Xəyanətin anatomiyası: Nəcməddin Sadıkov niyə həbs edilmir?

05 aprel, 2021 12:20

Düz 13 il əvvəl - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xain olması barədə fikirlər eşitmək düşmənlə bir neçə metr məsafədə - döyüş postunda xidmət edən əsgər üçün çox ağır idi. Təbii ki, şəxsən mən bunu hansısa sıravi əsgərdən eşitmirdim. 2008-ci il noyabr ayının 8-də baş leytenant Samid Əkbərov düşmən snayperi tərəfindən açılan atəş nəticəsində (Seyidəhmədlidə) şəhid olandan sonra bizi Alxanlıya apardılar. Orada baş verən hər bir hadisənin hərbi sirr olduğunu nəzərə alaraq, bütün mətləbləri olduğu kimi yazmayacam. Buna bir yox, heç yüz yazı da bəs etməz. Amma nəyi demək mümkündürsə, qısa şəkildə qeyd etməyi məqsədəuyğun hesab edirəm. Samidin şəhid olması dərin şübhələr yaratmışdı. Onun ölümündə bəzi zabitlərin adı hallanırdı. Həmin zabitlərin ki, onlar N.Sadıkovun Füzuli rayonu N saylı hərbi hissədəki “casus şəbəkəsi”nə daxil idilər. Samidin xəyanətin qurbanı olduğu deyilirdi. Bir müddət sonra inanılmaz və şübhələri artıran hadisə baş verdi: xəyanətdə adı hallanan bir zabit döyüş bölgəsindən çıxarıldı, cəbhədən uzaq - başqa bir hərbi hissədə daha yüksək zabit vəzifəsi aldı. Bunun baş verməsi “fövqəladə güc” tələb edirdi. 2009-cu ilin yanvar ayında biz artıq “ölüm dərəsi” adlandırılan batalyonun postlarına (Əbdürrəhmanlı) bölünmüşdük, düşmənin düz ağzının içində xidmət edirdik. Tam məsuliyyətlə deyirəm, şəxsən mən özüm bəzi təlimatları qulağımda sırğa etdiyimə görə, iki dəfə real ölümdən qurtuldum.

Bütün bunları niyə deyirəm? Nəcməddin Sadıkovun “xain” adlandırılması təkcə ictimai-siyasi sferanın gəldiyi qənaət deyil, bu həm də illər öncə düşmənlə 30 metrlik məsafədə xidmət edən əsgərin də eşidə biləcəyi bir həqiqət idi. Cəbhə bölgəsində bütün “çepeşnik” (intizamsız), adı müxtəlif cinayətlərdə hallanan yüksək rütbəli zabitlərin arxasında məhz N.Sadıkov dururdu. 2009-cu ilin iyul ayından sonra Füzuli rayonundakı hərbçi hissədə baş verən hadisələr də bunun əyani sübut idi.

Nəcməddin Sadıkov Xüsusi Təyinatlı Qüvvələri ixtisar edirdi

2016-cı ilin aprel döyüşlərindən dərhal sonra Müdafiə Nazirliyində inanılmaz bir hadisə baş verir. Belə ki, N.Sadıkov Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) ixtisarların aparılması ilə bağlı tapşırıq verir. Bu qərar Azərbaycan dövlətinə balta çalmaq, peşəkar ordunu məhv etmək demək idi. Halbuki, aprel döyüşləri Azərbaycan üçün mühüm hərbi sınaq mərhələsi oldu və bundan sonra Ordumuzun Xüsusi Təyinatlı Qüvvələrinin gücləndirilməsi əsas prioritet məsələ olmalı idi. N.Sadıkov aprel döyüşlərindən sonra bütün enerjisini XTQ-nin zəiflədilməsinə sərf etsə də, məqsədinə nail ola bilmədi. İkinci Qarabağ müharibəsinə qədər XTQ-nin komandanı, general-leytenant Hikmət Mirzəyevin diqqətdən kənarda saxlanılması da Sadıkovun "əməyi" idi. 44 günlük Vətən Savaşı sübut etdi ki, xainlər nə qədər mühüm post daşısalar da, dövlət öz resurslarına sahiblənməyi, onu qorumağı çox gözəl bacarır. Xainlər istəyinə tam şəkildə nail olsaydı, daha nə dövlət olardı, nə xalq! Hələ 1999-cu ildə Xüsusi Təyinatlı Qüvvələr yaradılanda Sadıkov bunun baş tutmaması üçün bütün səylərini ortaya qoymuşdu. 

N.Sadıkov son 25 ildə Azərbaycanda ən çox müzakirə olunan ziddiyyətli şəxslərdən biridir. Halbuki, o hərbçidir, siyasətçi, icra başçısı, nazir deyil ki, “vitrin” məmur kimi diqqət cəlb eləsin. Ancaq N.Sadıkov bir nazirdən dəfələrlə artıq korrupsioner olmaq “potensialı”na sahib idi. Malik olduğu biznes imperiyası bunun sübutudur. Cəmiyyətin bütün təbəqələrinin bu adama nifrət etməsinin, uşaqdan böyüyə qədər onu Rusiyanın agenti, xain kimi qəbul etməsi xalqın altşüurunda yer alıb. Birinci Qarabağ savaşında Kəlbəcər bu adamın xəyanəti ucbatından işğal olundu, yüzlərlə əsgərimizə dərman verib yatırdan, onların ölümünə səbəb olan da N.Sadıkov idi. İkinci Qarabağ Savaşında bu adamın kənarda saxlanılması tarixi və strateji qərar idi.

Ordudakı milli qüvvələrə qarşı terror siyasətinin başında duran odur

Təkzibolunmaz faktlar sübut edir ki, aprel döyüşlərindən sonra Orduda milli qüvvələrə qarşı aparılan terror siyasətinin (“Tərtər işi” cinayəti) başında duran şəxslərdən biri də N.Sadıkov olub. 1800-ə yaxın Azərbaycan hərbçisinə işgəncələr verdirən, onlarla hərbçiyə “xain” damğası vurdurub onların öldürülməsinə səbəb olan da məhz odur - N.Sadıkov!  Səbəb isə çox sadədir: aprel döyüşlərində Azərbaycan ordusu müsbət nəticələr əldə etsə də, eyni zamanda xəyanətlə də üzləşdi. Bunu hamımız bilirik. Orduya xəyanət edənlərin başında isə N.Sadıkov və onun şəbəkəsi dururdu. Onlar öz xəyanətlərini ört-basdır etmək üçün Ordumuzun sağlam, peşəkar, milli ruhlu hərbçilərini şərlədilər, onlara ağlasığmaz işgəncələr verib öldürdülər. Əslində N.Sadıkovun belə bir gücə sahib olması dövlət üçün SOS olmalı idi. Adam yüzlərlə günahsız hərbçini həbs etdirir, mafioz qanunlarla onlara “Çin işgəncələri” verdirir, qapalı məkanlarda kriminal qruplar saxlayır, məhz bu kriminal qruplar və öz şəbəkəsinə daxil olan zabitlər vasitəsilə hərbçilərimizi məhv edirdi. Ən dəhşətlisi budur ki, o, bir neçə hərbi hissəni də bu axmaq prosesə cəlb edə bilmişdi.

Sadıkov niyə həbs edilmir?

Rövşən Əkbərovun həbsi ölkədə böyük stereotipləri qırdı. O, “Azərbaycanın Milli Qəhrəman” adını daşıyır. Bu o demək idi ki, kimliyindən asılı olmayaraq, hər kəs əməllərinə görə cavabdehdir və qanun qarşısında məsuliyyət daşıyır. Amma bu titul da onu xilas etmədi. Əgər ölkədə “Milli Qəhrəman” həbs edilirsə, bu o deməkdir ki, hər hansı vəzifəli şəxs özünü həbsdən sığortalanmış hesab edə bilməz.

Keçmiş MTN rəhbəri Eldar Mahmudovun həbs edilməməsi isə pis presedentdir. MTN-nin ləğvi daha böyük hadisə, rezonans idi, E.Mahmudov həbs edilsəydi, onun həbsi dövlət qurumunun ləğvi qədər tarixi və əhəmiyyətli hadisə olmayacaqdı. Məhz onun cinayətləri ucbatından bütöv bir dövlət qurumu özünü və adını dəyişməli oldu. Azərbaycanda “bu vəzifəni daşıyan şəxslər həbs edilə bilməz” stereotipi qırılmalıdır. N.Sadıkov bunu yaxşı başa düşür, anlayır ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi postunu tutan şəxsin həbsi bir çox hallarda mümkünsüzdür. Amma mümkünsüz olmayan heç nə də yoxdur, N.Sadıkov həbs edilməlidir, pis presedentlər aradan qalxmalıdır.

Dubay fotoları nə deyir?

Onun Dubayda çəkilən videosunu diqqətlə izləmək lazımdır. Mənə elə gəlir ki, həmin video onun öz icazəli ilə çəkilib. Bu həmin vaxta təsadüf edirdi ki, hər kəs onun həbsini tələb edirdi. Sadıkov isə belə bir görüntüləri yaymaqla “Nə istəsəniz, yazın, mənə heç kəs heç nə edə bilməz” mesajını verdi. Onun düz kameranın içinə baxması da çəkilişdən xəbər olması anlamına gəlir.

Əslində o vəzifədən nə vaxt çıxarılmalı və həbs edilməli idi?

2020-ci ilin iyul ayında Bakının mərkəzində Orduya dəstək mitinqi zamanı ən diqqətçəkən məqamlardan biri “Nəcməddinə istefa!” şüarının səsləndirilməsi idi. Bu şüar minlərlə insan tərəfindən saatlarla səsləndirildi. Xalq səhv edə bilməzdi, əvvəlki təcrübələr də vardı. Hər kəs əmindir ki, bu günə qədər cəbhədə, döyüşlərdə xəyanətlə şəhid olan hərbçilərimizin, əsgərlərimizin ölümünün arxasında da məhz N.Sadıkovun xəyanətləri dayanır.

Davamı var...

Samir FEYRUZOV, Azsiyasət.com

12 aprel

18:02 - "Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTOLAR17:40 - İrəvanı verdik Ermənistana, ingilis generallar burada meydan sulayırdı”14:33 - Həbs edilən generalla bağlı tükürpədici açıqlama: - "İşgəncə verdiyi adam öldü"13:34 - "Bu işin başında da Putin durub" - "Xalqı xamlayıb, vətənpərvərlik nağılları danışırlar və..." 12:58 - Xocalı sakinləri doğma yurda qayıdır? - Qarabağdan sensasiyalı xəbər 12:15 - İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi10:58 - "Respublika" qəzetinə yeni baş redaktor təyin edildi - FOTO10:51 - Onlar yenə separatçıların yanında peyda oldu... - Qan iyinə gediblər? 09:52 - Hadı Rəcəblinin restoranında toy məclisi təşkil edilib - Saxlanılanlar var09:44 - Putin ordunu sərhəddə niyə yığır? - Alman nəşri şərh edir...09:37 - Rusiyanın ölü sükutu: "İsgəndər"in pultu kimin əlində olub?00:07 - "Ukraynanın fəaliyyəti Rusiya üçün potensial təhlükəlidir" - Peskov

11 aprel

22:12 - Azərbaycanlı səfir 250 min manata maşın aldı - FOTOLAR 22:10 - Ermənistanda rus generalın qızının meyiti tapıldı22:07 - Xankəndidə mənzillərin qiyməti ucuzlaşdı - YENİ QİYMƏTLƏR11:44 - Ərdoğan-Zelenski görüşünün nəticələri - 20 MADDƏ00:14 - Erməni məmur general Rüstəm Muradovu təhqir etdi - FOTO00:09 - Ermənilər qaçqınların Qarabağa qayıtmasının qarşısını necə alır? - Səfir şərh edir...00:06 - Türkiyə üçün çətin seçim: Rusiya, yoxsa ABŞ?00:01 - Lavrovu kimin əvəz edəcəyi bilindi - Putin komandasında nə baş verir?

10 aprel

23:06 - Azərbaycan snayperi erməni zabitini belə məhv etdi - VİDEO 21:59 - Hikmət Hacıyev yeni ailə quran cütlüyü təbrik etdi 19:02 - "Müharibə Rusiya üçün ağır nəticələrə səbəb olacaq:.." - "Ukrayna ilə Rusiya arasındakı müharibənin nəzarətdən çıxması riski var"18:26 - Almaniyada dəbdəbəli otel tikintisinə başlayıb yarımçıq qoyan azərbaycanlı kimdir? - "Bu, məni çox qəzəbləndirir"16:58 - Kim Çen In təhsil nazirini edam etdirdi 16:20 - Erməni deputat Naira Zöhrabyan: - "Mən Polad Həşimov küçəsində yaşayıram" 15:10 - "Həqiqətlərin çatdırılmasında Türkiyə mediası bizimlə birgə oldu" - Prezidentin köməkçisi 14:33 - Ukrayna ABŞ-dan 100 F-15 alsın, yoxsa Azərbaycanın taktikasından istifadə etsin?14:30 - Fuad Mayılov "fenomeni", YPX-dən günlük tələblər - BDYP-dən açıqlama verdi - YENİLƏNİB 13:47 - Neftçala ekoloji fəlakət astanasında - Xəzər dənizinin suyu Kür çayında 40 kilometr irəlilədi