Putin hansı ölkəni zəbt edə bilər? - Avqust sürprizləri

04 avqust, 2020 11:05

Qərb ölkələri Rusiya prezidenti Vladimir Putinin ölkəsi daxilində hökm sürən böhran fonunda öz mövqelərini möhkəmləndirmək üçün avqust ayında əl ata biləcəyi gözlənilməz xarici siyasət hərəkətlərinə hazır olmalıdır.

Belə xəbərdarlıqla CNBC telekanalı çıxış edib. Telekanalın bildirdiyinə görə, bir sıra ekspertlər Rusiya liderinin koronavirus pandemiyası və neftin ucuzlaşması fonunda mürəkkəb vəziyyətlə üzləşdiyini qeyd edirlər.

Belə ki, Dünya Bankının proqnozlarına görə, 2020-ci ildə Rusiyada ÜDM 6 faiz azalacaq. Hazırda 18 milyon rusiyalı yoxsulluq həddində yaşayır və iqtisadi böhran şəraitində belə vətəndaşların sayı daha da artacaq.

Bu baxımdan CNBC hesab edir ki, Rusiya prezidenti qərbli həmkarları üçün sürprizlər təşkil edə və ölkə daxilində zəifləmiş mövqelərini bərpa etmək, eyni zamanda Rusiyanın beynəlxalq arenada mövqelərini möhkəmləndirmək üçün gözlənilməz addımlar ata bilər.

Belə sürprizlərə Moskva artıq 2008-ci ilin avqstunda, Cənubi Osetiyada münaqişə alovlananda əl atıb. 2014-cü ilin avqustuna o, Krımı Rusiyaya birləşdirib, 2015-aci ilin avqustunda isə Rusiya Suriyadakı vətəndaş müharibəsinə müdaxilə edib. 

“Əvvəllər Moskva üçün ağır dövrlər başlayanda Putin xarici avantüralara əl atıb ki, öz ölkəsiz üzərində nəzarəti sərtləşdirsin”,-telekanal qeyd edir.

Hadisələrin bu cür inkişaf ssenarisi həm də ona görə ağlabatan görünür ki, Rusiyanın başlıca opponenti ABŞ da hazırda koronavirusun geniş yayılmasına, iqtisadi çöküşə və Amerika şəhərlərini bürümüş etirazlara görə ciddi çətinliklər yaşayır. ABŞ-la Avropa arasında Trampın addımları üzündən başlamış fikir ayrılıqları da belə məqamda Putinin əlinə oynaya, beləliklə də Rusiya lideri növbəti dəfə Moskvanın dünyadakı nüfuzunu gücləndirməyə cəhd edə bilər.

Telekanal qeyd edir ki, Rusiya rəhbərliyi bunu Belarusun “udulması”, yəni zəbt edilməsi hesabına həyata keçirə bilərdi. Belə ki, Putinin Belarusda artan etirazlar və mübahisəli prezident seçkilərindən bəhanə kimi istifadə edərək bu ölkə üçün “milli xilaskar” rolunda çıxış etməsi mümkündür. Nəticədə Belarus Rusiyanın onu “udması” cəhdlərinə qarşı çıxmalı olacaq.

26 iyun

20:25 - Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb20:22 - AXCP fəalı Çapay Sadıqlı qətlə yetirildi20:18 - İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışını etdi11:49 - Üç türk ölkəsinin nazirləri Bakıda toplanır - Nələr müzakirə olunacaq? 11:47 - Azərbaycanın müdafiə xərcləri nə qədərdir?  - Rəqəmlər11:44 - "Ukraynada ABŞ komandoları döyüşür" - "The New York Times"01:17 - Rusiya müharibəni nə vaxt bitirəcək?01:07 - Dünyada yeni alyans: Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya - Partners in the Blue Pacific01:04 - "Rusiya Belarusa "İskəndər-M" verəcək" - Putin

25 iyun

20:15 - İran atom elektrik stansiyası tikəcək 18:51 - Rusiyanın neft gəlirləri sürətlə artır - "The Washington Post"16:26 - "ABŞ müharibənin bitməsini deyil, Putinin devrilməsini istəyir..." - Qiora Aylend 16:21 - Rusiya daha bir ölkəni hədələdi - "Moldova hakimiyyəti lokomotivdən qabağa keçib"16:16 - Rusiya Belarus ərazisindən Ukraynaya raket zərbələri endirib13:03 - "İlk raketi Londona atacağıq..." - Rus general12:39 - "Kontakt Home"un problemli kreditləri - "Legal 12" şirkətinin "reket" əməlləri…12:25 - Ucuzlaşma anonsu verilir, vətəndaş inanmır...11:34 - İran Azərbaycana niyə hücumlar təşkil edir? - Detallar11:13 - Gürcüstan hökumətinə 1 həftə vaxt verildi...11:10 - Türkiyə qorxusu qonşunu hərəkətə keçirdi - Fransa ilə yeni hərbi anlaşma11:08 - Paşinyan medianın suallarına cavab verəcək11:06 - Azərbaycan-Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini necə gücləndirmək olar?01:10 - Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır01:05 - Neftin yenilənmiş büdcə qiyməti risk formalaşdırır? 01:00 - Tiflisdə aksiyalar başladı: Minlərlə insan şəhərin mərkəzinə toplaşdı - FOTOLAR 00:56 - Rusiya qazdan silah qismində istifadə edir...

24 iyun

18:34 - Rekord uduş fondlu, bol uduşlu "10"17:27 - Revanşistlər Xankəndiyə gəldi - Bakıya qarşı plan?16:47 - Rusiyaya casusluq edən deputat ifşa olundu16:05 - Rusiya şirkətlərinin Qarabağın bərpasına olan yüksək marağı nə ilə bağlıdır?