Beyrutu viran qoyan "bomba" “Hizbullah”ın anbarında olub

09 avqust, 2020 18:51

Bir neçə gün əvvəl Beyrut limanında baş vermiş və Livan paytaxtını viran qoymuş partlayışın arxasında “Hizbullah”ın dayandığına dair yeni versiyalar irəli sürülür. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Livanın keçmiş ədliyyə naziri Aştaf Rifi Beyrut limanında tonlarla  ammonium nitrat kübrəsinin saxlanıldığı anbarın “Hizbullah”a məxsus olduğunu açıqlayıb.

“Anbar “Hizbuullah”a məxsus olub, həmin təşkilat limanın bütün perimetri boyu təhlükəsizliyi təmin edib”,-Rifi bildirib.

İsrail ordusunun keçmiş Baş qərargah rəisi və keçmiş müdafiə naziri Moşe Yalon isə deyib ki, fəlakətin səbəbi “Hizbullah”ın Beyrut limanındakı silah anbarında baş vermiş partlayışdır. “Limana “Hizbullah” nəzarət edir, heç nə onun icazəsi olmadan baş vermir”,-o bildirib.

Altı il əvvəl göyərtəsində daşıdığı ammonim nitrat kübrəsinin müsadirə olunduğu “Rhosus” gəmisinin keçmiş kapitanı Boris Prokoşev də kübrənin öz-özünə partlamadığını deyir. “Hansısa xarici səbəb olub, ola bilsin qığılcım düşüb, ola bilsin yanğın olub, partlayıcı qurğu işə düşüb. Hansısa xarici detonator olub. Kübrə hermetik kisələrdə idi, ora hava keçməsi mümkün deyildi. Hər kisə bir ton idi, cəmi 2750 kisə vardı”,-keçmiş  kapitan bildirib.

“Rhosus” quru yük gəmisi Gürcüstanın Batumi limanından Mozambik sahillərinə 2013-cü ildə yola düşüb. Yolda kapitan Beyrut limanına daxil olmaq qərarı verib, amma limanda yerli hakimiyyət gəmini yoxlayıb və ona həbs qoyub. Daha sonra kübrə yükünü müsadirə edib. Gəmi saxlanılandan sonra dənizçilərin bir hissəsi evlərinə qayıda bilib, amma kapitan, baş mexanik, üçüncü mexanik və bosman gəmidə qalıblar.

Prokoşev deyib ki, Liman hakimiyyəti qalan dənizçilərə limanı və ölkəni tərk etməyə icazə verirdi, əvəzində onlardan “gəmiyə pulsuz baxmağı” istəmişdi. Nəticədə dənizçilər gəmidə yaşayıblar, onlara ərzağı və zəruri malları gəmi sahibi tərəfindən tutulmuş livanlı agent çatdırıb. Gəminin sahibi isə hazırda Kiprdə yaşayan rusiyalı İqor Qreçuşkindir. Keçmiş kapitan deyir ki, həmin şəxs gəmini atıb, amma onu məcbur ediblər ki, heyət üzvlərini təmin etsin. Dənizçilər gəmini bir il sonra tərk edə biliblər, kübrəni isə boşaldıb anbara yığıblar. Gəmi isə 2018-ci ildə Beyrut limanında batıb.

Xatırladaq ki, Beyrutda az qala nüvə bombası gücündə partlayış yüzlərlə adamın həlak olmasına, şəhərin xarabalığa çevrilməsinə səbəb olub. Partlayışdan sonra livanlılar küçələrə çıxıblar və məmurların məsuliyyətə cəlb edilməsini tələb edirlər.

(virtualaz.org)

29 iyun

01:46 - "Ukraynaya görə Rusiya ilə döyüşməyəcəyik" - Boris Conson01:16 - İraqda İsraillə münasibətlərin normallaşdırılmasını istəmək cinayət hesab olunacaq01:12 - Ermənistanda fəhlələr aclığa başladı01:09 - Əli Xameneinin müşavirindən Azərbaycana qarşı ittihamlar01:06 - Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına niyə razılıq verdi?

28 iyun

17:34 - Rusiyadan NATO sammitinə "sürpriz" - FOTO 17:27 - Putin Xersonun müdafiəsində nüvə silahından istifadəni nəzərdə tutub? 17:23 - "Rusiya ilə danışıqlar yolunun tapılması tərəfdarıyam" - Henri Kissincer12:27 - "Seyid cəddinə arxayın olan kimi, biz də neft və qaz gəlirlərinə arxayın olmamalıyıq" - Siyavuş Novruzov12:08 - Azərbaycanda böyük bir mafiya var: Turizmin inkişafına imkan vermirlər - Millət vəkili11:20 - Laçından ermənilər köçürülür?11:18 - Ermənistanı Qarabağa dair tələbləri yumşaltmağa kim çağırıb? - Paşinyan açıqladı11:15 - "Rusiya ordusu axıra qədər vuruşmağa məcburdur" - Budanov00:13 - Rusiya ticarət mərkəzini haradan və necə vurub?

27 iyun

22:37 - İsveç terrorçular üçün təhlükəsiz sığınacaq olmayacaq22:35 - İlham Əliyev Putinlə nə vaxt görüşəcək?22:30 - Rusiya bu ölkənin 8 diplomatını geri göndərir18:40 - Vüsal Novruzov niyə həbs edilmir?18:14 - Müharibənin 124-cü günü - Rusiya Ukraynanın itkilərini açıqladı18:11 - Çapay Sadıqlı nə üstündə öldürülüb  - AXCP fəalının qətlinin təfərrüatı18:09 - Səfirimiz İran XİN-ə getdi14:03 - "Xəzər beşliyi" fəaliyyətini necə davam etdirəcək?12:42 - İlham Əliyev Ermənistana   xəbərdarlıq etdi11:47 - Nazirlər Bakı Bəyannaməsi imzaladılar - FOTOLAR11:09 - Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq10:04 - İbrahim Kalından Qarabağ açıqlaması - "Amerikalılarla qarşı-qarşıya gəldik"10:02 - Putinin nüvə çamadanı necə işləyir?09:57 - Azərbaycanda təyyarə biletinin qiyməti artmaqda davam edir09:54 - "Rusiya son bir əsrdə ilk defolt elan edib" - "Bloomberg"

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb