Putinin milyardlıq sarayı üzə çıxdı - FOTOLAR

20 yanvar, 2021 15:57

Aleksey Navalnının Antikorrupsiya Fondu yanvarın 19-da yeni araşdırma yayıb. Filmdə Qara dəniz sahilində Rusiya Prezidenti Vladimir Putinin tikdirdiyi iddia olunan dəbdəbəli imarətdən söz açılır.

Bu tədqiqat yayılandan bir gün öncə müxalifət lideri, Kremlin tənqidçisi Berlindən Moskvaya qayıdan kimi 30 sutkalığa həbs olunub, “Matrosskaya Tişina” təcridxanasına yerləşdirilib.

“Putin üçün saray” adlanan araşdırmada iddia olunur ki, Qara Dənizin eksklüziv "Gelencik" buxtasındakı imarətin qiyməti azı 100 milyard rubldur (1.35 milyard dollar). Məlumata görə, ərazidə kilsə, 2.500 kvadrat metrlik istixana, amfiteatr, bir neçə yaşayış binası və sahilə aparan xüsusi tunel var.

Sarayın ərazisi 17 min 691 kv. metrdir, orada ev teatrı, bar, kazino, oyun avtomatları olan lobbi, üzgüçülük hovuzu yerləşir. Araşdırmada əmlakın içindən ilk dəfə yayıldığı bildirilən fotolar da yer alıb. Rusiya lideri isə bu mülklə heç bir əlaqəsi olmadığını bildirir. Rusiya siyasi müxalifəti üçün bu əmlak dövlətin başından gələn, sürətlə yayılan korrupsiyanın simvoludur.

“Bu, Rusiyada ən çox qorunan yerdir, dövlət içində dövlətdir, Putinin böyük sirridir. Buranı yüzlərlə, hətta minlərlə insan qoruyur...”, – "YouTube" sosial şəbəkəsində yerləşdirilmiş 2 saata yaxın video belə başlayır.

Araşdırmada iddia olunur ki, Monakodan 39 dəfə böyük olan mülkiyyət “elə tikilib ki, ona qurudan, dənizdən, yaxud havadan yaxınlaşmaq mümkün olmasın”. 7 min hektarlıq bufer zonanın Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FSB) aid olduğu, sarayın sahibi olan şirkətə kirayə verildiyi bildirilir. Əmlak üzərindəki ərazidə qeyri-uçuş zonası tətbiq olunub.

Tədqiqata görə, ərazidə çalışan minlərlə işçi üstlərində kamerası olan adi mobil telefon da gəzdirə bilməz, buraya gələn bütün avtomobillər isə bir neçə məntəqədə yoxlamadan keçir.

Videoda təqdim olunan fotolarda əksini tapan dəbdəbəli interyeri rusiyalıların çoxunun heç vaxt görmədiyi deyilir.

“Bu gün sizə Putinin əsas sirrini – onun sarayını göstərəcəyik... Bundan sonra əmlakın hər bir otağı, hər bir dəhlizi, hər bir kvadrat metri ictimai əmlakdır. Rusiyalılar Putinin evini ziyarət edə biləcəklər”, – araşdırmada vurğulanır.

“Putinsarayı” 2005-2010-cu illərdə inşa edilib. 2010-cu ildə rusiyalı biznesmen Sergey Kolesnikov o vaxtkı prezident Dmitri Medvedevə açıq məktubunu yayandan sonra Rusiyadan qaçıb. 

Məktubda Putinin göstərişilə Qara Dəniz sahilində dəbdəbəli sarayın tikildiyi, qanunsuz yollarla oraya milyard dollar xərcləndiyi iddia olunurdu.

Tədqiqatda deyilir ki, əmlak hazırda “Binom” adlı şirkətə məxsusdur, şirkəti isə Putinin bacısı oğlu Mixail Şelomova yaxın şəxslər idarə edir. Ancaq araşdırmada əmlakın əsl sahibinin Putin olduğu iddia edilir.

Kremlin sözçüsü Dmitri Peskov hesabatı görmədiyini deyib, ancaq onu köhnə iddialar adlandıraraq rədd edib. O, Putinin belə bir əmlakı olmadığını söyləyib.

