Mədəniyyət Nazirliyində "Köhnə hamam, köhnə tas" problemi... - Yeni Nazirdən gözləntilər böyükdür

27 yanvar, 2021 13:17

Ötən ilin may ayında Mədəniyyət Nazirliyində səs-küylü əməliyyat tədbirləri həyata keçirildi. Nəticədə nazir müavini və nazirliyin tabeliyində olan xidmətin rəisi həbs edildi. Həbs edilən şəxslər cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran coxsaylı qanunazidd əməllərə yol verdiklərinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə, mənimsəməyə, vəzifə saxtakarlığına görə ittiham edilirdilər. Mədəniyyət Nazirliyindəki rüşvət və korrupsiya əməlləri, bürokratik əngələr bu qurumun sütunlarını laxlatmışdı və bütün bunlar ümumilikdə, dövlət maraqlarına ciddi zərbə vururdu. Əslində bu qurumda həbslərin həyata keçirilməsi labüd idi.

Bu həbslərin üzərindən 9 ay vaxt keçir. Bəs bu müddət ərzində Mədəniyyət Nazirliyində şəffaflıq təmin olunubmu? Ölkənin “mədəniyyət sərhədləri”nə cavadeh olan bu qurumda bürokratiya, süründürməçilik aradan qalxıbmı? Nazirlik yerli şöbələrlə, ümumi ölkə üzrə öz işini effektiv şəkildə qura bilirmi?

Azsiyasət.com saytının redaksiyasına daxil olan şikayətlərdən, bu sahədəki araşdırmalardan məlum olur ki, Mədəniyyət Nazirliyində, nazirliyə tabe qurumlarda və yerli şöbələrdə problemlər hələ də qalmaqdadır. Nazirlik hələki “köhnə hamam, köhnə tas” prinsipindən o tərəf keçə bilmir. Sanki bir qəlibə düşüblər və çıxmaq müşkülə çevrilib.

Heç şübhəsiz ki, nazir Anar Kərimovun bu vəzifəyə yeni təyin olunduğunu nəzərə alaraq, biz həmin şikayətləri dərc etmək fikrindən hələki uzaqığ. Zamana buraxaq... Hər halda ciddi korrpsiyaya bataqlığına yuvarlanmış Mədəniyyət Nazirliyində təmizlik işlərinin aparılması üçün zaman lazımdır və bu baxımdan nazir A.Kərimovdan da gözləntilərimiz böyükdür. Ümid edirik ki, o, nazirliyin simasına hopmuş bürokratiyanı aradan qaldıracaq və ədalət prinsiplərini bərpa edə biləcək.

Mədəniyyət Nazirliyindəki həbslərdən bir neçə gün sonra Prezident İlham Əliyev Əbülfəs Qarayevi nazir vəzifəsindən azad etdi. İyul ayında Mədəniyyət nazirinin müavini təyin edilən A.Kərimova həm də nazirin səlahyyətlərini də icra etməli oldu.

Prezidentin 2021-ci ildə ilk vəzifə təyinatı A.Kərimovla bağlı oldu və o, yanvarın 5-də Mədəniyyət naziri təyin edildi. Yəni, A.Kərimov cəmi 22 gündür nazirdir. Ondan belə bir qısa müddətdə hansısa köklü dəyişikliklər gözləmək doğru olmazdı. Cəmiyyət A.Kərimovdan ciddi nəticələr gözləyir.

Redaksiyamıza ayrı-ayrı fərdlərin və peşəkar şəxslərin, mədəniyyət sahəsində çalışan insanların ünvanladığı şikayətər əsasən bu istiqamətdədir:

- Nazirliyə tabe qurumlarda,  yerli şöbələrdə ciddi problemlər hələ də qalmaqdadır: bura nazirliyin işinə dair sənədlərin vaxtlı-vaxtında işlənib hazırlanmamasından tutmuş süründürməçilik və digər bürokratik əngəllər daxildir

- Tapşırıqlar dəqiq və vaxtında icra olunmur  

- Tanınmış mədəniyyət və sənət adamları media və sosial şəbəkələr vasitəsilə nazirliyin ünvanına mütəmadi şəkildə haqlı ittihamlar səsləndirirlər

- Müharibədən sonra Mədəniyyət nazirliyinin hansı işləri görəcəyi ilə bağlı konsepsiya görünmür və nazirliyin bu istiqamətdə hər hansı ictimai müzakirədə aktivliyi hiss olunmur, yaxud ictimai müzakirə təşkil edə bilmir

- Nazirlik hələ də “qapalılığ”ını saxlayır, sənədlərlə hesabatlıq ya yoxdur, yaxud da gecikir

Təbii ki, bütün bu mənfi hallarda yen təyin edilən nazir A.Kərimovun heç bir rolu və günahı yoxdur. Ancaq zəngin təcrübəyə malik A.Kərimova olan ümidlər böyükdür. Digər tərəfdən, bu cür süstlük, ətalət qurumdakı problemlərin həll olunmasına gətirib çıxarmayacaq.

Nəzərə almaq lazımdır ki, Azərbaycan müharibədən yeni çıxıb və qarşıda bizi ciddi “ideoloji savaş” gözləyir. Bu istiqamətdə dövlətin apadığı işlərdə Mədəniyyət Nazirliyi öndə olmalı, bufer rolunda çıxış etməlidir. Nazirlik möncə;

- Nazirlikdə ciddi kadr islahatları aparılmalı, xüsusilə də, maliyyə resursları ilə bağlı davamlılıq təmin edilməli,

- Nazirliyə tabe qurumların sənədlərlə işləmə prinsiplərinə yenilik gətirilməli, ümumilikdə nazirliyin işinə mane olan bu kimi mənfi hallar aradan qaldırılmalıdır

- Görüləcək işlərin mədəni marşrutu müəyyənləşdirilməlidir

- İşğaldan azad edilən ərazilərimizdə mədəni-tarixi abilərimizlə bağlı sistemli iş qurmalı və yerli şöbələrin bu istiqamətdəki işində ciddi korrektələr aparılmalıdır

- Dünyaya və cəmiyyətimizə təqdim olunacaq sənədli və bədii filmlərin hazırlanması ilə bağlı artıq indidən ciddi işlər görülməlidir. Bəlkə də gecikirik.

- Dövlətin Mədəniyyət nazirliyinə aid maddi resurslarından səmərəli şəkildə istifadə olunmalıdır

- Nazirlik KİV-lər öz işini yüksək səviyyədə qurmalı, “Press-reliz” çərçivəsindən çıxmalı, telekanallarda cəmiyyətin “ideoloji buferi” kimi çıxış etməlidir

Nəzərə almaq lazımdır ki, A.Kərimov müxtəlif ölkələrdə diplomatik kurslar keçib və o, 20 ilə yaxın bir müddətdə XİN-də, səfirliklərdə, diplomatik korpuslarda mühüm vəzifələrdə işləyib. O, müasir və avropasayağı iş üslubunu əxz eləmiş biridir. Təsadüf deyil ki, onun idarəçilik üslübundan da bu amil özünü göstərir. Lakin avropalıların ictmai şüaur və təfəkkür tərzi ilə bizim ictmai şüur və təfəkkür tərzimiz arasında ciddi fərqlər var. Hörmətli Nazir nəzərə almalıdır ki, ona qədər Mədəniyyət Nazirliyi xirtdəyə qədər korrupsiyanın içində olub və bu gün də nazirlikdə bürokratik əngəllər ciddi şəkildə qalmaqdadır. Ona görə də A.Kərimov Mədəniyyət Nazirliyində radikal dəyişikliklərə getməlidir. Loru dildə desək, "yumruğunu stola vurmağı" bacarmalıdır. Əgər belə olmasa, bu sahədə heç bir problem öz həllini tapmayacaq, əksinə daha da dərinləşəcək.

Azsiyasət.com

 

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR