Lavrovu kimin əvəz edəcəyi bilindi - Putin komandasında nə baş verir?

11 aprel, 2021 00:01

Vəzifə verilən üç qubernator Şoyuquya yaxın kadrlardır, hakimiyyətdə daha ciddi kadr dəyişiklikləri  gözlənilir

Son günlər Rusiya prezidenti Vladmir Putin üç qubertatoru vəzifəsindən azad etməsi diqqət çəkib.  

Penza vilayətinin rəhbəri İvan Belozertsevin həbsindən sonra daha üç qubertaror “könüllü olaraq istefa” verib. Diqqəti çəkən əsas məqam isə hər üç qübernatorun müdafiə naziri, Putinin varisi olacağı deyilən Sergey Şoyquya yaxın olmasıdır.   

İstefaya gedənlərdən biri on gün əvvəl Rusiya prezidentinin istirahətə getdiyi, müdafiə nazirini yerlisi Tuvanın başçısı Şolban Kara-Ooldur.  Kara-Ool qubertator vəzifəsini 14 il il oturub. Yeni seçkilərədək onun yerinə Vladislav Xovalıq tutacaq. 

“Könüllü istefaya” gedən ikinci məmur Ulyanovsk qubernatoru Sergey Morozdur. O, istefasını payızda keçiriləcək parlament seçkilərində iştirakla əlaqələndirib. Təhliliçilərinin fikrincə, bu Kremlin keçmiş Ulyanovsk qubernatorunu cəzalandırmayacağı anlamına gəlir, ancaq ona qarşı ittihamlar var və sakit təqaüd gözləməyə də bilər. Ulyanovsk qubernatoru vəzifələrini müvəqqəti yerinə yetirmək Aleksey Russkiyə tapşırılıb. O, bir dönəm kommunistlərin Dövlət Dumasında təmsilçisi olub, amma iddialara görə, Ulyanovskın yeni sahibinin atası müdafiə naziri Sergey Şoyquya yaxındır və “Tuva klanı”na  daxildir. 

Həftəsonu Şimali Osetiyanın yeni başçısı təyin olunmuş Sergey Menyailo da hərbçidir. Siyasətə Krımın ilhaqından sonra hərbidən gəlib. Sevastopolun admiral-qubernatoru vəzifəsindən sonra Sibir federal dairəsinə prezidentin xüsusi nümayəndəsi təyin ediliib. O, Sergey Şoyqu ilə əlaqələndirilən üçüncü qubernatordur. 

“Rosbalt” bildirir ki, prezidentlə "Tayqa toplantısından" sonra müdafiə nazirinin mövqeyinin gücləndirildiyi  göz qabağındadır. Təbii ki, bu təyinatlar Sergey Şoyqunun Putinin varisi olacağı mövzusunu yenidən aktuallaşdırıb. Sanki həm də belə təəsürat yaranır ki, Putin Müdafiə Nazirliyinin rəhbərinə minnətdar olduğunu hiss etdirmək istəyir. 

Daha bir ehtimal da var ki, müdafiə naziri hazırda Ukraynaya görə güclü təzyiqlərə sinə gərməsinə görə mövqeləri möhkəmləndirilir. Başqa bir ehtimala görə isə güc strukturları rəhbərlərinin Ukrayna konfliktinə görə prezidentdən “istəkləri artıb”. Həm də onlar kifayət qədər sülhpərvər mövqe tutublar. Məsələn, Təhlükəsizlik Şurasının katibi Sergey Patruşevin Ukrayna probleminin həllində sülh yoluna üstünlük verməsi ilə bağlı açıqlaması prezidentin yaxın əhatəsində olan, Prezident Administrasiya rəhbərinin müavini Dmitri Kozakın sərt mövqeyi ilə ziddiyyət təşkil edir.    

Bildirilir ki, qubernatorların istefaları bununla bitməyəcək. Çox güman ki, Vladimir, Krasnoyarsk və Stavropol vilayətinin qubernatorları da tezliklə yola salınacaq. 

İddia olunur ki, yayda isə növbə nazirlərə və baş nazir müavinlərinə çatacaq. Bildirilir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov vəzifəsini nəhayət tərk edəcək. Onun yerinə Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın təyin olunacağı proqnozlaşdırılır. Bu  təyinat Rusiya xarici işlər nazirinin ABŞ-da iş təcrübəsi olanlar arasında seçilməsinə də nöqtə qoyacaq. 

Bundan əlavə, “Sputnik V” vaksininin təşviqi və satışına məsul olan Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitryevin vəzifə pilləsində irəliləyəcəyi barədə iddialar var. Bildirilir ki, artıq yazda ona çox geniş səlahiyyətli baş nazir müavini postu veriləcək, Mixail Mişustinin bütün digər müavinlərindən - Belousovdan Qolikovayadək bütün baş nazir müavinləri ona tabe ediləcək.Andrey Belousovun isə ümumiyyətlə baş nazir müavini postunu itirəcəyi ehtimalı yüksəkdir.

Ümumiyyətlə, ekspertlər Rusiya hakimiyyətini kifayət qədər isti yaz olacağı gözlənilir…

musavat.com

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar