"Rusiya münaqişənin həllinə deyil, onu saxlamağa çalışacaq” - ABŞ Bakıya və İrəvana dəstək təklif edir

09 aprel, 2021 03:07

"Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etməyə deyil, onu saxlamağa can atacaq”.

Azsiyasət.com "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin köməkçisinin müavini Corc Kent “Türk İrsi” təşkilatının keçirdiyi vebinarda bildirib. “Rusiya sülhməramlıları Dağlıq Qarabağda uzunmüddətli perspektivdə qalacağı halda Azərbaycan hakimiyyətinin bundan narazılığının artacağını gözləyirəm”, - o vurğulayıb.

O, Bakı və İrəvan bu məsələdə maraqlı olarsa, ABŞ-ın Azərbaycan və Ermənistana münaqişənin həllində kömək etməyə hazır olduğunu söyləyib: "Ermənistan və Azərbaycan sülh yolu ilə nizamlamaya və Minsk qrupu həmsədrləri prosesinin səlahiyyətlərindən istifadə etməyə nə dərəcədə sadiqdirsə, ABŞ iki ölkəyə irəliləyiş yolunu tapmağa kömək etməyə o qədər hazır olar".

“Rusiyanın məqsədi daha bir açıq məsələ olaraq qalır”, – deyən Kent əlavə edib ki, Rusiya atəşkəsi Minsk qrupu həmsədrləri mexanizmi vasitəsilə razılaşdırmağı seçmədi, üçtərəfli formatda birbaşa vasitəçilik etdi.

Diplomatın fikrincə, indi əsas təhlükəsizlik məsələsi Dağlıq Qarabağ münaqişəsinə elə yanaşmaqdan ibarətdir ki, hər iki ölkəyə yekun statusu razılaşdırmaq imkanı yaransın.

“Azərbaycan müharibənin qalibidir, amma bu, böhranın tam həllinə aparmayacaq, Ermənistan ötən əsrin sonunda birinci müharibəni udanda da belə idi”, – Kent deyib.

Kent Gürcüstan Xarici İşlər nazirinin müavinlərindən birinə istinadla deyir ki, Qarabağdakı durum Gürcüstanın 1998-ci ildəki vəziyyətinə bənzəyir. “Sonra Azərbaycan bizim 2008-ci ildəki vəziyyətimizə düşəcək. Ondan sonra isə Gürcüstanın indiki vəziyyətində olacaq”, – adı çəkilməyən nazir müavini ötən ilin noyabrında deyibmiş.

Xatırladaq ki, 2008-ci ildə Rusiya Gürcüstanla bir neçə günlük müharibə nəticəsində separatçı Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıdı. “Bu, çox bədbin yanaşmadır, amma ola bilsin, Rusiyanın Qarabağ münaqişəsi ilə öz mənafeyi naminə necə manipulyasiya etməsinə verilən real qiymətdir”, – o vurğulayıb.

09 may

01:52 - "Xain əllər kökündən kəsiləcək" - Ərdoğan00:52 - AzTV-də yoxlamalar başladı - Xəbər rəsmən təsdiq olundu 00:49 - İran maşınları Qarabağa yük daşımır - Səfirlik00:34 - Bakı metrosunda gediş haqqı 97 qəpik olacaq? - RƏSMİ CAVAB

08 may

17:45 - İlham Əliyev Putinə yazdı: "Xalqlarımız sınaqdan şərəflə keçdilər"17:41 - Azərbaycanın maşın karvanı Xankəndi ərazisinə daxil oldu, ermənilər təşvişə düşdü - VİDEO 17:39 - Mehriban Əliyevadan Şuşa ilə bağlı paylaşım - VİDEO 08:26 - Azərbaycanın ən məntiqsiz layihəsi - Təcili imtina edin!08:24 - General Muradovun göstərişi icra olunmadı - Gərginlik00:14 - "Azərbaycan erməni diversantlar müqabilində bu əraziləri tələb edir" - Rusiya nəşri00:12 - Nəcməddin Sadıqovun yerinə niyə təyinat yoxdur? 00:11 - Hikmət Hacıyev bərpa olunan Şuşadan şəkillər paylaşdı - FOTOLAR

07 may

14:24 - Bakı merinin kürəkıninə hədiyyə etdiyi imarətdə asılmış meyit tapılıb 14:21 - Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır - RƏSMİ13:23 - Ramiz Mehdiyev 17 minlik sərgi keçirir - Şübhəli müqavilə 13:20 - Şuşa Azərbaycanın mədəniyyət paytaxtı oldu - SƏRƏNCAM 10:32 - 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir: "Rusiya istəsə, qısa müddət ərzində bunu edəcək"10:22 - İcra başçısı qəhrəman zabitə süpürgəçi "vəzifəsi" verdi - FOTOLAR 01:21 - Arif Quliyev vəfat etdi00:32 - Ukrayna üçün NATO-nun qapıları açılır - ABŞ dəstək verdi 00:30 - Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTOLAR 00:25 - Mətanət İsgəndərlinin gəlininin meneceri həbs edildi - FOTO00:19 - "Ermənilər Moskvaya hörmət etmir, Njdenin abidəsi parçalanmalıdır" - Yevgeni Mixaylov00:16 - "Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik" - Hülusi Akar

06 may

18:07 - Xalidə Bayramova işdən çıxarıldı 16:31 - Ərzaq məhsulları ən yüksək həddə bahalaşdı - STATİSTİKA 16:24 - "Vətəndaş düşünür ki, dövlətin var, amma vermir..." - İlqar Məmmədov15:10 - Məhkəmə önündə gərginlik: bir nəfər saxlanıldı - FOTO 14:55 - "Qarabağda kiçik insidentlər dərhal həll edilir" - Sergey Lavrov11:17 - Minsk qrupunun həmsədrləri siyasi dialoqun bərpasına çağırırlar