərindən sonra daxil olan müraciətlərin tam, şəffaf və hərtərəfli araşdırılması nəticəsində Komissiyanın qərarı ilə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli – Beyləqan seçki dairələri üzrə seçkilər etibarsız sayılıb. Müxtəlif mənbələrdən – sosial şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər və qaynar xəttə daxil olan məlumatların araşdırılmasının nəticəsi olaraq ümumilikdə 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub. Komissiya həmçinin seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlara görə 87 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılmasına qərar verib”.

Qurumdan vurğulanıb ki, bütövlükdə seçkilərdə seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edir.

Lakin 2009-cu və 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyası bəzi rayon icra hakimiyyəti nümayəndələrinin seçki prosesinə müdaxilə etməsini təsdiq etmişdi.  

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Turan-a bildirib ki, yerli icra hakimiyyətləri seçki komissiyalarının formalaşdırılmasına müdaxilə edir. “Məsələn, dairə seçki komissiyalarının 7 üzvü var, onlardan biri Vətəndaş Həmrəyliyi Partiyasının, o biri digər müxalifət partiyasının üzvüdür. İcra Hakimiyyətindən isə təklif edirlər ki, adamı biz verək, ad sizin olsun. Niyə? Dairə seçki komissiyasının katiblərinin seçilməsində deyirlər ki, bu partiya olmaz, bu partiya olar. Partiyalar burada özləri müəyyənləşdirirlər, bölgü aparırlar, hansı rayonda hansı partiyanın nümayəndəsi dairə seçki komissiyasının katibi olmalıdır. Amma rayona gedəndə rayon müdaxilə edir. Bu isə qanunu pozmaqdır”.

Deputat qeyd edib ki, hər rayonda seçkini aparan orqan, yəni dairə seçki komissiyası birbaşa Mərkəzi Seçki Komissiyasına bağlıdırsa, eyni zamanda dolayı yolla İcra Hakimiyyəti ilə də əlaqəsi var. “İcra hakimiyyəti mümkün qədər çalışır ki, onun sözü keçsin, təsiri olsun, öz istəyinə uyğun təsir göstərməyə çalışır”.

Rüstəmxanlı vurğulayıb ki, hər bir iqtidar seçki prosesində öz marağını qorumaq istəyir. “İstəyir ki, parlamentə normal adamlar seçilsin, həm hakim, həm başqa partiyalar orada təmsil olunsunlar. Seçki ölkənin taleyində ciddi bir hadisədir. Amma birbaşa seçkilərə müdaxilədə ittiham yalnız əldə fakt olanda irəli sürülə bilər”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə “Azadlıq Radiosu”na bildirib ki, Azərbaycanda seçkilərə müdaxilə var. “Fərq etmir, bu, yerli və ya mərkəzi icra hakimiyyətləri tərəfindən edilir. Amma bu, var”.

Ekspert qeyd edib ki, seçki komissiyalarının tərkibi ilə bağlı yerli və beynəlxalq ekspert qruplarının, eyni zamanda bəzi siyasi partiyaların narazı qaldığı iki məqam var. “Tərkibin müəyyənləşdirilməsi qərəzlidir və tərəfsizlik qorunmur. Seçki komissiyalarının formalaşmasında siyasi tərəflərin paritet əsasında təmsilçiliyi olmalıdır, amma bu prinsip pozulur”. Seçki eksperti deyir ki, Azərbaycanda qüvvədə olan Seçki Məcəlləsi siyasi qüvvələrin paritet əsasda təmsilçiliyi üçün səhvdir. “Yazılıb ki, komissiyaların üçdə biri parlament çoxluğunu təşkil edən partiyanın, üçdə biri parlamentdə təmsil olunan müxalifət partiyalarının nümayəndələri, üçdə biri isə bitərəflərdir. Amma bitərəf deyəndə kimlər nəzərdə tutulur?”

Mütəxəssis deyir ki, əgər söhbət seçki komissiyalarının siyasi qüvvələrin iştirakı ilə formalaşması prinsipindən gedirsə, deməli onların tərkibində bitərəflərin olması öz mahiyyətini itirir. “Çünki bitərəflər siyasi qüvvə deyil. Yaxşı olardı ki, komissiyalar siyasi qüvvələrin nümayəndələrindən paritet, bərabər əsaslarla formalaşsın”.

Məmmədli vurğulayıb ki, Yeni Azərbaycan Partiyasından Mərkəzi Seçki Komissiyasına seçilmiş şəxslər, sonradan həmin Mərkəzi Seçki Komissiyasından Yeni Azərbaycan Partiyasının namizədliyini verdiyi şəxslər dairələrdə, dairələrdən sonra isə məntəqələrdə nədənsə seçki komissiyalarında sədr, sədr müavini, katiblər olurlar. “Bir partiya seçkiləri udur və sanki udduğu üçün Komsissiyanın sədri, müavini onlardan olmalıdır. Bu, düzgün və məntiqli deyil”.

Ekspert qeyd edib ki, seçki komissiyalarının formalaşması prosesində regionlarda məntəqələrə və dairələrə bitərəflərin və parlamentdə azlıq təşkil edən partiyaların adından hökümətə yaxın adamları daxil edirlər. “Faktiki olaraq bu proses yerli İcra Hakimiyyətinin nəzarətində olur. Amma mən düşünmürəm ki, yerli icra hakimiyyətləri orqanları bunu təkbaşına və özbaşına edirlər. Mərkəzdən tapşırıq olmasa bunu kim edə bilər? Ölkədə 125 dairə və 5600-ə yaxın seçki məntəqəsi, onların da komissiyaları var. Bunların formalaşması tək icra başçısının işi deyil. Burada mərkəzdən tapşırıq var və komissiyaların tərkibinə elə adamları daxil edirlər ki, seçkilər “rahat” keçsin”.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar