"Postsovet ölkələrini qəsdən xaosa və dağıntılara sürükləyirlər ki..." - Oleq Kuznetsov

19 yanvar, 2021 13:12

"Azərbaycan bu gün erməni işğalından azad edilmiş ərazilərin bərpası ilə bağlı ambisiyalı planlar nümayiş etdirir. İki beynəlxalq hava limanı, üç və ya dörd çoxzolaqlı avtomobil yolu, rekonstruksiya işləri və dəmir yolunun çəkilməsi, regionun infrastrukturunu bərpa etmək öhdəliyi altında Zod/Söyüdlü yatağının Britaniya qızıl mədənçilərinə konsessiyaya verilməsi - bütün bunları ayaq üstə alqışlamaq olar".

Azsiyasət.com xəbər verir ki, bu barədə rusiyalı politoloq, hərbi ekspert Oleq Kuznetsov axar.az-a müsahibəsində bildirib.

O əminliklə qeyd edib ki, bütün bu planlar tam şəkildə və əvvəlcədən müəyyən edilmiş müddətlərdə icra ediləcəkdir:

"Ədalət naminə qeyd etmək lazımdır ki, rəsmi Bakının bu ərazilərin reinteqrasiyası ilə bağlı planları 15 il bundan əvvəl var idi. Onlardan biri məndə də var və orada nəzərdə tutulanların çoxu hazırda reallaşır. Sizin ölkəniz öz dövlət sərhədləri çərçivəsində bu işlərin artıq bu gün, 1 marta nəzərdə tutulan üçtərəfli hökumətlərarası komissiyanın yaradılmasını gözləmədən, planlaşdırılmasına başlayıb. Buna görə də tamamilə aydın şəkildə demək olar ki, Azərbaycan Cənubi Qafqaz regionunda nəqliyyat-iqtisadi əlaqələrin açılması üzərində artıq bu gün “qrafikdən qabaq” çalışır. Amma Ermənistanın qabiliyyəti, ən başlıcası isə bu ölkənin dünyaya açılmaq istəyinin olması məndə hələ ki, şübhə doğurur. Sənədi imzalamaq bir şeydir, onu əməli surətdə həyata keçirmək tamamilə başqa. Bu isə iki əsas fərqdir. Şübhə etmirəm ki, martın 1-də Baş nazir Paşinyan üçtərəfli hökumətlərarası komissiyanın tərkibinə Ermənistan tərəfindən daxil olan insanları tapacaq. Amma bu o demək deyil ki, Ermənistanın bu təşəbbüslərin reallaşdırılması üçün pulu olacaq, xüsusilə Rusiyanın bu yaxınlarda İrəvanın üzərinə 1 mlrd 150 mln. dollar həcmində silah krediti qoymasından sonra. Ermənistan bu gün boğaza qədər borc içindədir. Odur ki, onun Cənubi Qafqazın iqtisadi həyatına reinteqrasiyası ilə bağlı xərclərini, çox güman ki, yenə də Rusiya maliyyələşdirəcək. Rəsmi Bakı isə Laçın dəhlizinin yeni marşrutunun maliyyələşdirilməsi məsələsini noyabrın 10-da əldə edilmiş razılaşmaya əsasən öz üzərinə götürüb. Zəngəzur dəhlizi boyunca da eyni vəziyyət olacaq".

O.Kuznetsov erməni cəmiyyətini bütün bəlalara görə Paşinyanı günahlandırmamağa səsləyib:

"Mən erməni cəmiyyətini bütün bəlalarında Paşinyanı günahlandırmasında o qədər də qəti olmamağa çağırardım. Amma məlumatınız olsun ki, belə insanlar Ermənistanda çoxluq təşkil etmir. Bunlar əsasən müxalifətin mitinqlərinə çıxanlar və saytlarda boş-boş məqalələr dərc edənlərdir. Üst-üstə maksimum 10 min nəfər. Mən hətta belə deyərdim: Bu gün bütün bəlalarda Paşinyanı günahlandıranların sayı Ermənistan tərəfinin müharibədəki itkiləri qədərdir. Mənim fikrimcə, bu ölkə əhalisinin əsas hissəsi məhz Paşinyanı dəstəkləyir. Çiyinləri üstündə başı olanların hamısı bunu yaxşı bilir. Onu da qeyd edim ki, Paşinyanın hakimiyyətdən getməsi müharibədən sonrakı Qarabağ münaqişəsinin həlli prosesinə böyük zərbə ola bilər.

Politoloqun sözlərinə görə, ermənilərin 30 ildə Qarabağda törətdikləri Qərb liderlərinin bugünkü hərəkətləri ilə oxşardır:

"Qərbə də bu gün postsovet ölkələrinin özləri lazım deyil. Onlar Rusiya ilə Avropa arasındakı “yandırılmış torpaq” bufer zonası olaraq görülür, qəsdən xaosa və dağıntılara sürüklənirlər ki, Rusiya yenidən ora girə bilməsin, girsə belə, dirçəlişinə trilyonlarla dollar xərcləsin. Qərb bu ölkələri incitməklə əsas düşməni ilə mübarizə apardığını güman edir. Elə həmin səbəbdən də erməni işğalçı hakimiyyətləri Qarabağın infrastrukturunu məqsədyönlü şəkildə məhv edirdilər. Onlar hesab edirdilər ki, azərbaycanlılar bu dağıntıları görsə, heç vaxt Qarabağı geri qaytarmağa cəhd etməyəcək. Ermənilər elə düşünürdü ki, işğal olunmuş əraziləri süni səhraya çevirsələr, buraların bərpasına Azərbaycandan heç kim qalxmayacaq. Lakin onlar öz hesablamalarında yanlışlıq etdilər: Azərbaycan öz torpaqlarını yenidən dirçəldəcək və sıfırdan bərpa edəcək. Məhz bu Azərbaycan milli ruhunun erməni mentaliteti üzərində üstünlüyünün bariz nümunəsidir".

18 avqust

16:01 - İlham Əliyev sərəncam imzaladı - Komissiyanın tərkibi dəyişdi15:59 - Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq15:55 - Rusiya ordusunun kapitanı müharibəyə qarşı çıxan azərbaycanlını güllələdi - "Sirena" nəşri15:50 - Türkiyyə İsveç və Finlandiyaya xəbərdarlıq etdi15:47 - ОАО “Azərlotereya” заплатила налогов на сумму более 5 миллионов AZN - фото15:43 - "Azərlotereya" ASC 5 milyon manatdan çox vergi ödəyib - FOTOLAR 15:35 - 1 saylı "zon"un rəisi avtoritetlərə yas mərasimi təşkil edib10:48 - Çin Rusiyaya qoşun göndərir...10:45 - Rusiya və Ermənistan arasında böyük gərginlik - Dostlar düşmənə çevirilir?09:17 - Azərbaycanda məmurlar niyə kompromat toplayır? 00:53 - Qazaxıstan təhsilində rus dili qadağası - Kreml hansı addımı atacaq?00:44 - İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib - FOTOLAR00:42 - Rusiyadan Krımla bağlı təcili addım...00:38 - Bu gün ermənilər Laçındakı kilsəyə toplanacaq - SƏBƏBLƏR00:32 - Bizim Market” satıldı: Qalmaqallı iş adamı ölkəni tərk edir? - FOTO 00:29 - Qarabağda ermənilərdən ağır silahlar alınır? - Erməni mediası00:26 - NATO Kosovodakı sülhməramlıların sayını niyə artırır?

17 avqust

17:11 - Türkiyə-İsrail yaxınlaşmasını təmin edən hansı amillərdir?16:08 - Ukraynaya hücumdan əvvəl nələr baş verib: Gizli saxlanılan detallar açıqlandı - "The Washington Post" 16:05 - Türkiyə-İsrail münasibətləri bərpa olundu13:22 - Çin Ukrayna ilə müharibədə Rusiyaya kömək edirmi? - Kuleba izah edib13:20 - "O gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq" - İlham Əliyev11:57 - Rusiya Ermənistana nota verdi02:04 - Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri02:00 - Quterreş, Ərdoğan və Zelenski arasında Lvovda görüş olacaq 01:58 - Çinin Tayvanı işğal etməsi an məsələsidir...01:52 - ABŞ İrana qarşı sanksiyaların ləğvini qəbul edib?

16 avqust

19:38 - Rusiya ilə sərhəddə Sovet abidəsi söküldü...18:46 - İran hərbi nümayəndə heyəti Qarabağda - FOTO18:36 - Ermənistan "sülhə" belə hazırlaşır - FOTOLAR