"Nəcməddin Sadıkovun sabah hansı qiyafədə peyda olacağı bəlli deyil" - Sabiq nazir müavini

27 fevral, 2021 21:22

Ermənistanın Ordusunun Baş Qərargah rəisi hərbi çevrilişə cəhd etdi. Hələ ki, baş nazir Nikol Paşinyan bu cəhdin qarşısında dura bilsə də sonun necə olacağı aydın deyil. Hərbi çevriliş cəhdini edən baş qərargah rəisi Onik Qasparyanın birbaşa Rusiya hərbi əks-kəşfiyyatının adamı olduğu onun karyera tərcümeyi-halından da görünür.

Paşinyanı istefaya səsləyən baş qərargah rəisi Onik Qasparyan 1988-1990-cı illərdə SSRİ ordusunda xidmət edib. Qasparyan SSRİ dağıldıqdan sonra təhsilini Rusiya Müdafiə Nazirliyinin zabit kurslarında davam etdirib. Qasparyan 1998-2001-ci illərdə daha 3 il Rusiya silahlı qüvvələrinin akademiyasında təhsil alıb. Qasparyan 2008-ci ildə yenidən Rusiya silahlı qüvvələrinin hərbi akademiyasında bir il təhsil alıb. Bundan sonra Qasparyan Ermənistan ordusunda müxtəlif vəzifələrdə çalışıb. Baş nazir Nikol Paşinyan Rusiyanın adamını məhz Moskvanın istəyi ilə 8 iyun 2020-ci ildə Baş Qərargahın rəisi təyin edib. Yəni Onik Qasparyan hərbə dair nə öyrənibsə Rusiyaya borcludur. Ekspertlər isə bildirir ki, Rusiya hərbisi heç zaman xarici ölkələrdəki müdavimləri ilə əlaqəni kəsmir.

İndi isə Qasparyan Nikol Paşinyana asi çıxıb və ya asi çıxarılıb. Onun bu işi Rusiyanın gizli tapşırığı ilə etdiyi iddiaları var. Azərbaycanın da bir neçə ay öncəyə qədər Baş Qərargah rəisi olan Nəcməddin Sadıqovun da Rusiyaya bağlı olduğu kimsəyə sirr deyildi. Bəs o və digər Rusiyaya bağlı olduğu deyilən generallar vəzifədən getsələr də orduda təsir imkanları qalırmı? Dövlətimiz Ermənistanda başlayan proseslərə həm də bu kontekstdən baxırmı, baxmalıdırmı? Rusiyaya bağlı qüvvələr - həm orduda, həm mülki vəzifələrdə - fəallaşa, problem yarada bilərmi?

Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda baş verən çevriliş cəhdi Azərbaycan dövləti, xalqı, hakimiyyəti üçün də hər mənada dərs çıxarılmalı hadisələrdir: “Bu, bir daha göstərdi ki, çox böyük təmizlənmələrə gedilməlidir. Biz neçə illərdir deyirik ki, Azərbaycanda Rusiyanın ”5-ci kolon"u var və hakimiyyətdə çox güclü mövqelərə sahibləniblər və bu, Azərbaycan üçün böyük təhlükə mənbəyidir, ona görə də çox böyük təmizlənmə aparılmalıdır. Böyük təmizlənmə deyəndə biz nəyi nəzərdə tuturuq? Yəni Azərbaycan sistemli, ardıcıl mərhələli metodik şəkildə dövlət və hökumət strukturlarını bu “5-ci kolon”dan təmizləməlidir. Belə olmayan halda təbii ki, bu qüvvələr daxilimizdə qaldıqca təhlükə də daxilimizdə hər zaman qalacaq.

Çox təəssüf ki, Azərbaycanda bu addımların atılması yubandı. Düzdür, müharibə ərəfəsində və müharibənin gedişində təmziləmə istiqamətində bəzi addımlar atıldı. Ramiz Mehdiyevin Prezident Administrasiyasından çıxarılması, Nəcməddin Sadıkovun Baş Qərargahdan uzaqlaşdırılması müsbət addımlar idi. Amma görün necə atıldı bu addımlar, Ramiz Mehdiyev bu gün də problem olaraq alır, Nəcməddin Sadıkovun harada olması haqqında isə Azərbaycan ictimaiyyətinin heç bir məlumatı yoxdur. Bu şəxslərdən birinin dövlət idarəetmə sistemində rayonlardan mərkəzə qədər adamları, uzantıları hələ də qalır, birinin isə silahlı qüvvələrdə, orduda yerləşdirdiyi çoxsaylı kadrlar qalır. Ona görə də Azərbaycan hakimiyyəti böyük təmizləməni mütləq aparmalıdır. Ermənistanda məhz baş qərargah rəisinin və az qala ordunun bütün rəhbərliyinin hərbi çevriliş cəhdini Azərbaycan hakimiyyəti də böyük təmizləmə aparmaq üçün siqnal kimi qəbul etməli və təcili hərəkətə keçməlidir.

Böyük təmizləmənin gecikməsindən bizim narahatçılığımız davam edir. Azərbaycanın vətənini sevən, milli maraqlardan çıxış eləyən bütün müxalifət müharibədə olduğu kimi bu məsələdə də dövləti, dövlət başçısını müdafiə eləməyə hazırdır. Təki bu böyük təmizlənmə başlasın. Özü də düşünməyin ki, “5-ci kolon” təkcə ordudadır, bu, Prezident Administrasiyasından tutmuş, bütün hüquq-mühafizə orqanları, təhsil sisteminə, dini sisteminə qədər yerləşdirilib. Bunu az-çox bilənlərdən biri də mənəm. Yerləşdirilən həmin şəbəkənin nə qədər güclü olduğu haqqında sizin təsəvvürünüz belə yoxdur".

S.Əkbər qeyd etdi ki, Azərbaycanda bu, bir milli problemdir, milli məsələdir. Bu məsələdə milli birliyə ehtiyac var: “Bu da əslində müharibənin davamıdır. Buna belə baxmaq lazımdır. Bu, əslində, 44 günlük müharibədən də çətin bir müharibə olacaq. Çünki bunun görünməyən tərəfləri çoxdur və uzun müddət tələb edir. Ermənistan hakimiyyəti çəkinirdi böyük təmizlənmə işi aparmaqdan. Gördünüz nələr baş verdi və baş verməkdədir. Azərbaycanda dediyim kimi, müharibə ərəfəsində və müharibənin gedişində təmizlənmə istiqamətində bəzi addımlar atılıb. Amma bunlar təhlükənin aradan qalxması üçün yetərli deyil. Bu problem Azərbaycanda qalır. Azərbaycan elə bil gizli düşməni yaralayıb. Yaralı düşmən daha təhülkəlidir. Heç kim düşünməsin ki, bu problem tam həll olunub. Tam tərsinə, problem daha da aktuallaşıb və daha da təhlükəli hala gəlib. Sabah məsələn, Nəcməddin Sadıkovun haradan hansı qiyafədə peyda olub-olmayacağı bəlli deyil. Ramiz Mehdiyevin sabah hansı prosesə start verib-verməyəcəyi də həmçinin. Bu adamlar və bütün uzantıları tamamailə neytrallaşdırılmalıdırlar, tam təsirsiz hala gətirilməlidirlər. Ona görə də Azərbaycanda illüstrasiya haqqında qanun qəbul olunmalıdır və məsələnin qanunvericilik bazası yaradılmalıdır, bu baza əsasında da normativ sənədlər hazırlanmalı və bunun ardınca bütün hakimiyyət və hökumət strukturlarına fəaliyyət planı getməlidir. Bundan sonra isə sistemli böyük təmizlənmə başlanmalıdır. Bunun üçün də bütün millətlə dövlət səfərbər olmalıdır”.

Musavat.com

12 aprel

14:33 - Həbs edilən generalla bağlı tükürpədici açıqlama: - "İşgəncə verdiyi adam öldü"13:34 - "Bu işin başında da Putin durub" - "Xalqı xamlayıb, vətənpərvərlik nağılları danışırlar və..." 12:58 - Xocalı sakinləri doğma yurda qayıdır? - Qarabağdan sensasiyalı xəbər 12:15 - İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi10:58 - "Respublika" qəzetinə yeni baş redaktor təyin edildi - FOTO10:51 - Onlar yenə separatçıların yanında peyda oldu... - Qan iyinə gediblər? 09:52 - Hadı Rəcəblinin restoranında toy məclisi təşkil edilib - Saxlanılanlar var09:44 - Putin ordunu sərhəddə niyə yığır? - Alman nəşri şərh edir...09:37 - Rusiyanın ölü sükutu: "İsgəndər"in pultu kimin əlində olub?00:07 - "Ukraynanın fəaliyyəti Rusiya üçün potensial təhlükəlidir" - Peskov

11 aprel

22:12 - Azərbaycanlı səfir 250 min manata maşın aldı - FOTOLAR 22:10 - Ermənistanda rus generalın qızının meyiti tapıldı22:07 - Xankəndidə mənzillərin qiyməti ucuzlaşdı - YENİ QİYMƏTLƏR11:44 - Ərdoğan-Zelenski görüşünün nəticələri - 20 MADDƏ00:14 - Erməni məmur general Rüstəm Muradovu təhqir etdi - FOTO00:09 - Ermənilər qaçqınların Qarabağa qayıtmasının qarşısını necə alır? - Səfir şərh edir...00:06 - Türkiyə üçün çətin seçim: Rusiya, yoxsa ABŞ?00:01 - Lavrovu kimin əvəz edəcəyi bilindi - Putin komandasında nə baş verir?

10 aprel

23:06 - Azərbaycan snayperi erməni zabitini belə məhv etdi - VİDEO 21:59 - Hikmət Hacıyev yeni ailə quran cütlüyü təbrik etdi 19:02 - "Müharibə Rusiya üçün ağır nəticələrə səbəb olacaq:.." - "Ukrayna ilə Rusiya arasındakı müharibənin nəzarətdən çıxması riski var"18:26 - Almaniyada dəbdəbəli otel tikintisinə başlayıb yarımçıq qoyan azərbaycanlı kimdir? - "Bu, məni çox qəzəbləndirir"16:58 - Kim Çen In təhsil nazirini edam etdirdi 16:20 - Erməni deputat Naira Zöhrabyan: - "Mən Polad Həşimov küçəsində yaşayıram" 15:10 - "Həqiqətlərin çatdırılmasında Türkiyə mediası bizimlə birgə oldu" - Prezidentin köməkçisi 14:33 - Ukrayna ABŞ-dan 100 F-15 alsın, yoxsa Azərbaycanın taktikasından istifadə etsin?14:30 - Fuad Mayılov "fenomeni", YPX-dən günlük tələblər - BDYP-dən açıqlama verdi - YENİLƏNİB 13:47 - Neftçala ekoloji fəlakət astanasında - Xəzər dənizinin suyu Kür çayında 40 kilometr irəlilədi13:26 - Rusiya-Türkiyə münasibətlərinin Qərbə təsirləri - "Qarabağ münaqişəsində onlar fərqli tərəflərə dəstək olsalar da..."13:19 - Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələdi - FOTOLAR