Makron və Putin Qarabağla bağlı nə hazırlayır? - ŞƏRH

27 aprel, 2021 00:06

Rusiya və Fransa prezidentləri Emmanuel Makron və Vladimir Putin aprelin 26-da telefonla danışıblar. Prezidentlərin telefon danışığından sonra yayılan açıqlamada belə bir cümlə yer alıb:

“Makron və Putin yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində yeni təşəbbüslər hazırlayacaqlar”.

Azsiyasət.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Makron və Putin arasında bu gün baş tutan telefon danışığında Qarabağla bağlı müzakirənin aparılmasına münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, Fransa və Rusiya liderlərinin bu yanaşması anlaşılmazdır:

“Birincisi, görəsən Rusiya və Fransa Azərbaycanın arxasında hansı təşəbbüslər hazırlayırlar?

İkincisi, Prezident İlham Əliyev “münaqişə artıq həll olunub” deyərkən, Fransa və Rusiya prezidentləri “Dağlıq Qarabağ problemi” ifadəsi işlədərkən nəyə eyham vururlar, söhbət “status” müzakirələrindənmi gedir? Erməni separatçılarının lideri “yeni təşəbbüslərlə” tanış olmaq üçünmü Moskvaya çağrılmışdı?”

Politoloq bu “təşəbbüslər”in heç də ölkəmizin xeyrinə olmadığı düşüncəsindədir:

“Yeni təşəbbüslər” nədirsə, Azərbaycanın əleyhinə yönəlib. Fransanın Qarabağ məsələsində buna qədərki fəaliyyətindən nə fayda əldə etdik ki, bundan sonra Parisin təşəbbüsü bölgəyə barış gətirsin? Tam əksinə, müharibə bitib, ancaq separatçıların lideri Moskvaya çağırılır, Parisdən İrəvana gedənlər isə “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır” açıqlamaları verirlər”.

12 may

00:45 - Raket atəşinə məruz qalan Təl-Əvivdən son görüntülər - VİDEO 00:43 - BMT sülhməramlıları Donbasa yeridiləcəkmi? - BMT Baş katibi cavab verir

11 may

21:34 - Prezidentin Naxçıvan səfərinin əhəmiyyəti nədən ibarətdir? - Deputat şərh edir... 19:20 - Paşinyanın təyyarəsi ilə növbəti pirat əməliyyatı: - Qanunsuz hərbi yük İrəvana necə çatdırıldı? 19:13 - Rusiya daha bir ölkənin diplomatını ölkədən çıxarr14:32 - "Minalanmış ərazilərin xəritələrinin verilməsi Yerevanda müzakirə edilib" - Rusiya XİN rəhbəri 13:58 - "Ermənistan sülh prosesini pozur" - Azərbaycan XİN başçısı13:55 - İlham Əliyev xalqı təbrik etdi13:52 - "Normallaşma üçün 10 noyabr bəyanatının şərtlərinə əməl edilməlidir" - Sergey Lavrov 11:06 - Zaxarovanın Bakı paylaşımı marağa səbəb oldu - FOTO10:29 - Prezidentin Naxçıvan səfərinin mühüm mesajları... 01:05 - Qəzzadan dəhşətli görüntülər: İsrail HƏMAS-ın mövqelərini vurdu - VİDEO 01:02 - Lavrov İlham Əliyevlə görüşdə: - "Qorxuram nəyisə unudum"01:00 - "Bizdə olan bütün hərbi əsirləri vermişik" - İlham Əliyev00:52 - Mübarizi öldürmək üçün deputatın otelinə gətirilən Quli niyə qətlə yetirildi? - VİDEO

10 may

22:16 - İlham Əliyev Lavrovla görüşdü - FOTOLAR19:38 - Dövlət başçısı Naxçıvanla bağlı təəssüratlarını bölüşdü17:59 - İran Qarabağa yük daşıyıbmı? - Səid Xətibzadə açıqlama yaydı 17:02 - Əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular - VİDEO 16:59 - "Tarixi Zəfərdən sonra mütləq ulu öndərin Vətənində olmalı idim" - İlham Əliyev16:50 - "Space"in yeni rəhbəri istefa verib?16:47 - "Yapı Kredi Bank Azərbaycan” zərərlə işləyir - Bağlana bilərmi?16:35 - 98 yaşlı Heydər Əliyev irsi və gənclər siyasətinin ideoloji konturları - "DAVAM" sədri yazır...16:29 - Davamçılar Fəxri xiyabanda və "Şöhrət" muzeyində olub - FOTOLAR 15:59 - Qüdrətli Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin sayəsində dünyada öz layiqli yerini tutur14:57 - Lukaşenko terror nəticəsində ölərsə, Belarus prezidenti kim olacaq? 14:50 - Lavrov Bakıya niyə gəlir? - Detallar açıqlandı 13:39 - Heydər Əliyev niyə ümummilli liderdir?   - Xalqın yaddaş kitabı...12:57 - "Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun müqəddəs arzusu reallaşıb" - Mehriban Əliyeva 12:55 - ""Tərtər işi” ilə bağlı əsassız hay-küy yaratmaq absurddur" - Baş prokuror