Moskva görüşünün nəticələri: İstədiyimiz oldumu? - ŞƏRH

12 yanvar, 2021 15:41

Ötən gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Bu, Qarabağın işğaldan azad edilməsindən sonra ilk görüş olduğu üçün dünya ictimaiyyətinin də xüsusi maraq dairəsində idi. Görüş zamanı Azərbaycan, Rusiya və Ermənistan arasında bəyanat imzalandı.

Bəs Moskva görüşü və sözügedən bəyanat Azərbaycana, həmçinin Ermənistana nə vəd edir? Görüşün tərəflər arasında münasibətlərə təsiri nədən ibarət olacaq?

Azsiyasət.com xəbər verir ki, mövzunu bakupost.az-a şərh edən politoloq İlqar Vəlizadə bildirdi ki, 10 noyabrda qəbul olunan üçtərəfli bəyanatdan sonra regionda bir çox suallar ortaya çıxmışdı:

"Əsas suallar belə idi ki, sülhməramlıların missiyası və funksiyası nədən ibarət olacaq, üçtərəfli sazişin müddəaları, xüsusilə də 9-cu bənd necə həyata keçiriləcək, hansı formada reallaşacaq? Eyni zamanda, erməni tərəfinin bəzi təxribatçı addımları da ondan xəbər verirdi ki, bəyanatda göstərilən müəyyən məsələlərin yerinə yetirilməsində maraqlı deyillər. Amma Moskva görüşündə bu məsələlər öz həllini tapdı. Belə ki, bəyanatın 9-cu bəndinin tələblərinə uyğun olaraq regionda bütün dəhlizlər açılmalıdır və bununla bağlı artıq üçtərəfli İşçi qrupu yaradılıb. İşçi qrupunun rəhbərləri hər üç tərəfdən baş nazirlərin müavinləri olacaq. Onlar konkret təkliflər hazırlayacaq. Yəni hansı dəhlizlərin açılmalı olduğu, onların həcmi və parametrləri ilə bağlı müəyyən təkliflər ərsəyə gələcək. Bu təkliflər də toplanaraq dövlət başçılarına təqdim olunacaq və nəticədə son qərarı onlar verəcək”.

İ.Vəlizadə qeyd etdi ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizlər də açılacaq:

“Bu quru yolu xətti vasitəsilə Türkiyə ilə də rabitə qurmağa imkan verəcək. Bu, Türkiyə ilə münasibətlərin inkişafına əlavə bir təkan olacaq, həmçinin daha sıx əlaqələrin qurulmasına şərait yaradacaq. Məlumdur ki, ötən illərdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa olunub. Türkiyə ilə ticari əlaqələr məhz bu yol üzərində qurulub. Yeni yol isə əlavə nəqliyyat dəhlizidir. Yeri gəlmişkən, keçən il Türkiyənin Qars şəhərindən İğdır şəhərinə qədər dəmir yol xəttinin tikilməsi ilə bağlı qərar verildi. Çox güman ki, yaxın müddətdə həmin dəmir yolu inşa olunacaq və daha sonra Naxçıvanla birləşəcək. Beləliklə, bu, Azərbaycanı Türkiyə ilə birləşdirəcək, eyni zamanda gələcəkdə Rusiyanı da Azərbaycan vasitəsilə Türkiyə ilə birləşdirən dəmir yol xətti olacaq”.

Politoloq görüşün digər detallarına da toxundu:

“Görüş həm üçtərəfli, həm də ikitərəfli formatda keçirildi. Bu baxımda düşünürəm ki, 4 saat davam edən görüşdə bütün məsələlər, o cümlədən, Rusiya sülhməramlıları ilə bağlı məsələ də müzakirə edilib. Çox güman ki, Azərbaycan tərəfi Ermənistanın bəzi təxribatçı addımlarından da danışıb. Bununla bağlı müəyyən qərarların qəbul edilməsini gözləməyə dəyməzdi, amma bütün hallarda böyük ehtimalla Azərbaycan tərəfi öz narahatçılığını bildirib. Düşünürəm ki, qarşı tərəf bundan müəyyən nəticələr çıxararaq gələcəkdə bu cür təxribatçı addımlara yol verməyəcək”.

Xatırladaq ki, 10 yanvar tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında bəyanat imzalanıb və sənədə əsasən bu ölkələr arasında İşçi qrupu yaradılacaq. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək.

Bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşma əsasında digər istiqamətlər müəyyən ediləcəkdir.

16 yanvar

11:43 - "Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz" - Xalq artisti Şeyx Əbdül10:43 - Fransada daha doqquz məscid BAĞLANDI 10:41 - Kafe-restoranlar açılır10:20 - Paşinyanın arvadının sirli Moskva səfəri - Nikol Rusiyayamı sığınır?10:13 - Azərbaycanda sərtləşdirilmiş karantin rejimi ləğv olunur? 00:08 - "Paşinyan, Əliyevlər Şuşaya gəlib, bəs sən hardasan?" - Artak Zakaryan

15 yanvar

19:32 - Prezident Cıdır düzündə çay içdi - VİDEO 16:59 - “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər" - ŞOK AÇIQLAMA16:04 - Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir? - I HİSSƏ - TƏHLİL 15:03 - Yerevan supermarketində "Azərbaycan hərbçiləri"? - Ermənistanda panika14:57 - Prezident Şuşada nəyə əsəbləşdi - VİDEO 13:15 - Azərbaycanlı və erməni ziyalıları görüşsün - Moskvadan TƏKLİF12:44 - “Güllələnmiş heykəllər” Şuşaya qaytarıldı - FOTOLAR 11:58 - Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoydu - FOTOLAR 11:27 - Prezidentlə xanımı azad edilmiş torpaqlarda - VİDEO 01:51 - Şadlıq evlərinə zənglərin ardı-arası kəsilmir - Toylar başlayır?01:48 - ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi00:48 - "Həmsədrlərdən imtina bizə lazım deyil" - "Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək..."00:43 - Rəsmi Bakıdan sərt XƏBƏRDARLIQ: "İcazəsiz bir daha Azərbaycan ərazilərinə səfər etsə..."

14 yanvar

16:37 - KİVDF-nin sabiq rəhbəri cinayət yolu ilə 5,7 milyon manat əldə edib16:35 - Paşinyanın arvadı və qızı Ermənistanı tərk etdi16:25 - "Pakistan hər zaman Azərbaycanın yanında olacaq" - Pakistanın Baş Qərargah rəisi16:23 - Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?15:19 - Vüqar Səfərli həbs edildi15:06 - "Qarabağ münaqişəsi tamamilə aradan qalxmayıb" - ATƏT sədri də Minsk Qrupunu "diriltmək" istəyir15:02 - "Mərkəzi Bank üçün yarım milyard vəsaitin xərclənməsi yersizdir" - İqtisadçı ŞƏRH EDİR14:21 - Əhməd İsmayılov həyata keçiriləcək media islahatlarından danışdı - VİDEO 10:56 - Siyavuş Novruzov vedrə məsələsindən danışdı: "Daş düşsün o Harvardın başına ki…" 10:48 - Mərkəzi Bankın yeni binasının puluna Qarabağda 15 min ev tikmək olar10:43 - "Azərxalça" sədrinin həbsi ilə bağlı yeni iddia: Dövlətin 50 milyonluq proyektini batırıb