"Tərtər işi" ört-basdır edilir: Müdafiə Nazirliyindəki "casus şəbəkə"nin və Rusiya kəşfiyyatının intim oyunları

01 aprel, 2021 09:51

İki gün öncəki məqaləmdə Milli Şuranın sədri Cəmil Həsənlinin qızının intim videolarının yayılmasının Rusiya kəşfiyyat orqanlarının və onların Azərbaycanın müxtəlif dövlət qurumlarındakı “şifrələnmiş casus”larının əli işi olduğunu yazmışdım. Bu yöndəki ehtimallar isə hər gün artır.

“Tərtər işi” ilə C.Həsənlinin qızının videosunun yayılması arasında bir bağlantı var. Gündəmə gətirilən hadisələrin analizi onu deməyə əsas verir ki, hər iki cinayətin dəst-xətti Azərbaycan hüquq-mühafiə orqanlarının dəst-xəttindən uzaqda dayanır. Bu dəfə külək Şimaldan gəlir - daha sərt, daha kəskin və daha mərkli şəkildə.

Hərbçilərə qarşı amansız cinayətləri arxa plana keçirmək istəyən hansı qüvvələrdirsə, Milli Şura sədrinin də qızının videosunu yayan həmin qüvvələrdir. Bəllidir ki, “Tərtər işi” cinayəti xalqın təhtəlşüurunda dərin izlər buraxıb, Azərbaycan hərbçilərinin işgəncələrə məruz qalması, onların ən qəddar üsullarla öldürülməsi hazırda ölkədə ən çox müzakirə olunan məsələdir. Bir müddətdir gündəmi dəyişmək üçün atılan addımlar da heç bir effekt vermir. “Tərtər işi” unudulmur, unutdura bilmirlər.

Əgər “Tərtər işi” açılsa, həqiqi günahkarlar ortaya çıxsa, o zaman Rusiyanın Azərbaycan Müdafiə Nazirliyindəki və ona yaxın digər qurumlardakı “casus şəbəkəsi” də deşifrə olunmuş olacaq. Heç şübhəsiz, Rusiya bütün cidd-cəhdlə bu prosesin qarşısını almağa, Azərbaycan dövlətinin siyasi iradəsini və enerejisini başqa problemlərə yönləndirmək və xərcləmək istəyir.

İndiki məqamda C.Həsənli hakimiyyətə təhlükə vəd edirdimi?

C.Həsənlinin qızının intim videosunun yayılması kiçik məqsədlərə hesablanmış addım deyil, bu, onun “zərərsizləşdirilməsi”, rüsvay edilməsi kimi siyasi konteksdə məhəlli məsələləri də özündə ehtiva etmir. Axı C.Həsənli bu günkü situasiyada hakimiyyətə heç bir təhlükə vəd etmirdi. Onun Azərbaycan hakimiyyətinə qarşı edə biləcəyi Qərbdə mənzillənən hansısa hüquq-mühafizə təşkilatının bəyanatı çərçivəsindən kənara çıxa bilməzdi. Amma durumu dəyişdilər və hazırkı situasiya “minalandı”.

İki ildir ABŞ-da mühazirələr oxuyan C.Həsənlinin sosial şəbəkələrdəki ara-sıra ənənəvi üslubdakı itithamları hakimiyyət üçün praktiki heç bir risk yaratmırdı. Halbuki, bu risk 2013-cü ildə daha yüksək idi və nəzərə alsaq ki, 2020-ci ildə məhz bu hakimiyyətin dövründə və şəxsən İlham Əliyevin rəhbərliyi altında torpaqlar işğaldan azad edilib, deməli, hakimiyyət ən yüksək səviyyədə yekdil qərar verərək indiki məqamda intim video yaymağı praqmatik addım hesab edə bilməzdi.

Hərbçilərimizə “xain” damğası vurub onlara işgəncə verən, qətlə yetirənlərin məqsədi nə olub?

- Azərbaycan ordusundakı milli qüvvələri, peşəkar zabit-gizir heyətinin bir hissəsini məhv etmək. Xatırladım ki, bu hərbçilər 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına döyüşmüşdülər.

- Azərbaycan xalqında orduya inamsızlıq, etimadsızlıq sindromu yaratmaq.

Əgər orduda bu qədər cinayətlər baş veribsə, bəs digər dövlət qurumları hara baxıblar? Deməli, günahsız hərbçilərimizə işgəncə verilməsi digər dövlət qurumlara qarşı da etimadsızlıq və inamsızlıq yaratmaq üçün düşünülüb. Bu cür geniş miqyaslı plan hazırlamaq isə hər beynin “məhsulu” ola bilməz. Bu, kənardan idarə olunan, ölkənin müxtəlif strukturlarına sarmaşıq kimi sarınan böyük və illərlə oturuşmuş bir şəbəkənin işidir.

Diqqət ediriksə, C.Həsənlinin qızının intim videosunun yayılmasından sonra nəzərlər Qarabağdan yayındı. Məsələn, dünən Rusiya Müdafiə nazirinin müavini, general Dmitri Bulqakov Qarabağ gəldi, 250 yerlik yeni bir şəhərçiyin açılışını etdi. Azərbaycanda, yerli mediada, sosial şəbəkələrdə bu məsələ qətiyyən müzakirə edilmədi, ictimai qinaq olmadı. Deməli, Rusiya başımızı necə qarışdıracağını çox gözəl bilir. Həm “Tərtər işi” cinayətini gizlədir, həm diqqətimizi Qarabağdan yayındırır, ölkədə siyasi gərginliyi artırır, həm də Qərbin ölkəmizə təzyiq etməsi üçün “əsaslar” yaradır.  

Müdafiə Nazirliyindəki əsl xainlər aşkarlanmalıdır...

Müdafiə Nazirliyindəki əsl xain qüvvələr öz xəyanətlərini gizlətmək üçün hərbçilərimizə “xain” damğası vuraraq onlara işgəncə veriblər, qətlə yetiriblər. Bu mənəvi və fiziki terror öz həqiqi qiymətini almalıdır.

Baş verənlərə görə xalqın haqlı təpkisi günbəgün artır. “Tərtər işi” cinayətinin müxtəlif yollarla ört-basdır edilməsi və Müdafiə Nazirliyindəki bununla bağlı olan dərin narahatlıq sona qədər davam edə bilməz. Dövlət hərəkətə keçməli, Silahlı Qüvvələrimizin peşəkar, ömürlərini ölkənin müdafiəsinə sərf etmiş hərbçilərimizin başına gətirilən amansız oyunlar araşdırmalıdır. Əgər belə olacaqsa, Müdafiə nazirliyindəki “casus şəbəkə” də ortaya çıxacaq.

Öldürülən bir neçə hərbçinin daha sonra bəraət alması sübut edir ki, hərbçilərimiz xain olmayıblar. Əsl xainlər hələ də iş başındadırlar.

“Xain” damğası adı altında öldürülən, işgəncə verilən hərbçilərimizin ailə üzvləri, övladları illərdir ki, təqib olunurlar, onlar məqsədli şəkildə cəmiyyətdə rüsvay edilirlər. Onların övladları məktəblərə gedə bilmirlər, alınlarına “atanız xaindir!” damğası yapışdırılıb.

Dövlət övladlarına, vətəndaşına sahib çıxmalı, həqiqi cinayətkarları cəzalandırmalı, “casus şəbəkə”ni ortaya çıxarmalıdır.

Hərbçilərimizin xain olmadığı gün kimi aydındır. Əgər aprel döyüşlərində uğursuzluq və xəyanət olubsa, deməli, əsl xainlər onlara bu işgəncələri verənlərdir. Dövlət Müdafiə nazirliyini və ona yaxın digər qurumları təmizləməlidir.

Məsələ bundadır ki, Rusiyaya bağlı olan və hazırda müxtəlif hərbi postlarda oturan şəxslərin bir qismi orta yaşlıdır. Deməli, onlar ifşa olunmasa, ömürlərinin sonuna qədər bu dövlətə xəyanət etməklə məşğul olacaqlar. Uduzan isə dövlətimiz olacaq!

Günel Həsənlinin açıqlaması çox şeyi dəyişəcək...

C.Həsənlinin qızı Günel Həsənli yaydığı açıqlamasını oxudum. O, intim videodakı şəxsin adının Mahir olduğunu bildirib və fotolarını da ictimailəşdirib. 

