YAP-ın qurultayı: Kimlər gedəcək, kimlər gələcək? - TƏHLİL

04 mart, 2021 14:24

Mart ayının 5-də (sabah) Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı keçiriləcək. Heç şübhəsiz, YAP-ın bu dəfəki qurultayı ölkə əhəmiyyətli ciddi hadisələrlə yadda qalacaq. Ölkədə bütün sahələrdə aparılan dəyişikliklər YAP-dan yan keçə bilməzdi və 28 ilin iqtidar partiyasının “köhnə şinel”dən xilas olması çoxdan tarixi zərurətə çevrilib. Hakimiyyətin siyasi elitası dəyişməli, partiyanın güzgüsü rolunda çıxış edən “vitrin” yenilənməlidir. Məsələ bundadır ki, hakim partiyanın qurultayının keçiriləcəyi ilə bağlı rəsmi açıqlama verilmir, partiyanın sözçüləri bu barədəki suallardan yayınırlar, amma martın 5-də bu qurultayın baş tutacağı ilə bağlı təkzibolunmaz faktlar var.

Əldə etdiyim məlumata görə, YAP-ın İcra katibi Əli Əhmədov artıq iş otağını boşaldıb. Son iki gün ərzində bir neçə kiçik partiya isə tələm-tələsik iclaslar keçirərək YAP-a birləşmək barədə qərarlar qəbul edib və bu partiyaların sədrlərinin də qurultay iştirakçısı olacaqları bəlli məsələlər siyahısındadır.

YAP-ın qurultayının keçiriləcəyi ilə bağlı məlumatların son dərəcə gizli saxlanılması partiyanı tərk edəcək şəxslərin kimliyi ilə bağlı yox, daha çox partiyanın rəhbərliyinə gələcək şəxslərlə bağlıdır.

YAP-ın 4 sədr müavinlərindən Akif Əlizadə və Əli Əhmədovun bu postdan uzaqlaşdırılacağı ilə bağlı heç bir şübhə yoxdur. O zaman bu şəxslərin yerinə kimlər təyin oluna bilər?

Hakim partiyada sədr müavini postunun ağırlığını nəzərə alsaq, deyə bilərəm ki: bu posta hazırda yeni komandanın üzvü olan, arxa planda qalmaqla dövlət idarəçiliyində ciddi, həlledici gücə sahib olan, mühüm vəzifələrə yeni və uğurlu kadrların təyin olunmasında əhəmiyyətli mövqeyə malik, Azərbaycanda yeni ictimai-siyasi münasibətlər sisteminin yaradılmasında mühüm fiqura çevrilən, mürəkkəb proseslərin əsas yaradıcısı olan şəxs təyin ediləcək. Əgər analiz etsək, yeni komandada bütün bu müsbət keyfiyyətləri özündə birləşdirən cəmi bir nəfərin adını çəkmək olar. Qurultay öncəsi cəmiyyətdəki mövcud situasiyanı nəzərə alaraq, həmin şəxsin adını çəkmək doğru olmazdı.

Digər tərəfdən, Prezident Administrasiyasında mühüm postlar tutan şəxslərin də YAP-ın İdarə Heyətində və Siyasi Şurasında təmsil olunacağı şühbə doğurmur.

Partiyanın rəhbərliyindən uzaqlaşdırılacaq şəxslərin kimliyi bəllidir. YAP-ın İdarə heyətində 20 nəfər təmsil olunur. Bu şəxslərdən azı 10 nəfər partiyanın idarə Heyətindən kənarlaşdırılacaq. Bu şəxslərlə təkcə yaşlı olduqlarına görə deyil, digər mühüm səbəblərə görə də vidalaşmalı olacaqlar. İdarə Heyətindən bu üzvlər kənarda saxlanılacaq:

Kərim Kərimov (85 yaş) , Nizami Xudiyev (71 yaş), Abel Məhərrəmov (71 yaş), Akif Əlizadə (87 yaş), Arif Rəhimzadə (80 yaş), Əli Əhmədov 68 yaş), Yusif Hümbətov (70 yaş), Nurlana Əliyeva (74 yaş), Vaqif Əliyev (67 yaş) və Hacıbala Abutalıbov (76 yaş).

Hakim partiyanın İdarə Heyətinin bütün üzvlərinin yaşı 65-dən çoxdur. Bu şəxslərin növbəti mərhələdə Azərbaycan üçün hansı dərəcədə faydalı ola biləcəkləri ciddi suallar yaradır. Eləcə də, zaman-zaman cəmiyyətdə xüsusi qınaq obyektinə çevrilən bu adamların bundan sonra da YAP-dakı movcudluğu cəmiyyətdə hakim partiyaya qarşı dərin inamsızlıq yarada bilər. Partiya gəncləşməli, uzaq hədəflərə hazırlıqlar aparılmalı, köhnə, primitiv və ənənəvi siyasi “taktika” və “üsullar” tarixin arxivinə göndərilməlidir.

Çox güman ki, Mixail Zabelin YAP-ın İdarə Heyətinin üzvü kimi qalacaq. Mübariz Qurbanlı isə İdarə Heyətində qalmaq üçün hazırda bütün əlaqələrini işə salıb. 72 yaşlı Əli Həsənovun partiyanın sədr müavini postundan və İdarə Heyətindən uzaqlaşdırılacağı sual altındadır. Bir müddət öncə Ə.Həsənov üçün YAP-ın mərkəzi ofisinin 6-cı mərtəbəsində təm-təraqlı otaq düzəldilib, partiyanın gənclər birliyinə sosial şəbəkələrdə onun təbliğatı ilə bağlı işlərin görülməsi də tapşırılmışdı. Həmçinin, bütün “qoca”ların partiyadan uzaqlaşdırılacağı inandırıcı görünmür. Əgər E.İbrahimov hakim partiyanın İdarə Heyətindən uzaqlaşdırılsa, Siyasi Şurada təmsil oluna bilər.

Məsələ bundadır ki, partiyanın İdarə Heyətində təmsil olunan şəxslərin bəziləri həm də Siyasi Şuranın üzvləridirlər. Məsələn, H.Abutalıbov, Ə.Əhmədov, N.Əliyeva, A.Əlizadə, Ə.Həsənov, Y.Hümbətov, Nizami Xudiyev, K.Kərimov, A.Rəhimzadə, M.Zabelin. Siyasi Şuranın isə 84 üzvü var. Bu şəxslərin bəziləri partiyada ya hər iki mövqeyini itirəcək, ya da birini.

Prezidentin köməkçilərinin və PA rəhbərinin də YAP-ın İdarə Heyəti və Siyasi Şurasında təmsil olunacağı da görünür. Bu, belə olmalıdır və olacaq. Ölkədə bütün sahələrdə yeni komanda formalaşdırılıb, yalnız YAP-ın strukturlarında yeni komandanın üzvləri təmsil olunmurlar. Halbuki yeni komandanın üzvlərindən xeyli sayda şəxs YAP-ın siyahısı əsasında deputat seçiliblər. Deməli, YAP-ın siyahısı ilə deputat seçilən yeni komandanın üzvləri də partiyanın strukturlarına cəlb ediləcəklər.

YAP-ın qurultayının keçirilməsində əsas məqsədlərdən biri partiyanın rəhbərliyində dəyişiklər həyata keçirməkdir, ilkin mərhələdə İdarə Heyəti və Siyasi Şura ilə tam tərkibdə vidalaşmaq mümkün görünmür. Söhbət 20 nəfərlik İdarə Heyətindən və 84 nəfərlik Siyasi Şuradan gedir. Partiyanın rəhbərliyindəki dəyişikliklərdən sonra isə İcra katibliyi, Qadınlar Şurasında da islahatlar həyata keçiriləcək. Yeni rəhbərlik formalaşandan sonra YAP-ın strukturlarında, partiyanın rayon təşkilatlarında islahatlara start veriləcək.

Partiyanın İcra katibinin müavini vəzifəsinə isə debatlara, siyasi diskussiyalara hazır şəxslərin təyin olunacağını demək olar. Məsələn, partiyadan qovulan Siyavuş Novruzovun postu “açıq” post hesab olunur. Bu posta təyin olunan şəxs mediaya və cəmiyyətə açıq olmalıdır. Maraqlıdır ki, sabiq deputat Çingiz Qənizadə bir müddət əvvəl YAP-a üzv oldu. Bu təsadüfdürmü? Eyni zamanda, o, 2017-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib. Bundan başqa Ç.Qənizadə həm müxalifət düşərgəsinə bələddir, həm də müstəqil deputat kimi uzun müddət hakimiyyətdə ciddi əlaqələrə sahiblənib.

Ən vacib məqamlardan biri YAP-ın Gənclər Birliyinə kimin sədr seçiləcəyidir. Qeyd edim ki, hakim partiyanın gənclər birliyinə Seymur Orucov rəhbərlik edirdi. O, 2020-ci il mayın 21-də Ağstafaya icra başçısı təyin olundu və partiyada bu vəzifə bu günə qədər boş saxlanılıb.  Görünür, bu günə qədər də boş saxlanılması təsadüf deyilmiş. YAP-ın Gənclər Birliyinə sədr seçilmək üçün üç ən şanslı şəxsin adı müzakirə olunub. Ancaq bu şəxslərdən birinin təyin ediləcəyi ilə bağlı analizlərin özü də gözlənilməz olduğuna görə adını hallandırmaq doğru olmazdı. Əlbəttə, Gənclər Birliyinin yeni sədri növbəti dəfə parlamentdə deputat mandatı da qazanmış olacaq.

Vacib məqamlardan biri də Baş nazirin müavinləri ilə bağlıdır. Məsələn, Şahin Mustafayev ən azı Siyasi Şurada təmsil olunacaq. Eyni zamanda, ölkənin iqtisadi-sosial qurumlarına rəhbərlik edən şəxslərin, nazirlərin də partiyanın üst qurumlarında təmsil olunacağı güzgü kimi aydın görünür. YAP-ın siyahısı əsasında parlamentə düşən şəxslərin əlaqələrini təhlil etsək, görərik ki, bu şəxslər də partiyaya gətiriləcək.

