"Laçın dəhlizinin Ermənistan-Azərbaycan sərhədinə baxan ağzını bağlamalıyıq" - Sülhəddin Əkbər

08 mart, 2021 00:34

Rusiya sülhməramlılarının vaxtaşırı sərgilədiyi davranışlar Azərbaycan ictimaiyyəti tərəfindən narazlıqla qarşılanır. Növbəti dəfə sülhməramlı kontingentin hərbçilərinin Laçın dəhlizindən keçən erməni qadınları 8 mart münasibətilə təbrik etməsi diqqət çəkib. Bu, erməniləri məmnun etsə də, erməni vandalizmindən çoxlu əziyyətlər çəkmiş azərbaycanlıları təbii ki, narazı salıb. Hesab olunur ki, sülhməramlılar Xankəndi şəhərində ermənilərin aksiyasına göz yummaqla, terrorçu və separatçı rejim təmsilçilərinin özbaşınalıqlarına stimul verən davranışlar sərgilməklə də səbrimizlə oynayırlar. 

Politoloq Sülhəddin Əkbər musavat.com-a açıqlamasında bildirib ki, əslində burada heç bir sülhməramlıdan söhbət getmir, bu, formal, rəsmi xarakter daşıyır: “Söhbət Rusiyanın yenidən Azərbaycana hərbi müdaxiləsindən gedir. Rusiya Qarabağ kartını, xüsusən də Ermənistana və Azərbaycana öz təsirini saxlamağa imkan verən bu kartı əldən vermək istəmir. Rusiya bu karta 1828-ci ildən bəri, artıq iki əsrdir bu qədər enerji, vəsait, “əmək” sərf edib. Ona görə də əldən verməyəcək, verməz də, gələcəkdə də bunun üçün mübarizə aparacaq. Ona görə də Azərbaycan bunu nəzərə almalıdır. Yəni bu, Rusiya üçün strateji məsələdir”.

Bəs, indiki halda Azərbaycan nə etməlidir?

S.Əkbər deyir: “Mən “küp strategiyası”nı təklif etmişəm, dəfələrlə bunu demişəm, bir də vurğulayıram. Birincisi, biz Laçın dəhlizinin Ermənistan-Azərbaycan dövlət sərhədinə baxan ağzını, 5 km-lik sərhədimizi bağlamalıyıq, nəyin bahasına olursa-olsun! Bunun anlaşmaya heç bir dəxli yoxdur, o, bizim dövlət sərhədimizdir. Rusiya daxil olmaqla, bütün dünya bizim suverenliyimizi tanıyırsa, biz orda Sərhəd Qoşunlarımızın, Dövlət Sərhəd Xidmətinin və Gömrük Xidmətinin fəaliyyətini bərpa etməliyik. Biz bunu etməsək, atılan heç bir addımın əhəmiyyəti olmayacaq. Əgər biz o qapıdan kimin girib-çıxdığını, nəyin soxulduğunu, aparıldığını görməsək, rus-erməni birliyinin nəzarətində qalan o hissəyə nəzarət edə bilməyəcəyik. Yəni bir: biz sərhədə nəzarəti bərp etməliyik, iki: Laçın dəhlizinə nəzarəti bərpa etməliyik. Bundan ötrü Laçın dəhlizinin hər iki tərəfində Türkiyə və Azərbaycanın birgə postları və nəzarəti təşkil olunmalıdır. “Küp”ün əsas hissəsi də daxil olmaqla bütün perimetri üzrə, xüsusən də Laçın dəhlizi boyu Türkiyə-Azərbaycan hərbi postları qurulmalıdır və bütün əraziyə Türkiyə-Azərbaycan birgə nəzarəti təmin edilməlidir, Rusiya-Türkiyə nəzarətindən əlavə olaraq. Üçüncü addım isə artıq biz Rusiya-erməni birliyinin nəzarətində olan əraziyə kommunikasiyaların açılmasını tələb etməliyik. Necə ola bilər ki, biz düşmən Ermənistanla dövlətlərarası kommunikasiyaları açırıq, amma ölkəmizin öz daxilində kommunikasiyalar bağlı qalır? Əgər burda barış olacaqsa, ilk növbədə bu yollar açılmalı deyilmi? Mən nəyə görə Ağdamdan Şuşaya getməməliyəm, Füzulidən getməliyəm? Rusiya bunu bilərəkdən nəyə görə qarşısını alır?”

