Onlar yenə separatçıların yanında peyda oldu... - Qan iyinə gediblər?

12 aprel, 2021 10:51

Qarabağda 44 günlük müharibə zamanı erməni ordusunun tərəfində hərbi əməliyyatlar zonasında dolaşan və  hər gün Azərbaycana qarşı dezinformasiyalar yayan, “arsax müdafiə ordusunun  şücaəti” barədə reportajlar yayan bədnam rusiyalı bloqer Semyon Peqov (“Tuzik”) bu dəfə Ukraynanın separatçı Donetsk bölgəsində peyda olub.

Azsiyasət.com Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Peqov özü aprelin 11-də özünün Telegram-kanalında yazıb.

"@wargonzo  (Peqovun Telegram-kanalı,-red.) şəhərdədir! Qaynar reportajlar, odlu insaydlar və alovlu cəbhə analitikasını gözləyin”,-təbliğatçı-diversant bildirir.

Ukrayna KİV-ləri qeyd edir ki, Peqov Azərbaycanla Ermənistan arasında ötən ilin payızında gedən müharibə zamanı Qarabağda “qeydə alınmışdı”. Azərbaycanda həmin vaxt ona cinayət işi qaldırmışdılar.

Hərbi-siyasi icmalçı Aleksandr Kovalenko özünün “Odessa kuryeri” internet-nəşrində qeyd edir ki, hazıra Donbassa Rusiyadan məhz “qanlı” adlandırıla biləcək jurnalistlər və hərbi müxbirlər daxil olur. “Onlar məhz qan axıdılacaq yerə dürtülürlər və münaqişənin eskalasiyasını gözləyirlər. Və məhz onlar hansısa qanlı insidentlər, yəni əvvəlcədən hazırlanmış təxribatlar haqda məlumatları yayan birinci mənbə olurlar”,-icmalçı bildirir.

Peqovdan bir gün əvvəl isə Rusiya müdafiə nazirinin şəxsi müxbiri kimi tanınan Dmitri Steşin Donbassda peyda olub. O, Donbassda baş verənləri “operativ işıqlandıracağını” bildirir. Steşin 2014-cü ildə Donbassda gedən hərbi əməliyyatlar zamanı separatçıların və rusiyalı muzdluların tərəfində reportajlar hazırlayıb, hətta əsir götürülən Ukrayna hərbçilərini şəxsən döyməsi və onları dindirməsi ilə tanınıb.

“Dmitri Steşinin işğal edilmiş Donbassa aprelin 10-na keçən gecə gəlişi Ukrayna cəmiyyətini narahat etməlidir. Kreml öz emissarlarını elə-belə göndərmir”,-Aleksandr Kovalenko qeyd edir.

O, hesab edir ki, Rusiya Donbassda irimiqyaslı əməliyyat hazırlaması yır və yeni ərazilər tutmağı planlaşdırması günü gündən daha aydın görünür.

Virtualaz.org

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar