"Əgər belə olsa, biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik" - Qüdrət Həsənquliyev

21 yanvar, 2021 00:09

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az -ın suallarını cavablandırıb.

Azsiyasət.com müsahibəni təqdim edir:

- Qüdrət bəy, Lavrov Qarabağda yerləşmiş Rusiya sülhməramlılarının statusunun müəyyənləşdirilməsi istiqamətində iş aparıldığını söyləyib. Bu barədə nə deyə bilərsiniz?

- Biz Rusiya sülhməramlılarına beynəlxalq səviyyədə hər hansı statusun verilməsinə imkan verməməliyik. Çünki, bu ən azı uzun onillər ərzində bizə Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etməyə imkan verməyəcək. Qərbin Rusiya ilə münasibətlərində ciddi problemlərin olmasına baxmayaraq Qərb ermənilərə dəstək müqabilində Rusiyanın Azərbaycanla zorakılıq dilində danışmasını və Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının bərpa olunmasına imkan verməməsini alqışlayacaq. Çünki başa düşürlər ki, Rusiya neytrallığını saxlayıb 44 günlük savaşda Ermənistana əsgəri dəstək verməməklə özünün Türkiyə, İran və Ermənistanla dəmir və avtomobil yollarının açılmasına şərait yaratsa da, onun əsl hədəfi Ermənistandakı "Sorosçu" hakimiyyət idi. Mən də zamanla Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsini Qarabağın azadlığı üçün bir şans kimi qiymətləndirir, Azərbaycan iqtidarını Ermənistanın "Sorosçu" hakimiyyət faktorundan maksimum yararlanmağa çağırırdım. Əgər yaxın tarixə ekskurs etsəniz görərsiniz ki, bununla yanaşı, onu da təklif edirdim ki, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqlarının bərpa olunması naminə, Rusiyanın münaqişədə neytrallığını təmin etmək üçün, onun Azərbaycanda, Qəbələdəki kimi, hərbi baza yaratmasına da razılıq vermək olar. Rusiya özünün Azərbaycanda mövcudluğunu sülhməramlı hərbi iştirakda görürsə, maraqlı olmayacaq ki, Azərbaycan Dağlıq Qarabağ üzərində suveren hüquqlarını bərpa etsin və münaqişə həll olunsun. Çünki onun Azərbaycanda hərbi mövcudluğu bu münaqişəyə bağlıdır. Bu acı həqiqətləri dediyim üçün bəzi gerizəkalılar məni "rusiyayönümlü" siyasət yürütməkdə ittiham edirlər.

Vaxtilə mərhum Prezident Əbülfəz Elçibəy də Rusiyanın Qarabağ savaşında neytrallığını təmin etmək üçün bizim İranla sərhədlərimizi Rusiya ilə birgə qorumağa razılıq vermişdi. Hətta Rusiyalı jurnalistlərə verdiyi və ORT kanalında yayımlanan müsahibəsində həmin sənədi Prezident kimi parafladığını da qeyd etmişdi. Hər kəs həmin müsahibə ilə "YouTube"da tanış ola bilər. Məhz bu səbəbdən Qarabağdakı Rusiya sülhməramlılarına beynəlxalq status verilsə və onların Azərbaycanda qalması bizim yox, beynəlxalq birliyin qərarından asılı olsa, münaqişə heç vaxt həll olunmayacaq və biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik.

- Qüdrət bəy, Türkiyənin proseslərdə iştirakı 44 günlük savaş dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə zəif görsənir.

- Türkiyə bizim qardaşımızdır. Amma qardaşlarımızın bizdən başqa da çoxlu problemləri və imkanlarının müəyyən həddi var. Türkiyə düzgün olaraq Qarabağa görə Rusiya ilə açıq qarşıdurmaya getmir. Çünki həm bunun nəticəsi uğurlu olmaya bilər, həm də onun NATO üzrə müttəfiqləri ermənilərə görə Türkiyəyə qarşı çıxıb, Rusiyanı dəstəkləyəcək. Türkiyə ilk gündən Rusiya ilə anlaşma çərçivəsində bacardığı hər şeyi etdi və edir.

- Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etmək üçün nələri etməliyik?

- İlk növbədə Prezidenti kənar təzyiqlərdən qorumaq üçün birliyimizi saxlamalı və onu müdafiə etməliyik. İkincisi, azad bazar münasibətlərinə əsaslanan və rəqabətədavamlı iqtisadiyyat, güclü peşəkar ordu qurmalıyıq. Bazar iqtisadiyyatını dəstkləyən qanunlarımız olduğu üçün Dünya Bankının "Doing Business" hesabatı üzrə ön cərgədəyik, amma qanunlara əməl olunmasınada problemlərimiz olduğu üçün ölkə iqtisadiyyatına investisiya qoyuluşu artmır. Bu istiqamətdə problemlərin həlli üçün Prezidentin tapşırıqları yerinə yetirilməli, müvafiq islahatlar həyata keçirilməlidir.

Dağlıq Qarabağ ətrafındakı rayonlarımızın qısa zamanda bərpasına və məskunlaşmasına nail olmalıyıq. Daha çox diqqət Laçın və Kəlbəcərin inkişafına yönəldilməlidir. Bu rayonların kənd sakinlərinə pul verilməlidir ki, gedib evlərini bərpa edib heyvandarlıqla məşğul olsunlar. Kəlbəcərdəki "İstisu" turizm mərkəzinin- sanatoriyasının yaxınlığında hava limanının tikintisinə başlamalı, Şuşada və Kəlbəcərdə Ordumuzun ən güclü dağ-desant diviziyaları yerləşdirilməlidir.

Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını 44 günlük savaş və coğrafiya müəyyən edib. Bizə qalır onun ətrafını məskunlaşdırıb güclü iqtisadiyyat qurmaq, ətrafda hərbi baxımdan möhkəmlənmək. Dağlıq Qarabağla iqtisadi və insani əlaqələr öz işini görəcəkdir. Bunlarla yanaşı, qətiyyətli xarici siyasət aparmalı, Rusiya ilə əlaqələr yüksək səviyyədə saxlanılmalı, Türkiyə ilə daha da yaxınlaşma siyasəti davam etdirilməlidir. Rusiya ilə bütün problemlərin strateji əməkdaşlıq ruhuna uyğun, danışıqlar yolu ilə çözülməsinə çalışmalıyıq.

- Miqrant tənqidçilər möhtəşəm qələbəmizi kənara qoyub,yalnız Rusiya sülhməramlılarından danışırlar. Bu nə ilə əlaqədardır?

- Fransada və ABŞ-da oturub hansı mövqeni sərgiləyəcəklər ki?Nə tapşırılır onu da danışırlar.Onların dediklərinə əhəmiyyət vermək lazım deyil.Kiçik bir araşdırma aparın.Onlar hətta müharibə başlayana bir gün qalana qədər deyirdilər ki,İlham Əliyev heç vaxt müharibə edə bilməz.Yaxud deyirdilər ki,Azərbaycanı Rusiya idarə edir.İndi isə deyirlər ki,amandır, Rusiya sülhməramlıları gəlib və Azərbaycanın daxili və xarici siyasətinə təsir edəcək.Özləri özlərinə sual vermirlər ki,əgər dedikləri kimi Azərbaycanı Rusiya idarə edirdisə onda nədən narahatdırlar?Onların hay-həşiri dövlətçiliyimizlə bağlı narahatçılıqdan yox,daha çox kənar sifarişlərdən və hakimiyyət uğrunda mübarizədən qaynaqlanır.Əslində hamısı başa düşür ki,İlham Əliyev nəyə nail olub.Bizim Ordumuzun döyüş meydanında göstərdiyi şücaəti İlham Əliyev diplomatik müstəvidə göstərib.İndi biz dedi-qodulara baş qoşmadan növbəti qələbəmiz üçün hazırlaşmalı və əlverişli beynəlxalq vəziyyətin yaranmasını gözləməliyik.

Yeri gəlmişkən, mənim "adi silahlarla döyüş meydanında məğlub olacağı təqdirdə Rusiyanın kiçik başlıqlı nüvə silahından istifadə edə biləcəyi" barədə fikirlərimi "təhlil" edən artist kütbeyinlər gedib Rusiyanın hərbi doktirinasını və müasir dünyada baş verənləri təhlil emək gücünə sahib olmaları üçün siyasi ədəbiyyatı oxuyub, zorakılığa söykənən beynəlxalq siyasi prosesləri izləsinlər. Bu gün özünü dünyanın ən demokratik ölkələri hesab edənlər belə rəqiblərini kişik başlıqlı nüvə zərbələri ilə hədələyirlər. O cümlədən bizim qonşu İranı.

02 mart

09:16 - "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək" - Eldar Namazov09:07 - YAP-ın gizli qərarı: Bu həftə islahat qurultayı olacaq00:17 - Əfqan Nağıyevin qardaşına yenidən cinayət işi açıldı

01 mart

22:34 - Proses nəzarətdən çıxır: "Ermənistan Rusiyaya birləşdirilə bilər" - MÜSAHİBƏ19:51 - Paşinyan üzr istədi 16:45 - "Ermənilər yeni terror təşkilatı yaradıb, intensiv təlim keçirlər" - Savaş Eğilmez XƏBƏRDARLIQ ETDİ 16:36 - 55 tülkü dərisindən hazırlanmış kürkünə görə tənqid edildi - FOTO 15:13 - ""İsgəndər"lə bağlı mənə yanlış məlumat veriblər" - PAŞİNYAN13:27 - Məşhur YAP-çıdan sərt sözlər: - "İstəyirlər ki, Azərbaycanda ağıllı adam az olsun" 12:03 - "Terrorçular İran sərhədlərinə yaxınlaşarsa..." - İranda Qarabağ konfransı11:57 - Nəsimi RİH başçısının əməlləri Türkiyə mətbuatında - Nələrdə ittiham olunur? - FOTO11:10 - Moskvadan baxış: İrəvan küçələrində türk komandoslar...09:56 - Bu vaxta qədər maska taxmaq məcburi olacaq - TARİX AÇIQLANDI09:46 - Ziya Məmmədovla bağlı aclıq aksiyası başladı: Ucar sakini ölkə rəhbərliyinə müraciət etdi09:42 - Vilayət Eyvazov Ramiz Mehdiyevin qohumuna yeni vəzifə verdi 01:13 - Türkiyə hərbi sənayesinin daha bir möhtəşəm uğuru: Sınaq görüntüləri - VİDEO 01:07 - Erməni general Paşinyanın istefasını TƏLƏB ETDİ 01:03 - Şuşanın azad edildiyi gün çəkilən  FOTO

28 fevral

15:39 - İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb - ŞOK İDDİA11:27 - Cahangir Əsgərov işçilərin maaşını vermir - AZAL-a qarşı etirazlar başladı 11:24 - Bu gün Şuşa fatehi Hikmət Mirzəyevin DOĞUM GÜNÜDÜR11:18 - "Bakı" kafesində silahlı "razborka" - VİDEO 11:13 - Əhali banklardakı pulları geri çəkir: Nə baş verir?02:21 - İlkin Rüstəmzadə Xədicə İsmayıla: "Bütün həyatımı sındırdı..." - SKANDAL02:16 - "Qarabağda razılaşma pozulur və görünür ki..." - Sabiq XİN rəhbəri 01:19 - Həbsdə olan iş adamı 841 minlik vergidən yayınma ittihamından bəraət aldı - TƏFƏRRÜAT01:14 - Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyır - VİDEO

27 fevral

21:22 - "Nəcməddin Sadıkovun sabah hansı qiyafədə peyda olacağı bəlli deyil" - Sabiq nazir müavini21:16 - Yerevanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı - VİDEO 15:10 - Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb - SİYAHI