Azərbaycan ermənilərin Kəlbəcərə gəlişini qadağan edib?

28 aprel, 2021 09:19

Ermənistanın Eçmiadzın nümayəndəsi Vaqram Melikyan Armenpress agentliyi ilə söhbətində aprelin 25-də Azərbaycan hərbçilərinin erməni zəvvarların Xudavəng monastırına daxil olmalarına icazə vermədiklərini bildirib.

Azsiyasət.com xəbər verir ki, Ermənilərin Dadivank adlandırdıqları bu dini kompleks Kəlbəcər rayonunun ərazisindədir. Melikyan deyib ki, Azərbaycan hərbçiləri “epidemiyanı bəhanə gətirərək” Artsax (Qarabağ – red) yeparxiyasının arxiyepiskopu Pargev Martirosyanın, yepiskop Vrtanes Abraamyanın və bir qrup zəvvarın Xudavəng ərazisinə daxil olmalarına icazə verməyiblər.

Melikyanın sözlərinə görə həmin gün monastırda bir rahibin keşişliyə qəbulu mərasimi keçirilməliydi və bu, Rusiya sülhməramlıları ilə razılaşdırılmışdı. Keşiş bunu da əlavə edib ki, onlardan icazəli zəvvar sayının 25-dən 10-a endirilməsi tələb olunub.

Melikyan deyib ki, rahiblər üçün vaxtaşırı gətirilən azuqənin də monastıra ötürülməsinə razılıq verilməyib. Eçmiadzin nümayəndəsi bildirib ki, Azərbaycan tərəfi bununla mərasimi pozmağa çalışıb. Lakin mərasim elə həmin gün Gəncəsər kompleksindəki monastırda keçirilib. Ermənilərin Qandzasar adlandırdıqları monastır Dağlıq Qarabağın Vəngli kəndi yaxınlığında yerləşir.

Azərbaycan tərəfi buranı Kəlbəcər rayonunun, erməni tərəfi isə Ağdərə rayonun kəndi hesab edir. Ərazi hazırda Rusiya sülhməramlılarının və separatçıların nəzarətindədir.

Xaçın knyazı Həsən Cəlalın göstərişinə əsasən Alban kilsəsinə aid bu monastır 1238-ci ildə inşa edilib. Vaqram Melikyan deyib ki, “Azərbaycanın erməni monastrına dini missiyanı qadağan etməsi” ermənifobiya nümunəsi kimi pislənməlidir.

Azərbaycan tərəfi sözü gedən abidələri erməni yox, Azərbaycan Qafqaz Albaniyasının abidələri hesab edir.  

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Bir aydan çox davam edən bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Azadliq.org

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar