Rusiya kəşfiyyatı kuratoru casusa tapşırıq verir: "Dağlıq Qarabağ barədə materiallar topla, çox mühümdür..."

09 aprel, 2021 17:29

Bolqarıstanın hərbi kəşfiyyat Xidmətinin Rusiyanın xeyrinə casusluqda ittiham olunan əməkdaşlarının işi üzrə sensasion audioyazı yayılıb.

Azsiyasət.com virtualaz.org-a istinadla xəbər verir ki, audioyazıda Rusiya hərbi kəşfiyyatının (GRU) Bolqarıstandakı agent-rezidenti həmin casuslardan birinə tapşırıq verir: “Dağlıq Qarabağ barədə materiallar topla, çox mühümdür, indi aktualdır...”

Bolqarıstan xüsusi xidmət orqanları Rusiyanın xeyrinə casusluq edən həmin əməkdaşları martın 19-da keçirilmiş əməliyyatla yaxalayıb. İş üzrə cəmi 6 fiqurant var. Casus qrupunun başçısı Bolqarıstan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı olub. Qrupa onun arvadı da daxil idi, qadının ikili vətəndaşlığı var-Rusiya və Bolqarıstan pasportları daşıyır. Casusları Rusiyanın Sofiyadakı səfirliyindən kurasiya ediblər. Bolqarıstan səfirliyin iki diplomatını casusluqda ittiham edərək persona non-qrata elan edib.

Bolqarıstan xüsusi xidmət orqanları bildirir ki, casuslardan Rusiyaya, Ukraynaya, Belarusa və digər ölkələrə aid materialları əldə edib ötürmək tələb olunub. Habelə Yaxın Şərqə, İraqa, Suriyaya, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aid materialların toplanılması tapşırılıb. Bu tapşırıq Qarabağda müharibənin getdiyi günlərdə, yəni ötən ilin payızında verilib.

“Hansı materiallar lazımdır-Bolqarıstandakı vəziyyət, Rusiyaya, Ukraynaya, İraqa aid materiallar, aktual nə varsa. Dağlıq Qarabağ çox mühümdür. Suriyaya aid son 4 ayın materialları, əgər götürə bilsən fotosunu çək. Habelə Ukrayna və Belarus barədə, və etirazın əsasını təşkil edən həmin 8 faiz polis haqda. Və görünən istənilən məxfi sənədin fotosunu çək ki, sənin məxfi sənədlərə çıxışının olduğu görünsün”,-casusların kuratoru qrupun üzvünə tapşırıq verir.

Audioyazıda habelə Rusiyanın xeyrinə casusluğa görə aylıq qonorarın məbləği də müzakirə olunur. “İndi deyə bilmərəm nə qədər ödəyəcəklər, materialdan asılıdır. Lakin prinsipcə olacaq, gəl düzünü deyək, valyuta ilə. Necə sərfəlidir, valyuta ilə, yoxsa bolqar levi ilə? Denən, pulları harada saxlayacaqsan? Hər halda sənə 2000 lev və ya 3000 lev hər ay versələr bu, babat məbləğdir”,-kurator deyir.

Hərbi kəşfiyyatın əməkdaşlarını casusluğa cəlb edən həmin kuratorun-keçmiş kəşfiyyat zabitinin hələ sovet dövründə KQB agenti olduğu üzə çıxıb. Başqa sözlə, GRU Bolqarıstandakı KQB agentlərini aktivləşdirib və onun əliylə yeni agentlər cəlb edib.

Bu şəxsin adı İvan İliyevdir, Bolqarıstan Müdafiə Nazirliyinin hərbi -analitik informasiya şöbəsinin rəhbəri olub, onun adı rəsmən açıqlanmır. Amma bildirilir ki, Bolqarıstanda və xaricdə təhsil alıb, habelə Moskvada kəşfiyyat məktəbini bitirib. Arvadının ikili vətəndaşlığı var. 75 yaşındadır, 5-6 il əvvələ qədər Bolqarıstan hərbi məktəblərindən birində müəllim işləyib. Görünür agentləri də tələbələri arasından seçib. Onlar məxfi sənədlərin fotosunu çəkiblər və Rusiya səfirliyindəki kuratorlarına ötürüblər.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar