"Qarabağın bərpası üçün Bakının vəsaiti bəs edəcək, İrəvanın revanş cəhdi isə..."

17 yanvar, 2021 05:52

“Moskva görüşü əvvəllər əldə edilmiş razılaşmaların yerinə yetirilməsini fiksə elədi. Artıq nə Rusiya, nə də Fransa Ermənistanın maraqları uğrunda döyüşməyəcək”.

Bunu rusiyalı avrasiyaçı və iqtisadçı ekspert Aleksandr Razuvaev Vesti.az-a bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyevin haqlı qeyd etdiyi kimi, müharibə artıq keçmişdə qalıb. Savaşı Azərbaycan uddu və Moskvadakı sammit bunu qəti olaraq təsbit elədi”, - deyə Razuvaev qeyd edib. Onun sözlərinə görə, Moskvada görüşü əvvəllər əldə olunmuş razılaşmaların yerinə yetirilməkdə olduğunu göstərdi.

Fikrinə davam edən ekspert deyib:

“Ermənistanda və Rusiyadakı erməni diasporunun təmsilçiləri arasında revanşdan çox danışılır. Ancaq qüvvələr nisbətinə baxanda birmənalı şəkildə Ermənistanın qisas almaq gücündə olmadığı qənaətinə gəlmək olar. İntiqam cəhdi Ermənistan dövlətinin dünya xəritəsindən yox olması ilə bitə bilər”.

Onun ehtimalına görə, bu gün nə Rusiya, nə də Fransa Ermənistanın maraqları uğrunda mübarizə aparmayacaq. “Ermənistanın özü hazırda hərbi və iqtisadi cəhətdən çox zəifdir. Üstəlik, çox ciddi sınaqlar qarşısında xalqın birliyi yoxdur”, - deyə o vurğulayıb.

Rusiyalı ekspert münaqişə bitdikdən sonra iqtisadiyyat və infrastrukturun bərpası məsələlərinin ön plana çıxdığı qənaətindədir: “Bölgədəki iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin önünün açılması vəzifəsi xüsusilə diqqətə layiqdir. Rus sülhməramlıları Laçın dəhlizi vasitəsi ilə Qarabağla Ermənistan arasında əlaqənin təhlükəsizliyini təmin edirlər. Bundan əlavə, razılaşmalar Ermənistan ərazisindən Naxçıvana nəqliyyat dəhlizinin açılmasını nəzərdə tutur. Həmin dəhlizin təhlükəsizliyi Ermənistan ərazisində yerləşən Rusiya FSB-nin sərhədçiləri tərəfindən təmin ediləcək. Bakı bu dəhliz vasitəsilə Naxçıvan üzərindən onu birbaşa Türkiyə ilə birləşdirəcək bir dəmiryolu çəkməyi planlaşdırır”.

Rusiyalı avrasiyaçı həmçinin geostrateji olaraq Dağlıq Qarabağın bütün Türk dünyası üçün vacib bir element olduğunu bildirib: 

“Çünki bu ərazi müəyyən nəqliyyat imkanları yaradır, Türk dünyasını tam mənada bir-birinə bağlayan logistik yolun davamıdır. Təəssüf ki, Ermənistanda hələ də siyasi ambisiyaları iqtisadi sağlam düşüncənin üstün tutulur. İqtisadi baxımdan İrəvanın Azərbaycanla beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanıması və Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması doğru olardı. Özünü təcrid siyasəti ilk növbədə İrəvan iqtisadiyyatına ziyan vurur. Peyvəndləmə, pandemiyanın sona çatması və beynəlxalq turizmin bərpası Ermənistana şans yaradır, lakin siyasi səbəbdən yəqin ki, bu şans əldən veriləcək” .

Azərbaycanın işğaldan azad edilmiş ərazilərlə bağlı planlarından danışan iqtisadçı bildirib ki. Bakının Dağlıq Qarabağın bərpası üçün kifayət qədər pulu olacaq.

“Peyvəndləmə - pandemiyanın sonu, tənəzzülün başa çatması və neftə tələbatın artması deməkdır. OPEC-in son proqnozuna görə, 2021-ci ildə neftə ümumi qlobal tələb 2020-ci ildəki gündəlik 89,9 milyon barelə qarşı 95,89 milyon barel təşkil edəcək. Düşünürəm ki, bazar İran neftini “həzm edəcək”. 2021-ci ildə bir barel üçün 60-70 dollara oriyentasiya edilir”, - deyə ekspert sonda əlavə edib.

28 fevral

11:27 - Cahangir Əsgərov işçilərin maaşını vermir - AZAL-a qarşı etirazlar başladı 11:24 - Bu gün Şuşa fatehi Hikmət Mirzəyevin DOĞUM GÜNÜDÜR11:18 - "Bakı" kafesində silahlı "razborka" - VİDEO 11:13 - Əhali banklardakı pulları geri çəkir: Nə baş verir?02:21 - İlkin Rüstəmzadə Xədicə İsmayıla: "Bütün həyatımı sındırdı..." - SKANDAL02:16 - "Qarabağda razılaşma pozulur və görünür ki..." - Sabiq XİN rəhbəri 01:19 - Həbsdə olan iş adamı 841 minlik vergidən yayınma ittihamından bəraət aldı - TƏFƏRRÜAT01:14 - Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyır - VİDEO

27 fevral

21:22 - "Nəcməddin Sadıkovun sabah hansı qiyafədə peyda olacağı bəlli deyil" - Sabiq nazir müavini21:16 - Yerevanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı - VİDEO 15:10 - Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb - SİYAHI 14:32 - Prezident İlham Əliyevdən sensasiyalı açıqlama - VİDEO 13:07 - Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ12:03 - Yunanıstan Türkiyə sərhədindəki ərazini işğal etdi - FOTOLAR 11:59 - Bakı metrosu nə vaxt açılır? - Sərnişinləri hər an qarşılamağa hazırıq10:46 - Rusiyanın işğal planı - Turçinov şok faktlar açıqladı10:39 - Heydər Əsədov kirvəsinin həbsindən qorxuya düşüb - SƏBƏB10:36 - "Krımı təcili surətdə qaytarın!" - ABŞ dövlət katibi Rusiyadan tələb edib10:33 - ABŞ kəşfiyyatı "Putinin aşbazı"-nı axtarır - 250 min dollar mükafat təyin edib...10:30 - Narın hansı faydaları var? 10:27 - Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində dəyişiklik - FOTO09:13 - Hakimiyyət böyük əfvə hazırlaşır - GÖZLƏNTİ08:29 - "ABŞ Krımın ilhaqını heç zaman tanımayacaq" - Co Bayden08:20 - "Ermənistanı zorla Rusiyaya birləşdirməliyik" - Jirinovski08:18 - "Şuşanın alınması ayrıca dastandır" - Prezident XTQ-dən danışdı

26 fevral

19:38 - Rusiya hərbçiləri Qarabağı tərk edəcək 13:38 - İranlı jurnalistin təxribatçı sualına Prezident sərt cavab verdi 12:34 - "Biz Xocalıya da qayıdacağıq, başqa yolu yoxdur" - İlham Əliyev12:18 - Xocalı faciəsinə həsr olunan “13” filmi təqdim edildi - VİDEO 12:07 - "Bəs vəsaiti olmayanlar nə etməlidir? Ölməlidirlər?" - İlham Əliyevdən sərt tənqid