Partiyanın qurultayının sədri Prezident İlham Əliyev olacaq. Hesab edirəm ki, qurultayda qəbul edilən qərarlar ölkədə yaxın gələcəkdə referendum və növbədənkənar parlament seçkilərinin keçirilməsini də labüd edə bilər.

Son olaraq qeyd etmək lazımdır ki, YAP xeyli müddətdir reanimasyon durumdadır, partiyanın ictimai-siyasi proseslərə təsir imkanları sıfırlanıb. Ölkədə və regionda baş verən son hadisələr göstərdi ki, YAP-ın fəaliyyəti Prezident İlham Əliyevin yenilikçi, tarixi və çevik qərarlarına, fəaliyytətinə qətiyyən adekvat deyil. “Köhnə komanda” üzvlərinin ölkədəki kadr dəyişiklikləri ilə bağlı müqavimət hissinə malik olması həm də onların hakim partiyadakı mövcud mövqeyi ilə bağlıdır. Ölkəni xilas etmək üçün köhnə “kolon”ların üzvlərini sığındıqları son qaladan da təmizləmək lazımdır. 

HAŞİYƏ: Son bir il ərzində Azərbaycanda gözlənilməz və sürətli qərarların qəbulu yaxın gələcəkdə ölkədə hansısa mühüm hadisənin baş verəcəyini göstərir. Sanki atılan bütün addımlar həmin prosesə yönəlib. Görünür, nəsə baş verir. Hələlik isə bu barədə danışmaq tezdir. 

Samir FEYRUZOV, Azsiyasət.com

12 aprel

14:33 - Həbs edilən generalla bağlı tükürpədici açıqlama: - "İşgəncə verdiyi adam öldü"13:34 - "Bu işin başında da Putin durub" - "Xalqı xamlayıb, vətənpərvərlik nağılları danışırlar və..." 12:58 - Xocalı sakinləri doğma yurda qayıdır? - Qarabağdan sensasiyalı xəbər 12:15 - İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi10:58 - "Respublika" qəzetinə yeni baş redaktor təyin edildi - FOTO10:51 - Onlar yenə separatçıların yanında peyda oldu... - Qan iyinə gediblər? 09:52 - Hadı Rəcəblinin restoranında toy məclisi təşkil edilib - Saxlanılanlar var09:44 - Putin ordunu sərhəddə niyə yığır? - Alman nəşri şərh edir...09:37 - Rusiyanın ölü sükutu: "İsgəndər"in pultu kimin əlində olub?00:07 - "Ukraynanın fəaliyyəti Rusiya üçün potensial təhlükəlidir" - Peskov

11 aprel

22:12 - Azərbaycanlı səfir 250 min manata maşın aldı - FOTOLAR 22:10 - Ermənistanda rus generalın qızının meyiti tapıldı22:07 - Xankəndidə mənzillərin qiyməti ucuzlaşdı - YENİ QİYMƏTLƏR11:44 - Ərdoğan-Zelenski görüşünün nəticələri - 20 MADDƏ00:14 - Erməni məmur general Rüstəm Muradovu təhqir etdi - FOTO00:09 - Ermənilər qaçqınların Qarabağa qayıtmasının qarşısını necə alır? - Səfir şərh edir...00:06 - Türkiyə üçün çətin seçim: Rusiya, yoxsa ABŞ?00:01 - Lavrovu kimin əvəz edəcəyi bilindi - Putin komandasında nə baş verir?

10 aprel

23:06 - Azərbaycan snayperi erməni zabitini belə məhv etdi - VİDEO 21:59 - Hikmət Hacıyev yeni ailə quran cütlüyü təbrik etdi 19:02 - "Müharibə Rusiya üçün ağır nəticələrə səbəb olacaq:.." - "Ukrayna ilə Rusiya arasındakı müharibənin nəzarətdən çıxması riski var"18:26 - Almaniyada dəbdəbəli otel tikintisinə başlayıb yarımçıq qoyan azərbaycanlı kimdir? - "Bu, məni çox qəzəbləndirir"16:58 - Kim Çen In təhsil nazirini edam etdirdi 16:20 - Erməni deputat Naira Zöhrabyan: - "Mən Polad Həşimov küçəsində yaşayıram" 15:10 - "Həqiqətlərin çatdırılmasında Türkiyə mediası bizimlə birgə oldu" - Prezidentin köməkçisi 14:33 - Ukrayna ABŞ-dan 100 F-15 alsın, yoxsa Azərbaycanın taktikasından istifadə etsin?14:30 - Fuad Mayılov "fenomeni", YPX-dən günlük tələblər - BDYP-dən açıqlama verdi - YENİLƏNİB 13:47 - Neftçala ekoloji fəlakət astanasında - Xəzər dənizinin suyu Kür çayında 40 kilometr irəlilədi13:26 - Rusiya-Türkiyə münasibətlərinin Qərbə təsirləri - "Qarabağ münaqişəsində onlar fərqli tərəflərə dəstək olsalar da..."13:19 - Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələdi - FOTOLAR