“Bu araşdırmayla tanış deyiləm, amma dərhal deyə bilərəm ki, köhnə söhbətdir. Çox illər qabaq izah elədik ki, Putinin Gelencikdə heç bir sarayı yoxdur”, – Peskov yanvarın 19-da “Interfax”a deyib.

Xatırladaq ki, 44 yaşlı Navalnı yanvarın 17-də axşam Şeremetyevoda özünün və tərəfdarlarının siyasi adlandırdığı ittihamla həbs olunub. 

Navalnı avqustda Sibirdə zəhərlənib və bunu birbaşa Putinin sifariş etdiyini deyir. Navalnının saxlanması qlobal miqyasda qəzəb doğurub, bir sıra ölkə liderləri Putini Kremlin tənqidçisini dərhal azad etməyə çağırırlar.

Azadlıq radiosu

12 avqust

00:47 - İran Rusiyaya PUA göndərərsə, nə baş verəcək?00:45 - Sülhməramlılar Zaporojye AES-də yerləşdirilə bilərmi?00:43 - İran Qafana konsul təyin etdi

11 avqust

14:26 - Moskvadan Paşinyana sərt cavab - "İddiaları əsassızdır"14:15 - Təşəbbüs qrupları arasında "Futbol Çempionatı"na start verilib - FOTOLAR 13:32 - "Məktəblərdə Prezidentin portretinin birini 495 manatdan sənədləşdiriblər" - Ekspert13:27 - NATO-nun bu addımı Rusiyanı təşvişə saldı - Nüvə silahı işə düşür?13:19 - İnternetin qiyməti qaldırıldı - "Bu, cinayətdir, nazirlik məhkəməyə verilməlidir"12:00 - İran üçün regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir - Rəisi Paşinya nələr danışdı?11:52 - YAP-ın fırıldaqçı yetirmələri - Aytac və İlknur bacıları qazidən də rüşvət alıblar 11:12 - Rusiya FSB Zəngəzurda yeni postlar qurur?11:09 - SEPAH-a qarşı ittiham - İranın gizli planı...11:04 - Azərbaycanda yaşamaq daha da çətinləşir: İpoteka ilə ev almaq istəyənlərə bəd xəbər - VİDEO 00:02 - İslam Əməkdaşlıq Təşkilatı Ermənistana çağırış etdi00:00 - Azərbaycan, İran və Rusiya nəyi müzakirə edəcək?

10 avqust

19:15 - Qərb Asiyada "NATO-nun şərqə doğru genişlənməsi" konsepsiyasını tətbiq edir?19:11 - Sülh danışıqları niyə aparılmır? 19:08 - Laçındakı 200 erməni hara köçəcək?19:07 - Türkiyə Ukraynada "Bayraktar" zavodu tikməkdən niyə imtina etdi?19:05 - Avropa Birliyinin dağılması qaçılmazdır: Macarıstan və Polşa Brüsselə tabe olmur - "Daily Express" nəşri15:58 - Krımdakı partlayışı kimlər törədib? - "The Washington Post" 15:53 - "Dünənki uşaqları gətirib o vəzifələrə qoyanda..." - Keçmiş nazirdən mühüm açıqlamalar15:51 - Kreml Krıma endirilən zərbəyə necə cavab verəcək? - Kiyevdəki "hökumət məhəlləsi" etibarlı qorunur12:42 - "Azəriqaz" və Ədliyyə Nazirliyi Elektron hökumətlə bağlı Prezidentin sərəncamına məhəl qoymurlar12:40 - Azərbaycanda illik inflyasiya 13%-ə çatıb - RƏSMİ11:42 - Rusiya hərbçiləri İran dronları ilə təlimlərə başladı 11:36 - Putinin NATO-dakı dostları kimlərdir? - "Politico" nəşri11:29 - İrandan narkotik gətirmə cəhdi - Qaçaqmalçılar yaxalandı00:34 - Trampa cinayət işi açıla bilərmi?00:31 - Slovakiya səfiri Azərbaycanda yaşayan slavaklardan danışdı - Onlar Bakıda nə ilə məşğul olublar?