Şuşaya "İsgəndər"ləri haradan atıblar?

01 aprel, 2021 00:01

Fevralın sonlarında Ermənistanın baş naziri Nikol Paşinyan informasiya bombasını partlatdı. Və elə bomba ki, partlayan bu virtual bombanın effekti bütün regiona səpələndi.

Paşinyan tamamilə utanmaz və müəyyən dərəcədə də açıq formada, diplomatik ibarələrdən istifadə etmədən erməni liberal KİV-lərinə müsahibəsində bildirdi ki, ikinci Qarabağ müharibəsi zamanı Ermənistan “İsgəndər” operativ-taktiki raket komplekslərini tətbiq edib. “Lakin raketlər partlamadı, yaxud 10 faiz partladı”,-baş nazirin müsahibəsindən bu sitat nəinki Yerevanda və Bakıda, eləcə də regionda baş verənləri izləyən dünyanın başqa paytaxtlarında heyratamiz effekt doğurdu.

Bu raket kompleksləri ilə mülki əhaliyə zərbələr endirilməsinin bütün miqyasını təsəvvür etmək üçün “İsgəndər”ləri istehsal edən ölkənin hərbi ekspertlərinə müraciət etmək kifayətdir. Bir diviziyon “İsgəndər”in yaylım atəşi dünyanın aparıcı ölkəsi ABŞ-ın raketdən müdafiə sisteminin mövqe rayonunu məhv etməyə qadirdir.

Moskvada Paşinyanın bəyanatına qəzəbli reaksiya verdilər. Rusiya Müdafiə Nazirliyinin narazılığı da özünü çox gözlətmədi və Paşinyanın dediklərini nazirliyin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov təkzib etdi. Bildirdi ki, Ermənistanda “İsgəndər” komplekslərinin bütün raketləri anbardadır və döyüşlərdə heç bir raket tətbiq edilməyib. Bir-birinin ardınca Rusiyanın nüfuzlu hərbi ekspertləri və siyasi xadimləri Paşinyanı yalan danışmaqda, hərbi sahədən başı çıxmamaqda günahlandırdılar. Dedilər ki, bu ola bilməz, çünki mümkünü yoxdur.

Paşinyan Moskvadan gələn bu qəzəbli  reaksiyalardan sonra ona “İsgəndər”lərin tətbiqi barədə “yanlış məlumat verildiyini” deməli oldu. Coşan ehtiraslar səngidi, erməni hökumətinin rəhbərinin sensasion açıqlaması yavaş-yavaş tarixə yuvarlanmağa başladı. Paşinyanın  həm Yerevanda, həm Bakıda Moskva ilə münasibətlər baxımından birmənalı qarşılanmayan bu əcaib bəyanatı barədə heç kim xatırlamazdı. Əgər Şuşada iki “İsgəndər” raketinin qalıqlarının aşkarlandığı barədə bu gün yayılmış sensasion məlumat olmasaydı.

Belə ki, martın 15-də Azərbaycanın minaların təmizlənməsi üzrə Agentliyinin əməkdaşları Şuşada partlamamış mərmilərin və minaların təmizlənməsini həyata keçirərkən “İsgəndər” raket kompleksinin qalıqlarını aşkar ediblər. Raket qalıqlarının üzərində onların “İsgəndər”ə aid olduğunu təsdiqləyən 9M723 identifikasiya nömrəsi yer alır.

Minaların təmizlənməsi üzrə Agentlikdən başqa hələlik heç bir başqa Azərbaycan dövlət strukturu və hökumət rəsmiləri minatəmizləyənlərin sensasion tapıntısını şərh etmir. Moskvada da susurlar. Agentliyin Paşinyanın dediklərini təsdiq edən bəyanatına Yerevanda da reaksiya vermirlər.

Ortaya nə çıxır? Doğrudanmı Nikol Paşinyan müharibənin gedişində Azərbaycana qarşı “İsgəndər” raketlərinin tətbiq edildiyini bəyan etməklə düz danışıb? Erməni baş nazirinin sözləri indi təkzibedilməz sübutlarla möhkəmləndirilir.

Ancaq bu işdə Azərbaycan hökuməti ziddiyətli məqamları aydınlaşdırmalı olacaq. Şuşaya atılan raketin identifikasiya kodu təsdiq edir ki, raket “İsgəndər-M” kompleksindən atılıb. Stop! Həqiqət anı yetişir! Açıq mənbələrdə yer alan məlumatlara əsasən Ermənistan ordusunun silahlanmasında ancaq “İsgəndər-E” kompleksləri yer alır. Mahiyyətcə, “İsgəndər-E” “İsgəndər-M” komplekslərinin ixrac və sadələşdirilmiş variantıdır. “İsgəndər-E” komplekslərinin raketlərinin uçuş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri isə 500 kilometr mənzillidir. Hərçənd amerikalı ekspertlərin mövqeyinə görə, “İsgəndər-M” komplekslərinin mənzili bilərəkdən aşağı göstərilir,  kiçik və orta mənzilli raketlərin ləğvi barədə Müqavilənin şərtləri ilə ziddiyyət yaranmasın deyə. Pentaqonun mütəxəssisləri “İsgəndər-M” raketlərinin uçuş məsafəsinin 2 min kilometrə qədər çata biləcəyini deyirlər.

Şuşada aşkarlanmış qalıqların ilkin ekspertizası raketin “İsgəndər-M” kompleksindən atıldığını təsdiq edir. Yəni Şuşaya bu komplekslərdən atəş açıblar.

Beləliklə, biz xoşagəlməyən nəticəyə gəlib çıxırıq. Belə çıxır ki, Paşinyan səmimi idi və Azərbaycan şəhərinə kiçik və orta mənzilli raket atıldığı haqda həqiqəti demişdi. Və belə çıxır ki, təkcə Şuşaya yox, Gəncəyə də bu raketlərdən atıblar. Ola bilsin başqa Azərbaycan şəhərlərinə də. Sadəcə olaraq Azərbaycan üçün xoşbəxtlikdən Sərkisyanın dövründə alınmış silahlar, əgər Paşinyana inansaq, nasaz olub. Üstəlik Azərbaycanı İsraildən aldığı “Barak-8” qabaqcıl hava hücumundan müdafiə sistemi qoruyub.

Lakin ikinci versiya da var. Hansı ki, inanmağımız gəlmir. Hər halda bu versiyaya inanmaq istəməzdik. Tutaq ki, Paşinyan yalan danışır. Və Rusiya Müdafiə Nazirliyinin və Azərbaycana dost ölkənin hərbi ekspertlərinin sözlərinə inanaq. Lakin belə olan halda başqa məntiq zəncir alınır. Əgər biz Rusiya Müdafiə Nazirliyinə inanırıqsa deməli Paşinyan yalan deyir. Lakin o zaman Şuşada tapılan raket qalıqları necə olsun?  Əgər Rusiya Müdafiə Nazirliyinin bəyanatının səmimiliyinə inansaq o zaman Ermənistan Silahlı Qüvvələrinin arsenalında “İsgəndər-M” kompleksləri olmalı deyildi. Axı Rusiya Ermənistana ixrac üçün nəzərdə tutulmayan kompleksi Ermənistana verə bilməzdi, elə deyilmi? Yəni onlarda “İsgəndər-E” kompleksləri idi. O zaman belə olan halda Azərbaycanın şəhərlərinə, Şuşaya Ermənistandan atəş açmayıblar.

Sual yaranır-bəs haradan?

virtualaz.org

12 aprel

18:02 - "Davam" Gənclər Hərəkatı ideoloji doğum gününü qeyd edib - FOTOLAR17:40 - İrəvanı verdik Ermənistana, ingilis generallar burada meydan sulayırdı”14:33 - Həbs edilən generalla bağlı tükürpədici açıqlama: - "İşgəncə verdiyi adam öldü"13:34 - "Bu işin başında da Putin durub" - "Xalqı xamlayıb, vətənpərvərlik nağılları danışırlar və..." 12:58 - Xocalı sakinləri doğma yurda qayıdır? - Qarabağdan sensasiyalı xəbər 12:15 - İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi10:58 - "Respublika" qəzetinə yeni baş redaktor təyin edildi - FOTO10:51 - Onlar yenə separatçıların yanında peyda oldu... - Qan iyinə gediblər? 09:52 - Hadı Rəcəblinin restoranında toy məclisi təşkil edilib - Saxlanılanlar var09:44 - Putin ordunu sərhəddə niyə yığır? - Alman nəşri şərh edir...09:37 - Rusiyanın ölü sükutu: "İsgəndər"in pultu kimin əlində olub?00:07 - "Ukraynanın fəaliyyəti Rusiya üçün potensial təhlükəlidir" - Peskov

11 aprel

22:12 - Azərbaycanlı səfir 250 min manata maşın aldı - FOTOLAR 22:10 - Ermənistanda rus generalın qızının meyiti tapıldı22:07 - Xankəndidə mənzillərin qiyməti ucuzlaşdı - YENİ QİYMƏTLƏR11:44 - Ərdoğan-Zelenski görüşünün nəticələri - 20 MADDƏ00:14 - Erməni məmur general Rüstəm Muradovu təhqir etdi - FOTO00:09 - Ermənilər qaçqınların Qarabağa qayıtmasının qarşısını necə alır? - Səfir şərh edir...00:06 - Türkiyə üçün çətin seçim: Rusiya, yoxsa ABŞ?00:01 - Lavrovu kimin əvəz edəcəyi bilindi - Putin komandasında nə baş verir?

10 aprel

23:06 - Azərbaycan snayperi erməni zabitini belə məhv etdi - VİDEO 21:59 - Hikmət Hacıyev yeni ailə quran cütlüyü təbrik etdi 19:02 - "Müharibə Rusiya üçün ağır nəticələrə səbəb olacaq:.." - "Ukrayna ilə Rusiya arasındakı müharibənin nəzarətdən çıxması riski var"18:26 - Almaniyada dəbdəbəli otel tikintisinə başlayıb yarımçıq qoyan azərbaycanlı kimdir? - "Bu, məni çox qəzəbləndirir"16:58 - Kim Çen In təhsil nazirini edam etdirdi 16:20 - Erməni deputat Naira Zöhrabyan: - "Mən Polad Həşimov küçəsində yaşayıram" 15:10 - "Həqiqətlərin çatdırılmasında Türkiyə mediası bizimlə birgə oldu" - Prezidentin köməkçisi 14:33 - Ukrayna ABŞ-dan 100 F-15 alsın, yoxsa Azərbaycanın taktikasından istifadə etsin?14:30 - Fuad Mayılov "fenomeni", YPX-dən günlük tələblər - BDYP-dən açıqlama verdi - YENİLƏNİB 13:47 - Neftçala ekoloji fəlakət astanasında - Xəzər dənizinin suyu Kür çayında 40 kilometr irəlilədi