Minsk qrupunun sabiq amerikalı həmsədrindən sensasion təklif

05 avqust, 2020 14:48

ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağın BMT-nin protektoratı altına verilməsi barədə sensasion təkliflə çıxış edib.

O, bu təklifi "Amerikanın Səsi"nə müsahibəsində səsləndirib.

Riçard Hoqland sərhədin Tovuz istiqamətində son döyüşlərlə bağlı suala cavabında bildirib ki, bu hadisə təsadüfən baş verməyib, lakin toqquşmanın motivləri heç kimə məlum deyil.

"Hər hansı bir tərəf təsadüfən atəş açanda dərhal tərəflər arasında əlaqə yaranır və insidentin təsadüfi olduğu müşahidə edilir. Ancaq bu dəfə belə bir şey olmadı",-o deyib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti məhduddur və bu fəaliyyət münaqişə tərəflərinin həll etdiyi tədbirləri həyata keçirə bilər. Amerikalı diplomat əmindir ki, Minsk qrupu regional qüvvələrin tam dəstəyi olmadan münaqişəni həll edə bilməz.

"Təəssüf ki, münaqişə tərəflər "biz kompromis axtarmağa hazırıq" deyə bəyan etməyə hazır olana qədər davam edəcək. Münaqişənin ən mənfi acısını adi vətəndaşlar hiss edəcəklər", - deyə o bildirib.

Hoqland həm də sensasion təkliflə çıxış edib və bildirib ki, bu məsələni BMT-nin protektoratı altına vermək lazımdır.

"Münaqişənin yeganə həll variantı Dağlıq Qarabağ münaqişəsinin BMT-nin protektoratı altında qeyri-müəyyən vaxta ötürülməsidir. Ola bilsin ki, bir neçə ildən, ehtiraslar bir qədər səngiyəndən sonra hər iki tərəfdən insanlar "biz BMT-nin rəhbərliyi altında belə bir gələcək istəyirik" deyəcəklər. Bu, mənim şəxsi fikrimdir və mən bu fikrə həmsədr olduqdan sonra gəlmişəm", - deyə Hoqland vurğulayıb.

Onun sözlərinə görə, bütün dünyada icmalar və diasporlar bəzən hökumətlərinə nisbətən daha sərt mövqelərdən çıxış edirlər. O bildirib ki, Los-Ancelesdə, Moskvada və digər şəhərlərdə Azərbaycan və erməni diasporunun üzvləri arasında toqquşmalar bunu sübut edir.

"Bütün bunlar müəyyən mənada münaqişəni beynəlxalq problemə çevirib", - deyə Riçard Hoqland bildirib.

Xatırladaq ki, iyulun 12-də Ermənistan tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatı nəticəsində döyüşlər başlanmış və bu döyüşlər zamanı hər iki tərəf itki vermişdi.

ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 13-də Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminin pozulması ilə bağlı bəyanat veriblər. Onlar bəyanatda tərəfləri danışıqları mümkün qədər tez bərpa etməyə çağırıblar.

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?