Deməli, istənilən halda, bu adam dərindən araşdırılmalıdır. İntim videodan açıq şəkildə görünür ki, bu şəxsin istifadə etdiyi kamera şəffaf fokusa malikdir və dövlət orqanlarının istifadə etdiyi kameradan fərqlidir. 

Sonda qeyd edim ki, ölkmizdə 30 ilə yaxındır ölkədə ordu quruculuğu sahəsində ciddi işlər həyata keçirilib. Orduda milli qüvvələri məhv etmək bu günün hazırlığı olmayıb, “şifrələnmiş casus”lar illərlə hazırlanıb və onlar uzun müddət bağlı olduqları şəbəkəyə çoxsaylı “xidmətlər” göstəriblər.

Samir FEYRUZOV, Azsiyasət.com

12 aprel

18:02 - "Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTOLAR17:40 - İrəvanı verdik Ermənistana, ingilis generallar burada meydan sulayırdı”14:33 - Həbs edilən generalla bağlı tükürpədici açıqlama: - "İşgəncə verdiyi adam öldü"13:34 - "Bu işin başında da Putin durub" - "Xalqı xamlayıb, vətənpərvərlik nağılları danışırlar və..." 12:58 - Xocalı sakinləri doğma yurda qayıdır? - Qarabağdan sensasiyalı xəbər 12:15 - İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi10:58 - "Respublika" qəzetinə yeni baş redaktor təyin edildi - FOTO10:51 - Onlar yenə separatçıların yanında peyda oldu... - Qan iyinə gediblər? 09:52 - Hadı Rəcəblinin restoranında toy məclisi təşkil edilib - Saxlanılanlar var09:44 - Putin ordunu sərhəddə niyə yığır? - Alman nəşri şərh edir...09:37 - Rusiyanın ölü sükutu: "İsgəndər"in pultu kimin əlində olub?00:07 - "Ukraynanın fəaliyyəti Rusiya üçün potensial təhlükəlidir" - Peskov

11 aprel

22:12 - Azərbaycanlı səfir 250 min manata maşın aldı - FOTOLAR 22:10 - Ermənistanda rus generalın qızının meyiti tapıldı22:07 - Xankəndidə mənzillərin qiyməti ucuzlaşdı - YENİ QİYMƏTLƏR11:44 - Ərdoğan-Zelenski görüşünün nəticələri - 20 MADDƏ00:14 - Erməni məmur general Rüstəm Muradovu təhqir etdi - FOTO00:09 - Ermənilər qaçqınların Qarabağa qayıtmasının qarşısını necə alır? - Səfir şərh edir...00:06 - Türkiyə üçün çətin seçim: Rusiya, yoxsa ABŞ?00:01 - Lavrovu kimin əvəz edəcəyi bilindi - Putin komandasında nə baş verir?

10 aprel

23:06 - Azərbaycan snayperi erməni zabitini belə məhv etdi - VİDEO 21:59 - Hikmət Hacıyev yeni ailə quran cütlüyü təbrik etdi 19:02 - "Müharibə Rusiya üçün ağır nəticələrə səbəb olacaq:.." - "Ukrayna ilə Rusiya arasındakı müharibənin nəzarətdən çıxması riski var"18:26 - Almaniyada dəbdəbəli otel tikintisinə başlayıb yarımçıq qoyan azərbaycanlı kimdir? - "Bu, məni çox qəzəbləndirir"16:58 - Kim Çen In təhsil nazirini edam etdirdi 16:20 - Erməni deputat Naira Zöhrabyan: - "Mən Polad Həşimov küçəsində yaşayıram" 15:10 - "Həqiqətlərin çatdırılmasında Türkiyə mediası bizimlə birgə oldu" - Prezidentin köməkçisi 14:33 - Ukrayna ABŞ-dan 100 F-15 alsın, yoxsa Azərbaycanın taktikasından istifadə etsin?14:30 - Fuad Mayılov "fenomeni", YPX-dən günlük tələblər - BDYP-dən açıqlama verdi - YENİLƏNİB 13:47 - Neftçala ekoloji fəlakət astanasında - Xəzər dənizinin suyu Kür çayında 40 kilometr irəlilədi