S.Əkbər bir məqamı xüsusilə vurğulayır: “Diqqət edirsinizsə, nəyə görəsə bizim erməni vətəndaşlarla kontaktımıza imkan vermir. Nəhayət, biz ermənnilərlə, öz vətəndaşlarımızla kontaktımızı genişləndirməliyik. Təbii ki, bunu ilk növbədə təhlükəsizlik və kəşfiyyat xidməti başlamalıdır, sonra isə onların cızdığı yol xəritəsinə uyğun olaraq digər sferalar da bura cəlb olunmalıdır. Əgər ordakı erməni əsilli bizim vətəndaşlarımızla bizim sülhümüz aşağı, ictimai səviyyədə baş tutacaqsa, arada sülh yaranacaqsa, sülhməramlılara nə ehtiyac qalacaq? Yəni onların qorxusu budur ki, kontakt yaranacaq. Sadə erməni xalqı nə istəyir ki? Təhlükəsizlik, dinc-yanaşı yaşamaq istəyir. Həm girovluqdan, həm müharibədən qurtarmaq istəyir, həmçinin övladını itirmək istəmir”.

Sülhəddin Əkbər

Rusiya sülhməramlılarının təsir zonasındakı terrorçularla hesablaşmağa gəldikdə, S.Əkbər hesab edir ki, yuxarıda sadaladıqları həyata keçirdikdən sonra onlarla hesablaşmaq elə də çətin olmayacaq.

Musavat.com

12 aprel

14:33 - Həbs edilən generalla bağlı tükürpədici açıqlama: - "İşgəncə verdiyi adam öldü"13:34 - "Bu işin başında da Putin durub" - "Xalqı xamlayıb, vətənpərvərlik nağılları danışırlar və..." 12:58 - Xocalı sakinləri doğma yurda qayıdır? - Qarabağdan sensasiyalı xəbər 12:15 - İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi10:58 - "Respublika" qəzetinə yeni baş redaktor təyin edildi - FOTO10:51 - Onlar yenə separatçıların yanında peyda oldu... - Qan iyinə gediblər? 09:52 - Hadı Rəcəblinin restoranında toy məclisi təşkil edilib - Saxlanılanlar var09:44 - Putin ordunu sərhəddə niyə yığır? - Alman nəşri şərh edir...09:37 - Rusiyanın ölü sükutu: "İsgəndər"in pultu kimin əlində olub?00:07 - "Ukraynanın fəaliyyəti Rusiya üçün potensial təhlükəlidir" - Peskov

11 aprel

22:12 - Azərbaycanlı səfir 250 min manata maşın aldı - FOTOLAR 22:10 - Ermənistanda rus generalın qızının meyiti tapıldı22:07 - Xankəndidə mənzillərin qiyməti ucuzlaşdı - YENİ QİYMƏTLƏR11:44 - Ərdoğan-Zelenski görüşünün nəticələri - 20 MADDƏ00:14 - Erməni məmur general Rüstəm Muradovu təhqir etdi - FOTO00:09 - Ermənilər qaçqınların Qarabağa qayıtmasının qarşısını necə alır? - Səfir şərh edir...00:06 - Türkiyə üçün çətin seçim: Rusiya, yoxsa ABŞ?00:01 - Lavrovu kimin əvəz edəcəyi bilindi - Putin komandasında nə baş verir?

10 aprel

23:06 - Azərbaycan snayperi erməni zabitini belə məhv etdi - VİDEO 21:59 - Hikmət Hacıyev yeni ailə quran cütlüyü təbrik etdi 19:02 - "Müharibə Rusiya üçün ağır nəticələrə səbəb olacaq:.." - "Ukrayna ilə Rusiya arasındakı müharibənin nəzarətdən çıxması riski var"18:26 - Almaniyada dəbdəbəli otel tikintisinə başlayıb yarımçıq qoyan azərbaycanlı kimdir? - "Bu, məni çox qəzəbləndirir"16:58 - Kim Çen In təhsil nazirini edam etdirdi 16:20 - Erməni deputat Naira Zöhrabyan: - "Mən Polad Həşimov küçəsində yaşayıram" 15:10 - "Həqiqətlərin çatdırılmasında Türkiyə mediası bizimlə birgə oldu" - Prezidentin köməkçisi 14:33 - Ukrayna ABŞ-dan 100 F-15 alsın, yoxsa Azərbaycanın taktikasından istifadə etsin?14:30 - Fuad Mayılov "fenomeni", YPX-dən günlük tələblər - BDYP-dən açıqlama verdi - YENİLƏNİB 13:47 - Neftçala ekoloji fəlakət astanasında - Xəzər dənizinin suyu Kür çayında 40 kilometr irəlilədi13:26 - Rusiya-Türkiyə münasibətlərinin Qərbə təsirləri - "Qarabağ münaqişəsində onlar fərqli tərəflərə dəstək olsalar da..."13:19 - Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələdi - FOTOLAR